ABŞ-dan Ermənistanı şoka salan qərar – Vaşinqton Qarabağın Azərbaycan olduğunu bir daha TƏSDİQLƏDİ

ABŞ-dan Ermənistanı şoka salan qərar – Vaşinqton Qarabağın Azərbaycan olduğunu bir daha TƏSDİQLƏDİBildiyimiz kimi, ABŞ Konqressi maliyyə ili büdcə tələbində Ermənistana 23,4 mln. dollar xaric yardım, Azərbaycana isə 164 mln. dollar vəsaitin ayrılacağını açıqlayıb. Bu hadisə ermənilərdə dəhşətli isterika yaradıb.

"Biz məyus olduq ki, prezident Baydenin illik büdcəsində Azərbaycana 164 milyon dollardan çox hərbi yardım, Ermənistana 24 milyon dollardan bir qədər çox olduğunu sənədləşdirən hökumət hesabatından sonra Artsaxa yardım üçün hər hansı konkret məbləğin daxil edilməməsi barədə məlumatlar var", - Amerika Erməni Milli Komitəsi (ANCA) rəhbəri Aram Ambaryan belə deyib.

Məsələnin ən canalıcı tərəfi isə Xankəndinə humanitar yardım adı altında beynəlxalq təşkilatlara heç bir iqtisadi yardım göstərilməməsidir. Belə görünür, nə vaxta kimi, Xankəndi ərazisində rus əsgərləri var, ABŞ oradakı qondarma quruma 1 dollar belə ayırmayacaq. Həm də ABŞ-ın bu addımı Qarabağın bütövlükdə Azərbaycan ərazisi kimi tanınması anlamına gətirir.

Əgər Vaşinqton gələcəkdə Qarabağdakı erməni əhaliyə yardım edəcəksə, bu ərazi məfhumu kimi deyil, sırf milli azlığın təkamülü üçün nəzərdə tutulacaq. Ekspertlərin fikirncə, hazırda İrəvana göndərilən bu yüngül mesaj növbəti illər üçün konkret maddələrlə arxası bərkidilə bilər.

Məsələni şərh edən politoloq Tural İsmayılov bildirib ki, əslində indiyə qədər, ABŞ-ın ədalətsiz maliyyələşdirmə mexanizminə biz daha çox rast gəlirdik.

Bu günə qədər dəfələrlə Azərbaycan bu məsələlərə öz etirazını bildirmişdi:

"Torpaqlarımızın azad edilməsi fonunda Azərbaycanın işğaldan azad edilən torpaqlarda yenidənqurma işləri həyata keçirdiyini nəzərə almalıyıq. Yəqin ki, ABŞ da bizim Qarabağı yenidən dirçəltməyimiz və digər məsələləri nəzərə alaraq artıq hərbi yardım ayırmaq qərarına gəlib".

Ekspert ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsindən də danışıb:

"Kaliforniyadakı erməni lobbisinin təsiri ilə Ermənistana haqsız maliyyə yardım və Azərbaycana ayrılan vəsaitdə qeyri-adekvat və bərabər olmayan addımlar atan ABŞ-ın 2023-cü il üçün Ermənistana yardımı ikiqat azaltması və Azərbaycana yardımı bundan beşqat daha çox ayırması ABŞ və Azərbaycan əməkdaşlığı üçün müstəsna rol oynayacaq".
Xatırladaq ki, 2023-cü il Ermənistan üçün ayrılan büdcə vəsaitinin ikiqat azaldılması xəbəri, Ermənistanın qırıcı təyyarələrini Ukraynaya yola düşməsindən sonra xarici mətbuatda yayılıb./Bizim.Media


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1904   Tarix: 02 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Buzlaqların əriməsi Yerin formasını dəyişir: Qütblər yüksəlir, ekvator ətrafı daralır

İqlim dəyişikliyi təkcə temperaturun artmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olmur. Alimlər müəyyən ediblər ki, qütb buzlaqlarının əriməsi Yer kürəsinin bərk səthinin formasına da təsir göstərir. Yeni araşdırmaya görə, qütb bölgələrində yer səthi yüksəlir, ekvator ətrafında isə əks istiqamətd

27 oktyabr
.

Rusiya Kiyevə zərbələr endirib: Ukraynada lokal atəşkəs başlayıb

Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket və dron hücumları həyata keçirib. Hücumlar Rusiyanın nəzarətində olan Oleşki şəhərində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi üçün nəzərdə tutulan lokal atəşkəsin başlaması ilə eyni vaxta təsadüf edib. Bu barədə The Guardian nəşr

27 oktyabr
.

Ər-Riyada yönələn ballistik raket vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm

25 oktyabr
.

Husilər Ər-Riyad hava limanını yenidən açdığı gün hücuma keçiblər

Yəməndəki Husilər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, eləcə də Səudiyyə Ərəbistanının cənubundakı hava və dəniz bazalarına hücum elan ediblər. xəbər verir ki, bu barədə Ənsar Allah hərəkatının hərbi sözçüsü Yəhya Sari bildirib. Sarinin sözlərinə görə, husilər onlarla ballistik raketdə

26 oktyabr
.

Pezeşkian Moskvada səfərdədir

İran Prezidenti Məsud Pezeşkian Moskvada səfərdədir. APA-nın Rusiya bürosu xəbər verir ki, İran Prezidenti Qaz ixrac edən ölkələrin forumunda iştirak etmək üçün Moskvaya səfər edib. Rusiya Prezidenti Vladimir Putin forumda çıxış edib. Kremlin məlumatına görə, Putinin Pezeşkianla ikitərəfli görüşü d

27 oktyabr
.

Cənubi Koreya Ukraynadan 8 diplomatını geri çağırıb

Kiyevin iki Şimali Koreya hərbi əsirinin təhvil verilməsi barədə məlumatı açıqlaması ilə bağlı yaranan mübahisə fonunda Cənubi Koreya Ukraynadan 8 diplomatik əməkdaşını geri çağırıb. "Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər nazir

27 oktyabr
.

Buzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma

Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf

26 oktyabr
.

HSBC-nin mənfəəti artsa da, səhmləri kəskin ucuzlaşıb

Avropanın ən böyük bankı HSBC-nin üçüncü rüb üzrə mənfəəti artsa da, maliyyə nəticələrinin investorların gözləntilərini tam qarşılamaması səhmlərin ucuzlaşmasına səbəb olub. Financial Times qəzetinin məlumatına görə, bankın səhmləri çərşənbə axşamı təxminən 7 faiz dəyər itirib. Bankın vergidən əvvəlk

27 oktyabr
.

Almaniya Ukrayna istehsalı olan uzaqmənzilli raketləri almağa hazırlaşır

Almaniya Ukraynada istehsal olunan "Bars" qanadlı raketlərini öz silahlı qüvvələri üçün almağa hazırlaşır. Bu addım Avropa ölkələrinin Ukraynanın müharibə zamanı əldə etdiyi hərbi texnologiya təcrübəsindən istifadə etmək istəyinin artdığını göstərir. Financial Times nəşrinin məlumatına görə

26 oktyabr