Putinin dəbdəbəli aksesuarları: "O, bunun üçün 6 illik maaşını avans alıb"
Rusiya ilə Ukrayna arasında gedən müharibənin 5-ci həftəsində Britaniya mediası Rusiya lideri Vladimir Putinin dəbdəbəyə olan marağının təfərrüatlarını açıqlayıb.
Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, İngiltərənin nüfuzlu qəzeti "The Times" Putinin zənginlik və dəbdəbəyə olan marağının uzun illərdir davam etdiyinə diqqət çəkib.
Məqalədə qeyd olunur ki, Kreml Rusiya prezidentini xalqın adamı kimi qələmə verir, amma o, aclıq həddində yaşayan 16 milyondan biri deyil.
Qəzet yazır ki, ötən həftələrdə Moskvanın "Lujniki" arenasında keçirilən mitinqdə Putinin geyindiyi "Loro Piana" markalı italyan gödəkçəsinin qiyməti təxminən 13 min dollar olub. Rəsmi məlumatlara görə isə, Rusiyada prezidentin ortalama maaşının 8 min 200 dollar olduğu da vurğulanıb.
"6 illik maaşını avans alıb"
Qəzet 2015-ci ildə Qırmızı Meydanda güllələnərək öldürülən müxalifətçi Boris Nemtsovun Putinin villaları, çoxlu təyyarələri, dəbdəbəli saatları və bahalı avtomobil parkı olduğunu yazdığına diqqət çəkib. Onun vəzifəyə gəldiyi 2000-ci ildən bəri Rusiyanın müxtəlif bölgələrində ən az 20 dəbdəbəli evi olduğu bildirilir. Həmçinin, "İlyuşin II-96" tipli şəxsi təyyarəsində idman zalı və 65 min dollar dəyərində qızılla örtülmüş tualetlər olduğu iddia edilir.
Qəzet eyni zamanda, Nemtsovun o vaxt "Bu pullar vergi ödəyicilərindən gəldiyi üçün onun vecinə deyil" şərhinə və digər müxalifətçi Aleksey Navalnin də Putinin 439 min dollarlıq saat istifadə etdiyinə də istinad edib. Hazırda həbsdə olan Navalni bu məbləğin Putinin 6 illik maaşına bərabər olduğunu deyib: "O, platin korpus "A Lange & Söhne" markalı saatı taxır. Yəqin ki, o, növbəti 6 ilin avansını istəyib və hamısına saat alıb".
Rəsmi məlumatlara görə, Putin prezident vəzifəsindən ildə 121 min dollar qazanır. Ötən il rusiyalı müxalifətçi Navalni Qara dəniz sahilində Putinə özəl dəbdəbəli və qorunan nəhəng villanın tikildiyini açıqlamışdı. Villada qızılla örtülmüş tualet fırçası və tualet kağızı tutacağının olduğu iddia edilsə də, Putin bu iddiaları təkzib etmişdi.
"Forbes" jurnalı da Putinin sərvətini "dünyanın ən mürəkkəb sərvət mənbəyi" kimi şərh edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1333 Tarix: 03 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şimali və Cənubi Koreya arasında gərginlik yenidən artır
Şimali Koreya ilə Cənubi Koreya arasında münasibətlər kəskinləşib. Reuters-ə istinadən xəbər verir ki, Pxenyan BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda sentyabrda baş vermiş mina insidenti ilə bağlı Seulu hadisəni saxtalaşdırmaqda ittiham edib. Koreya yarımadasında hərbi hazırlıqla bağlı narahatlıqla
26 oktyabrNiderlandda "Bulo" dəhşəti: ölən və itkin düşən var
Niderlandda "Bulo" fırtınası zamanı bir nəfər həlak olub, daha bir nəfər isə itkin düşüb. Bu barədə ANP agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Amsterdamda ağac güclü küləyin təsiri altında aşıb və velosipedçinin üzərinə düşüb. Oktyabrın 25-də, bazar günü, şəhərin cənub-qərb hissəsind
26 oktyabrTramp İranla yay atəşkəsi vaxt itkisi adlandırıb
ABŞ prezidenti Donald Tramp İranla müharibə zamanı hərbi əməliyyatların yayda dayandırılmasını vaxt itkisi hesab edir. xəbər verir ki, o, Konqresin ara seçkiləri ərəfəsində Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında müvafiq bəyanatla çıxış edib. Münaqişənin başlanğıcında
27 oktyabrHusilər Ər-Riyad hava limanını yenidən açdığı gün hücuma keçiblər
Yəməndəki Husilər Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, eləcə də Səudiyyə Ərəbistanının cənubundakı hava və dəniz bazalarına hücum elan ediblər. xəbər verir ki, bu barədə Ənsar Allah hərəkatının hərbi sözçüsü Yəhya Sari bildirib. Sarinin sözlərinə görə, husilər onlarla ballistik raketdə
26 oktyabrAy ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi
1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara
26 oktyabrRusiya minlərlə afrikalını müharibəyə göndərir
Rusiya Ukraynada verdiyi ağır itkiləri kompensasiya etmək və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrikanın ən yoxsul ölkələrindən bəzilərində hərbi xidmətə cəlbetmə fəaliyyətini genişləndirir. xəbər verir ki, bu barədə "Blumberq" Ukrayna kəşfiyyatının hesabatına istinadl
26 oktyabrFilippində bazarda yanğın nəticəsində beş nəfər ölüb
Filippinin cənubundakı Luson adasında yerləşən Sorsoqon şəhərində ictimai bazarda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli mediaya istinadən xəbər yayıb. Məlumata görə, yanğın şənbə axşamı başlayıb və qısa zamand
25 oktyabr