Zelenski Putinin planlarını açıqladı: Ora çeçenləri gətirib
Ukrayna prezidenti Volodimir Zelenski Buçada yaşananlara görə rusiyalı həmkarı Vladimir Putini ittiham edib.
Sonxeber.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski qeyd edib ki, Rusiya ordusu Kiyev yaxınlığındakı yaşayış məntəqələrində çoxlu mülki vətəndaşa işgəncə verib və qətlə yetirib. Zelenski deyib ki, baş vermiş bu hadisəyə görə Rusiya prezidenti Putin və bütün komandirlər mühakimə olunmalıdır.
Rusiyanın geri çəkilməsinin taktiki güc dəyişikliyi olduğunu deyən Zelenski Rusiyanın bəzi şəhərləri ələ keçirmək üçün çox cəhdlər etdiyini, rus ordusunun Kiyev yaxınlığındakı bəzi yaşayış məntəqələrində böyük dağıntılara səbəb olduğunu bildirib.
Ukrayna lideri bildirib ki, Rusiya ordusu Ukraynanın şərqinə diqqət yetirərək, Krım və Donbass bölgəsini birləşdirməyə hazırlaşır və ora çeçenləri gətirib.
Rusların geri çəkilməsindən sonra Kiyev ətrafındakı yaşayış məntəqələrində yaranan mülki cəsədləri və dağıntı görüntülərini qiymətləndirən Zelenski Rusiya prezidenti Vladimir Putinin və bu ölümlərdə əli olan bütün komandirlərin mühakimə olunmalı olduğunu vurğulayıb.
Kiyev yaxınlığındakı yaşayış məntəqələrində baş verənlərin "soyqırım olub-olmaması" sualına Zelenski belə cavab verib:
"Əlbəttə, bu, soyqırımdır. Bu, bütün xalqın məhv edilməsidir. Biz Ukrayna vətəndaşlarıyıq. Bizdə yüzdən çox millət var. Biz Ukrayna vətəndaşlarıyıq və biz Rusiya Federasiyasının siyasətinə tabe olmaq istəmirik".
Müharibənin mütləq bitməli olduğunu deyən Zelenski minlərlə insanın həlak olması halında sülhə razı olmayacağını, lakin başqa yolun olmadığını qeyd edib.
"Mən bir prezident kimi deyirəm ki, yüz minlərlə, milyonlarla insanın ölməsini istəmiriksə, dialoqdan başqa yol yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1795 Tarix: 04 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...
ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak
18 sentyabr 2021Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO
Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək
16 sentyabr 2021Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı
İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində
15 sentyabr 202118 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO
"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti
15 sentyabr 2021Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı
Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis
15 sentyabr 2021Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16 sentyabr 2021