Bu şəxs bir an belə Putinin yanından ayrılmır
Rusiyada yerləşən "Proyekt" tədqiqat platformasının dərc etdiyi sənədlər Rusiya mediasında geniş işıqlandırılıb. Nəşr edilən sənədlərə görə, Rusiya Prezidenti Putinin ziyarətinə ən azı 5 müxtəlif həkim gəlir.
Sonxeber.az Axar.az-a istinadən xəbər verir ki, qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış otorinolarinqoloq Yevgeni Selivanov Rusiya liderinin yanından heç vaxt ayrılmır. Rusiya mətbuatında yayılan xəbərlərdə Moskva Mərkəzi Klinik Xəstəxanasının tanınmış cərrahlarından olan Selivanovun "Qalxanabənzər vəzi xərçəngi olan yaşlı xəstələrin diaqnostikası və cərrahi müalicəsinin xüsusiyyətləri" mövzusunda tezis hazırladığı və Putinlə birlikdə azı 35 dəfə Soçiyə uçduğu bildirilib.
Yayımlanan sənədlərdə 70 yaşı tamam olacaq Rusiya liderinin steroid müalicəsi aldığı, buna görə də qəfil qəzəb püskürməsi, üz və boyun ətrafında şişlər olduğu iddia edilib.
Kremlin sözçüsü Dmitri Peskov iddiaları rədd edərək, "Proyekt"in xəbərlərinin reallığı əks etdirmədiyini bildirib. Peskov açıqlamasında Putinin xərçəng olmadığını vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1604 Tarix: 03 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tarixdə ilk trilyonçu ola bilər
"SpaceX" tarixdə ən böyük ilkin kütləvi səhm təklifi (IPO) üçün hazırlıqlara başlayıb. Şirkətin planlaşdırdığı 75 milyard dollarlıq IPO uğurla baş tutarsa, "SpaceX"in dəyəri 1,7 trilyon dolları keçə və təsisçisi İlon Maskın sərvəti 1 trilyon dollar həddini aşa bilər. "Qafqazinfo"
4 iyunHörmüzü tamamilə bağlamaq istəyirlər
İran Hörmüz boğazını tamamilə bağlamağı planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Tasnim" agentliyi mənbələrə istinadən məlumat yayıb. "İran İsraili və onun tərəfdarlarını cəzalandırmaq üçün Hörmüz boğazını tamamilə bağlamaq və digər cəbhələri, o cümlədən Bab əl-Məndə
1 iyunGünəşdə güclü M sinifli partlayış baş verib
Günəşdə növbəti güclü alışma qeydə alınıb. xəbər verir ki, Rusiya Tətbiqi Geofizika İnstitutunun yaydığı məlumata görə, iyunun 2-si səhər saatlarında M sinfinə aid partlayış baş verib. Məlumatda qeyd olunub ki, hadisə Moskva vaxtı ilə saat 07:45-də (Bakı vaxtı ilə 08:45-də) qeydə alınıb. M1.2 gücünd
2 iyunAzərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıblar
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıblar. xəbər verir ki, bu barədə DSX məlumat yayıb
6 iyunDünyanın günləri uzanır: Planetimizin fırlanması yavaşlayır
Biz bir günün 24 saat olduğunu düşünürük. Lakin dəqiq ölçmələr göstərir ki, Yer planetinin fırlanma sürəti çox kiçik də olsa zamanla azalır. Yeni araşdırmaya görə, günlərin uzunluğu son 20 ildə hər əsrdə təxminən 1,33 millisaniyə artacaq şəkildə uzanır. Qaynarinfo xəbər verir ki, bu dəyişiklik gündəli
6 iyunVikinqlər haqqında təəccübləndirən fakt: Buynuzlu dəbilqələr əfsanə imiş
Populyar filmlərdə və seriallarda vikinqlərin ən tanınan simvollarından biri kimi təqdim olunan buynuzlu dəbilqələrin tarixi gerçəkliklə uyğun gəlmədiyi elmi araşdırmalarla bir daha təsdiqlənib. Danimarkada aşkarlanan və uzun müddət Vikinq dövrünə aid olduğu güman edilən bəzi dəbilqələrin aparılan analizlə
4 iyun