Azərbaycan güləşçisi: "Başqa yarış olsaydı, mən də ermənini vurardım"
"Onlara qarşı kinim, nifrətim var. Başqa yarış olsaydı, keçməzdim və mən də onu vurardım, amma qələbə qazanmaqla rəqibin cavabını verdim".
Bunu Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatının yarımfinal görüşündə Ermənistan təmsilçisi Hraçya Poqosyanla arasında baş vermiş insidentə münasibət bildirərkən deyib.
63 kq çəki dərəcəsində çıxış edən idmançı həmin rəqibinə ötənilki Avropa çempionatında da qalib gəldiyini xatırladıb: "Bəlkə də onun hirsi idi. Poqosyan bu dəfə də məğlubiyyətə dözmədi və idmançıya yaraşmayan hərəkətlər etməyə başladı. Uduzduğu üçün məni özümdən çıxarmaq və ona əl-qol atmağımı istəyirdi. Belə olan halda ikimizi də yarışdan kənarlaşdıra bilərdilər. Mən isə finalın bir addımlığında belə səhv etməzdim. Yarışdan sonra üz-üzə gələndə başını aşağı salıb getdi və söz deməyimə ehtiyac belə qalmadı".
Finalda gürcüstanlı Leri Abuladzeyə yenilən Məmmədov məğlubiyyətin səbəbini də açıqlayıb: "Qızıl medal üçün döşəyə çıxmışdım. Həmin güləşçini bir il əvvəl Qran-pridə məğlub etmişdim. Yəqin ki, məni yaxşı analiz edib. Ayaq üstə olanda görüş boyu mənimlə kontakta girmədi və bu səbəbdən, fənd tətbiq edə bilmədim. Əvvəlki kimi güləşməyə zədələrim də imkan vermədi. Zədələrim çoxdur. Sadəcə, nəticə vermək üçün bu qədər səbr etmişəm. Bu il bizim üçün vacib yarışlar var. V İslam Həmrəyliyi Oyunları, dünya çempionatı və Bakıda Dünya Kubokunda zədələr imkan versə, medallar qazanmaq istəyirəm. Zədələr olmasa, 2024-cü ilədək ölkəmin xidmətindəyəm və Paris-2024 Yay Olimpiya Oyunlarında da iştirak etməyi hədəfləyirəm. Ondan sonra isə karyeramı bitirəcəyəm"./Report
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1288 Tarix: 03 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Tvente" tarixinin ən böyük səfər qələbəsini qazanıb
Niderlandın "Tvente" klubu tarixinin ən böyük səfər qələbəsini qazanıb. xarici mediaya istinadən xəbər verir ki, Enshede təmsilçisi bunu çempionatının XI turunda "Ekselsior" üzərində 9:0 hesablı qələbə qazanmaqla reallaşdırıb. Bu, həmçinin "Ekselsior" üçün Niderland çempionatınd
4 noyabr"Qarabağ" klubu 4500 manat cərimələnib
"Qarabağ" klubu 4500 manat cərimələnib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexnik
3 noyabrKriştiano Ronaldo millidən AYRILDI
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo Portuqaliya millisindəki çıxışını başa vurduğunu bəyan edib. xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisinin üzvü olub
5 noyabr"Barselona" Alexandro Baldeni satmağa hazırdır
İspaniyanın "Barselona" klubu müdafiəçisi Alexandro Balde ilə yolları ayırmağı planlaşdırır. "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ispaniyalı futbolçunu yanvarda icarəyə verməyi nəzərdən keçirmir və onun satışına ümid edir. Klub qış "transfer pəncərəsi"nd
2 noyabrPatrik Dorqu "Mançester Yunayted"də məşqləri bərpa edib
İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Patrik Dorqu sentyabrda Danimarka millisinin heyətində aldığı zədədən sonra ümumi qrupda məşqləri bərpa edib. xarici mediaya istinadən xəbər verir ki, 22 yaşlı futbolçu noyabrın 2-də Karrinqtondakı bazada hazırlıq prosesinə qatılıb. Laki
3 noyabr"Fənərbaxça"dan möhtəşəm geridönüş
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is
4 noyabrDÇ-2028: Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb
Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb. xəbər verir ki, yığmanın baş məşqçi Massimiliano Bellarten 15 futzalçıya dəvət göndərib. Heyətdə Reyner Murneyks, İqor Labuts, Maksim Troiçki, Renard Udris, Nikita Yelaqov, Edqar Tarakanov, Vlad Rimku
6 noyabr4 güləşçimiz DÇ-də mübarizəyə başlayır
Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üz
31 oktyabr