Yadplanetlilərə mesaj göndərəcəklər – Xəbərdarlıq edilib…
Məşhur ingilis fiziki Stiven Hokinqin bütün xəbərdarlıqlarına baxmayaraq, elm dünyası tarixi addım atmağa hazırlaşır.
2018-ci ildə 76 yaşında dünyasını dəyişən Hokinqin dəfələrlə müxtəlif platformalarda yerdən kənar sivilizasiya ilə əlaqənin sonumuza gətirib çıxara biləcəyi xəbərdarlığına baxmayaraq, elm dünyası bu mövzuda hərəkətə keçib.
Alimlər ilk dəfə 1974-cü ildə ötürülən məşhur Arecibo mesajının yenilənmiş versiyasını təqdim etməyə hazırlaşırlar.
İngiltərənin "Daily Mail" qəzetində yer alan xəbərə görə, planetimizin mövqeyini ehtiva edən radio mesajda Dünya xəritəsi və DNT rəsmləri yer alacaq.
Bu, qalaktikada Mayak (BITG) mesajı olaraq adlandırılan, mahiyyətcə Arecibo mesajının yenilənmiş versiyasıdır.
"Gliese 832c" planetində həyatın olma ehtimalından bəhs edən Hokinq bir gün belə bir yerdən siqnallar almağa başlaya biləcəyimizi demişdi. O, belə bir vəziyyətdə Yer kürəsinin reaksiya verməsinin çox ağıllı addım olmayacağını da ifadə edib.
Hokinq dəfələrlə vurğulamışdı ki, kosmosda səyahət edəcək qədər inkişaf etmiş bir sivilizasiyanın nəticəsi "dinc" olmayacaq.
Lakin BITG layihəsində iştirak edən Cəmilə Hah bununla razılaşmır. Hah bu layihənin faydalarının potensial risklərdən üstün olacağını deyib.
Nəzəri fizika sahəsində "Henry Semat Professor" ünvanına sahib olan ABŞ Professoru Dr. Miçio Kaku Hokinqin dəfələrlə iddia etdiyi kimi, yadplanetli sivilizasiyanın "dost" və ya "düşmən" olacağını bilməyin mümkün olmadığını deyib.
1974-cü ildə elm adamları Puerto Rikoda yerləşdirilmiş Arecibo radio teleskopu ilə Yerdən kosmosa mesajlar göndərdilər. Mesajda həyat verən kimyəvi maddələr və DNT haqqında məlumat, günəş sisteminin eskiz xəritəsi və insanların şəkilləri var idi.
1-lərdən və 0-lardan ibarət mesaj 25 min il işıq uzaqğlığına, yüz minlərlə uluduzun yerləşdiyi Messier13-ə göndərilib. /Sfera.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2507 Tarix: 12 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha
25 oktyabrWSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır
Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır. "Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsind
25 oktyabr"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır
Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin
25 oktyabrRusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı
Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd
25 oktyabrAtasının dəfnində məzara yıxılıb öldü
Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira
25 oktyabrXəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində içərisində iki balıqçının olduğu qayıq aşıb. Onlardan birinin cəsədi dərhal tapılmışdı, ikinci şəxsin axtarışları isə dörd gün sonra, bu gün yekunlaşıb. xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "İkinci itki
25 oktyabr