Türkiyədə 17 gün həbs, pornoulduzla parlamentdə, "əlim qana batardı" - ONU TANI

Türkiyədə 17 gün həbs, pornoulduzla parlamentdə, "əlim qana batardı" - ONU TANILent.az-ın "Onu tanı" layihəsində bu dəfə Vladimir Jirinovskidən bəhs edəcəyik

Bir dəfə Vladimir Poznerin "Pozner" proqramında aparıcı ona belə bir sual vermişdi: "Əgər Tanrıyla üz-üzə gəlsəydiniz, ona nə deyərdiniz?".
Dərhal da cavab vermişdi: "Məni geri göndərin, sənin cənnətini istəmirəm. Burdansa, Tayqada yarı ac, yarı tox yaşayardım".
Türkiyədə 17 gün həbs, pornoulduzla parlamentdə, "əlim qana batardı" - ONU TANITanrının işinə qarışmaq günahdır təbii. İndi biz bilmirik o cənnətdə hurilərin yanındadır, ya cəhənnəmdə qır qazanında qaynayır. Amma bütün hallarda o bir də Tayqanı görməyəcək.

Müasir Rusiyanın gəlib-getmiş ən ziddiyyətli, ziddiyyətli olduğu qədər də çılğın, avantürist siyasətçilərindən biri idi Vladimir Volfoviç Jirinovski.

"Mənim anam rusdur, atam hüquqşünas". Belə deyirdi o.

1946-cı il aprelin 4-də Qazaxıstanın Alma Atı şəhərində anadan olmuşdu. Atası Volf İsakoviç Edelşteyn milliyətcə yəhudi, anası Aleksandra Pavlovna Makarova isə rus olub.
Türkiyədə 17 gün həbs, pornoulduzla parlamentdə, "əlim qana batardı" - ONU TANI1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürmüşdü. Orta təhsilini Astana şəhəri 25 nömrəli orta məktəbdə almışdı. 1964–1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Şərq Dilləri İnstitutunda Türk dili və ədəbiyyatı fakültəsində oxumuşdu. Bundan sonra təhsilini Markizm-Leninizm Universitetində Xarici Əlaqələr fakültəsində davam etdirmişdi.

Bundan sonra tale onu Türkiyəyə aparıb çıxarmışdı. Jirinovski Türkiyəyə Sovet İttifaqı tərəfindən inşa olunan sulfat turşusu zavoduna tərcüməçi işləməyə yollanmışdı. O zaman xaricə rubl aparmağa icazə olmadığından Volodya Moskvanın "Şeremetyevo" hava limanında cibindəki pullara döş nişanları almağa məcbur olub.
"Türkiyədə kiminləsə tanış olanda ona döş nişanı hədiyyə edirdim. Bizi izləyən yerli təhlükəsizlik əməkdaşları isə kommunist təbliğatı apardığımı düşünərək məni həbs etmişdilər. Məni 20 il həbs cəzası gözləyirdi. Amma hakim bu nişanların sadəcə suvenir olduğunu bildirdi və nəticədə mən 17 sutka ilə canımı qurtardım", - deyə Jirinovski xatırlayırdı.

Türkiyədən qayıtdıqdan sonra Moskvada Sülhü Müdafiə Komitəsində işləmişdi. İkinci ali təhsilini alaraq hüquqşunas ixtisasına yiyələnmişdi. 80-ci illərdə "Mir" adlı nəşriyyatın rəhbəri olmuşdu.

1990-cı ildə o, Sovet İttifaqı Liberal Demokrat Partiyasının üzvlüyünə qəbul olunmuş, bir il sonra isə Rusiya Liberal Demokrat Partiyasının əsasını qoymuşdu. Ömrünün sonunacan bu partiyaya rəhbərlik etmişdi. Rusiya müstəqillik qazanandan sonra Jirinovski Dumaya keçirilən bütün seçkilərdə parlamentə seçilə bilmişdi. Bir neçə dəfə isə o, Duma sədrinin müavini vəzifəsini də tutmuşdu.

Vladimir Jirinovski 6 dəfə (1991, 1996, 2000, 2008, 2012 2018) Rusiya Federasiyası prezidenti postuna namizədliyini irəli sürmüşdü. Bu, Rusiya siyasətində rekord idi.
Amma o, heç vaxt ikinci belə ola bilmədi. İlk dəfə 1991-ci ildə prezidenti postuna namizədliyini irəli sürdü və 7,81 faiz (6.211.007 səs) toplamaqla 6 namizəd arasında 3-cü yeri tutdu. 2004-cü ildə Vladimir Jirinovski prezident seçkilərində çıxış etməkdən imtina etdi. 2008-ci ildə isə Vladimir Jirinovski sayca 4-cü dəfə prezident postuna namizədliyini irəli sürdü və 4 namizəd arasında 9,35 faiz (6.988.510 səs) topladı və Dmitri Medvedyev və Genadiy Züqanovun ardınca 3-cü yeri tutdu. Bu Vladimir Jirinovskinin göstərdiyi ən uğurlu nəticə idi.

1971-ci ildə virusuloq Qalina Aleksandrovna Lebedeva ilə ailə qurdu.
Türkiyədə 17 gün həbs, pornoulduzla parlamentdə, "əlim qana batardı" - ONU TANIÖmrünün sonunacan onunla yaşadı. Amma Rusiya cəmiyyətində onun pleyboy kimi tanındığı da heç kimə sirr deyil. Məsələn, "Çiççolino" ləqəbli pornoulduz İlona Şattlerlə , necə deyələr, səmimi münasibətləri olub. Onu Dumaya belə dəvət edib.
Türkiyədə 17 gün həbs, pornoulduzla parlamentdə, "əlim qana batardı" - ONU TANIOnun 3 uşağı olub. Böyük oğlu İqor hüquqşünasdır, eyni zamanda Dumanın üzvüdür. Bundan başqa, onun Oleq adlı daha bir oğlu, Anastasiya adlı qızı da var.
Dünya siyasi liderləri arasında onun Kastro, Çaves kimi dostları olub. Amma ən yaxşı münasibəti keçmiş İraq lideri Səddam Hüsenylə idi. O, hər il Səddamın ad günündə Bağdadda onun qonağı olurdu.

Onun adı həm də bir ticarət markasıydı. Jirinovski brendi altında araq, mayonez, çay və ətir, "Jirik" adlı dondurma istehsal olunurdu. Spirti içkilərdən ən çox likörə üstünlük verirdi. "Bgolis" və "Malibu" onun sevimli içkiləri idi. Amma adına prezertvativ və tualet kağızı istehsal olunmasına etiraz edib..

Anası danışırmış ki, balaca Volodaynın uşaq vaxtı ən böyük arzusu doyunca şokolad yemək olub.
Türkiyədə 17 gün həbs, pornoulduzla parlamentdə, "əlim qana batardı" - ONU TANIOnun xristianlıqdan daha çox, buddizm cəlb edirdi. İngilis, alman, fransız və türk dillərini mükəmməl bilirdi.
Jirinovski 8 filmə çəkilmişdi. Valeri Komissarovun "Oxşarların gəmisi" filmində kapitan Jarov rolunu oynamışdı. LDPR lideri iki mahnı albomu da buraxmışdı. Onlardan biri "Həqiqi polkovnik" digəri isə "Tıxacda qalanlar" adlanırdı.

O, maraqlı aforizmlərin müəllifi idi. Məsələn, deyirdi ki, qadının əsas vəzifəsi evdə oturmaq, yemək hazırlamaq və lazım olanda ağlamaqdır. Rusiya himni haqda bir dəfə belə demişdi: "Heç yerdə yazılmayıb ki, himn səslənəndə ayaqda durmaq, uzanmaq və ya sürünmək olmaz. Əsas odur ki, vətəni sevəsən".
Türkiyədə 17 gün həbs, pornoulduzla parlamentdə, "əlim qana batardı" - ONU TANIPuşkini isə bədbəxtin biri adlandırırdı. "Rusiya böyük işlər görməyə qadir ölkədir. Amma o bu işi yüz ildən bir görməlidir, tez-tez yox" demişdi.

Jirinovski bir maraqlı etirafda da bulunmuşdu: "Mənim əllərim təmizdi, amma prezident olsam, qana batacaq".

O, prezident ola bilmədi...
Və nə yaxşı ki ola bilmədi...
Və daha ola bilməyəcəkdə...
O öldü...


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3741   Tarix: 07 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Moldovanın Baş naziri Ukraynaya gedib

Moldovanın Baş naziri Vasile Tofan Ukraynaya işgüzar səfər edib. Report xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Səfər çərçivəsində o, Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Sergey Koretski və Ali Radanın spikeri Ruslan Stefançukla danışıqlar aparacaq. Moldova hökumətinin mətbua

26 oktyabr
.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26 oktyabr
.

The Wall Street Journal: "ABŞ Çinin gəmiqayırma üstünlüyünü azaltmaq üçün Cənubi Koreyaya üz tutur"

ABŞ gəmiqayırma sənayesini yenidən gücləndirmək üçün Cənubi Koreyanın texnologiyasından və sərmayəsindən yararlanmağa çalışır. The Wall Street Journal-a istinadən xəbər verir ki, Vaşinqton bu sahədə Çindən ciddi şəkildə geri qalır və mövqeyini bərpa etmək üçün müttəfiqlərinin dəstəyinə ehtiyac duyur

26 oktyabr
.

Husilər Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum elan etdilər

Yəmənin Ənsar Allah hərəkatının Husi üsyançıları Səudiyyə Ərəbistanının neft infrastrukturuna dronlarla hücum etdiklərini iddia edirlər. xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Səriya bildirib ki, "Şərq və qərb istiqamətlərində xam neft vuran nasos stansiyalarına pilotsuz təyyarələr zərbələr

26 oktyabr
.

Niderlandda "Bulo" dəhşəti: ölən və itkin düşən var

Niderlandda "Bulo" fırtınası zamanı bir nəfər həlak olub, daha bir nəfər isə itkin düşüb. Bu barədə ANP agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Amsterdamda ağac güclü küləyin təsiri altında aşıb və velosipedçinin üzərinə düşüb. Oktyabrın 25-də, bazar günü, şəhərin cənub-qərb hissəsind

26 oktyabr
.

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

Türkiyənin Bursa və İstanbul şəhərlərində keçirilən birgə narkotik əməliyyatı zamanı 17 şübhəli həbs edilib. "Haber Global"a istinadən xəbər verir ki, əməliyyat zamanı külli miqdarda narkotik vasitə, eləcə də cinayət yolu ilə əldə edildiyi ehtimal olunan 583 800 Türkiyə lirəsi müsadirə olunub

25 oktyabr
.

Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır

Polşa öz ərazisində daimi ABŞ hərbi bazasının tikintisinə təxminən 15 milyard zlotı (3,8 milyard dollar) sərmayə qoymaq niyyətindədir. "Report" "WNP.pl" portalına istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib. "Biz hazırıq

25 oktyabr
.

İran ABŞ ilə razılaşma üçün şərt irəli sürdü

İran ABŞ-nin İslam Respublikasının limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması müqabilində Hörmüz boğazında gəmiçiliyi bərpa etməyi təklif edib. xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Telekanalın mənbələrinin bildirdiyinə görə, Tehran bu təklifi Pakista

25 oktyabr
.

Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla

25 oktyabr