Uşaqlıq vərdişi, yoxsa problem göstəricisi?

Uşaqlıq vərdişi, yoxsa problem göstəricisi?Keçirdikləri stress və həyəcanı tam ifadə edə bilmir, buna görə də müxtəlif hərəkətlərlə ifadə etmək məcburiyyətində qalırlar. Ən çox da bu vərdişlər üç-dörd yaşından sonra yaranmağa başlayır.

"Qızımın 2 yaşı var. İməkləyəndən fikir verirəm ki, xalçada, yaxud divanın üstündə tük görəndə ağzına aparır. Düzdür, uşaqlar bir çox əşyalarla belə davranırlar. Amma fikir verirəm ki, bu uşaq daha çox tük görəndə diqqətini çəkir. Nə qədər tərgitdirməyə çalışsaq da, hələ ki faydası olmayıb" - bu sözlər valideyn Ülvi Yaqubluya aiddir. Yəqin ki, hamımız azyaşlı uşaqlarda saçı yolmaq, saçı yemək, barmaq sormaq, dırnaq yemək və s. kimi davranışların olduğunu müşahidə etmişik. Çox vaxt bunlara uşaq vərdişləri deyib keçirik. Amma bəzən qalıcı da olur. Məsələn, Fəridə Quliyevanın övladındakı kimi: "10 yaşında oğlum var. Uşağın dırnaqlarını hər dəfə kəsmək istədikdə görürəm ki, artıq dişləri ilə həll edib. Bu vərdiş övladımda uzun müddətdir var. Hər dəfə danlasaq da, "etmə" desək də, bu davranışından əl çəkə bilmir".

Sual yaranır: Bizim uşaq vərdişi dediyimiz hallar niyə uşaq böyüdükcə keçib getmir? Ümumiyyətlə, bunlar uşaqlıq vərdişidir, yoxsa problemin göstəricisi?

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:

Qayğı, sevgi, diqqət görməyəndə

Psixoloq Aygül Məlikova deyir ki, uşaqlarda dırnaq yemək, saç yolmaq kimi zərərli vərdişlərin səbəbi iki faktor ola bilər: "Uşaqların doğulandan iki yaşına qədər olan mərhələlərinə baxmalıyıq. Uşaqlar ailədən yetərincə qayğı, sevgi, diqqət görməyəndə diqqət çəkmək məqsədi ilə bunları edə bilərlər. Yaxud da ailədə normadan çox diqqət, qayğı, sevgi görüb, amma bağçada, məktəbdə öz yaşıdları ilə ünsiyyətdə bunları görmədikdə, o zaman da etmələri mümkündür. Bəzən uşaqlar dırnaqlarını eyni ölçüdə görmək istəyir və qayçı ilə alınmayacağını düşünürlər. Ona görə də dırnaqlarını yeyərək eyni ölçüdə saxlamaq istəyirlər".

Daim valideynlərə izah edirik ki...

Pediatr Gülnar Abdullayeva bildirir ki, uşaqlarda zərərli vərdişlər hər hansı xəstəliyin göstəricisi deyil, daha çox psixoloji faktorlar nəticəsində meydana gəlir: "Uşaqlar keçirdikləri stress və həyəcanı tam ifadə edə bilmir, buna görə də müxtəlif hərəkətlərlə ifadə etmək məcburiyyətində qalırlar. Ən çox bu vərdişlər üç-dörd yaşından sonra yaranmağa başlayır. Uşaq daim ananın, atanın yanında olursa, bağçaya gedəndə və ya valideynlər, xüsusən də ana işə getdikdə, onlardan uzaq qaldığı üçün dırnaq yemək pozğunluqları yaranır və vərdişə çevrilir. Əşyaları dişləmək kiçik yaşlı uşaqlarda rast gəlinə bilən hadisə olub, aqressivlik nəticəsində yarana bilir. Həmişə valideynlərə izah edirik ki, böyüklər bir əşyanın bərk və yumşaq olduğunu öyrənmək üçün ona əli ilə toxunur, amma uşaqlar ağızlarına aparmaqla bunu hiss edir. Bu vərdiş üç ayından əmələ gəlir, on səkkiz aya kimi davam edə bilir. Sonra öz-özünə keçib gedir. Saçı yolmaq, yemək ən çox psixoloji durum nəticəsində əmələ gəlir. Biz bunları aradan qaldırmaq üçün psixoloji dəstək məsləhət görürük".

Yaranma səbəbindən asılıdır

Aygül Məlikovanın sözlərinə görə, vərdişlərin qalıcı olub-olmamağı, onun yaranma səbəbindən asılıdır: "Əgər travmaları yoxdursa, çox hallarda bu davranışın qalıcı olduğunu müşahidə etmirik. Ağır travma keçiriblərsə, buna bağlı olaraq barmaqlarını sormağa davam edirlərsə, qalıcı ola bilər. Dırnaqlarını yemək gərginlik və obsessiyalara bağlı olduğuna görə, bəzən qalıcı olur".

Vərdişlərin fəsadları

Psixoloq bildirir ki, zərərli vərdişlər qalıcı olarsa, orqanizmdə müəyyən fəsadlara səbəb ola bilər: "Vərdişlərin hansı fəsadlar verməsinə də diqqət etməliyik. Məsələn, saçı yolmaq, yemək kimi zərərli vərdişlər zamanı tüklər uşaqların mədələrində toplana və sonra mədə spazmasına səbəb ola bilir. Dırnaq yeyən, barmaq soran uşaqların artikular aparatında, xüsusilə də, damaq hissəsində fəsadlara çox rast gəlirik".

Psixoloq dəstəyi

A.Məlikovanın sözlərinə görə, bu vərdişlər zamanı psixoloji yardım almaq vacibdir: "Qalıcı olmamağı üçün yaxşı olar ki, zamanında düzgün terapiya alsınlar. Saçı yemək, yolmaq və yaxud da əşyaları dişləmək kimi problemlər zamanı, uşaqdırsa, uşaq psixiatrından, yetkindirsə, yetkin psixiatrından məsləhət almağı, müalicə qəbul etməyi vacib hesab edirik. Çünki bəzən yalnız psixoloqun dəstəyi yetərli olmur".

Nələri etmək olmaz?

Pediatr deyir ki, valideynlərin bəzi davranışları uşaqları daha da qıcıqlandıra bilər: "Həmin zaman uşağa gülmək, lağ etmək və ya yaxşı bir hərəkət edirmiş kimi alqışlamaq olmaz. Ağızlarına vurmaq, "bir də eləsən dilinə istiot çəkərəm", "yandıraram", "olmaz", "eləmə" demək, şillə vurmaq tövsiyə olunmur. Bunlar, onun bu hərəkətləri artırmasına səbəb olacaq. Bu vərdişləri etdiyi zaman, sadəcə fikrini yayındırmaq, başqa yerə yönəltmək lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1480   Tarix: 04 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr