Azərbaycan futbolunda növbəti BİABIRÇILIQ: Hakim oyunçunu söydü
AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqasında növbəti dəfə biabırçılıq yaşanıb.
Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinin "Karvan" – "Ağsu Siti" görüşündə hakim qalmaqalı baş verib.
Yevlaxdakı qarşılaşmanın əvvəllərində meydan sahiblərinin qapıçısı Amil Orucov hakimə sərt etiraza görə sarı vərəqə alıb. Bir neçə dəqiqə sonra referi su fasiləsi elan etdikdə qolkiper birbaşa tribunaya qalxaraq, matçın AFFA nümayəndəsi olan Rövşən Əhmədova yaxınlaşıb.
Futbolçu iddia edir ki, hakim meydanda onu söyüb. Bunu AFFA nümayəndəsinə çatdıran Orucov "Kişidirsə, gəlsin çöldə söysün", deyib və referinin ünvanına ağır təhqiramiz ifadələr işlədib. Oyunun videoyazısında da yaşananlar açıq-aydın görünür.
Maraqlıdır ki, passivində sarı vərəqəsi olan qolkiperi baş hakim meydandan qovmayıb.
Qeyd edək ki, I pley-off mərhələsinin ilk oyununda "Ağsu Siti" 2:0, cavab görüşündə isə "Karvan" 1:0 hesabı ilə qalib gəlib. Nəticədə "Ağsu Siti" 1/4 finala yüksəlib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1722 Tarix: 04 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
MDB Oyunları: Azərbaycan 60 medalla 4-cü yeri tutdu
Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 60 medalla başa vurub. xəbər verir ki, medallardan 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc əyarlı olub. Beləliklə, Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub. Qeyd edək ki, I MDB Oyunlarında 9 ölkə mübarizə aparı
11 sentyabr 2021Sotomayor karyerasını bitirdi
Millimizin boksçusu Lorenzo Sotomayor karyerasını bitirib. xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov "Tokio-2020" Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan iclasda deyib. Vitse-prezident boksd
11 sentyabr 2021Ronaldu debüt oyununda iki qol vurdu – VİDEO
"Mançester Yunayted"ə qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu debüt oyununda iki qol vurub. İngiltərə Premyer Liqasının dördüncü turunda evdə "Nyukasl"ı qəbul edən "qırmızı şeytanlar" 4:1 hesablı qələbə qazanıblar. Ronaldu birinci qolunu ilk hissəyə əlav
11 sentyabr 2021Azərbaycanın Milli Qəhrəmanının oğlu erməniyə belə qalib gəldi - FOTO/VİDEO
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov erməni rəqibini məğlub edib. xəbər verir ki, Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında Ukraynanı təmsil edən erməni rəqibi Qreqor Muradyana qalib gəlib. Milli Qəhrəmanımızın oğlu ilə erməni rəqibi arasındak
6 sentyabr 2021Ronaldonun zərbəsi qadın işçiyə xəsarət yetirdi - FOTOLAR
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Yanq Boyz" - "Mançester Yunayted" qarşılaşmasından əvvəl isinmə hərəkətləri zamanı Kriştiano Ronaldonun qapıya vurduğu zərbələrdən biri təhlükəsizlik işçisi olan qıza dəyib. "Qafqazinfo" xəbər verir ki, Ronald
15 sentyabr 2021Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb. Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb. Bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunların
9 sentyabr 2021Messi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO
Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd
10 sentyabr 2021