Çox sevdiyi anasını niyə öldürdü? - 111 il həbs cəzası alan yeniyetmənin CİNAYƏT DOSYESİ

Çox sevdiyi anasını niyə öldürdü? - 111 il həbs cəzası alan yeniyetmənin CİNAYƏT DOSYESİCinayət DOSYESİ – 009

Əvvəlki yazı

Yeniyetmə oğlan dünyada ən çox sevdiyi varlığı – anasını elə amansızlıqla qətlə yetirir ki... Özü də onun sevdiyini etiraf etdikdən həmən sonra.

Yeniyetmə qızların isə daha çox adrenalin yaşasın deyə qoca qadına etdiklərini oxuyanda inanın ki, təəccübdən nə edəcəyinizi bilməyəcəksiniz.

Lent.az-ın "Cinayət Dosyesi" layihəsində sizə uşaq simasında qaniçən qatillərə çevrilənlərin hekayələrini təqdim etməkdə davam edirik.

Anasını bu cür öldürür: iki dəfə başının arxasından, üç dəfə üzündən və bir dəfə ürəyindən vurur – Səbəb nə idi?

Çox sevdiyi anasını niyə öldürdü? - 111 il həbs cəzası alan yeniyetmənin CİNAYƏT DOSYESİKipland "Kip" Kinkelin

Sinif yoldaşından oğurlanmış silahları almaq istəyəndə hələ uşaq idi. 15 yaşı var idi o zaman. Kipland "Kip" Kinkelin silahlara dəhşət marağı olur. Amma bu sevgisi ona baha başa gəlir. Əlində oğurluq silahla yaxalanır və bunun üçün məktəbdən qovulur. Söhbət 1998-ci ilin 20 mayından gedir. Polisdən canının asan qurtarır - cinayəti etiraf edir və gəlsin azadlıq.

Elə həmin gün günorta bir-başa evə gəlir. Evə gələn kimi isə atası ona danlayır. Deyir ki, əgər polisə hər şeyi etiraf etməsəydi, çətin ki, rahatca evə gələ bilərdi. Çox güman ki, onu qapalı internat məktəbinə göndərəcəkdilər.

Bu söz oğlanı hiddətləndirir. Saat 15:30-da Kip bir dəhşətə imza atır. O bilirdi ki, atası otağında tüfəng gizlədir. Gedib onu çıxarır və patronla doldurur. Mətbəxə keçir və orada atasını güllələyir. Saat 18:00-da ana işdən evə qayıdır. Kip anasına deyir ki, onu həyatda hər şeydən çox sevir. Və bundan həmən sonra da onu güllələyir. Özü də çox qəddar davranır. İki dəfə başının arxasından, üç dəfə üzündən və bir dəfə ürəyindən vurur. Daha sonra o, əməllərinə belə haqq qazandırmağa çalışır - valideynlərimi biabırçılıqdan qorumaq istəyirdim.
Çox sevdiyi anasını niyə öldürdü? - 111 il həbs cəzası alan yeniyetmənin CİNAYƏT DOSYESİKipland "Kip" Kinkelin

21 may 1998-ci il – evdəki qətliamın ertəsi günü Kip anasının Ford avtomobilini götürüb qovulduğu məktəbə gedir.

O, üzərindəki silahlarını gizlətmək üçün uzun su keçirməyən palto geyinir. Onun üzərində xeyli silah olub - ov bıçağı, tüfəng, iki tapança, patron.

Həmin gün onun törətdiyi vəhşilik bütün dünyaya səs salır. O, iki tələbəni öldürür, 24 nəfəri yaralayır. Qan gölünə çevrilən məktəbdə hamı dəhşət içində idi. Bəs o necə yaxalanır? Silahını yenidən doldurmaq istəyərkən bir neçə tələbə fürsəti əldən verməyib onu zərərsizləşdirə bilir.

1999-cu ilin noyabrında Kip şərti azadlığa buraxılma imkanı olmadan 111 il həbs cəzasına məhkum edildi. Hökmün elanı zamanı o, valideynlərinin və məktəbin şagirdlərinin qətlinə görə məhkəmədən üzr istəyib.
Çox sevdiyi anasını niyə öldürdü? - 111 il həbs cəzası alan yeniyetmənin CİNAYƏT DOSYESİKipland "Kip" Kinkelin həbsdə 23 il qaldıqdan sonra

***

Çay süfrəsi qan gölünə çevrilir

1983-cü illərdə 14-15 yaşlı iki qız - Sindi Collier və Şirli Volf əylənmək üçün elə qanlı əməllər törətdilər ki, hamı bundan şokda idi. Yeniyetmə qızların dəhşətli fantaziyaları vardı. Onlar özləri üçün qurbanlar axtarmağa başlamışdılar.
Çox sevdiyi anasını niyə öldürdü? - 111 il həbs cəzası alan yeniyetmənin CİNAYƏT DOSYESİSindi Collier və Şirli Volf

İlk vaxtlar qızlar vandal həyat tərzlərinə avtomobil oğurluğu ilə başlayırlar. İnsanların mallarını talan edib bundan zövq alırlar. Lakin zaman keçdikcə bu artıq onlara əyləncəli gəlmir. Daha çox adrenalin yaşamaq istəyirlər, bunun üçün də daha çirkin əməllərə əl atırlar. Qızlar ətrafa nə qədər dəli olduqlarını göstərmək istəyirlər.

Qarşılarına çıxan tanımadıqları ilk evin qapısını döyürlər. Onlar üçün qapının yaşlı bir qadın açır. Yalnız yaşayan qadın qapıda 14-15 yaşlı iki gənc qızı görəndə xeyli sevinir. Düşünür ki, onları çay süfrəsinə dəvət etsin və masa arxasında maraqlı söhbətə başlasınlar. Qızların qorxunc niyyətlərindən xəbərsiz olan ev sahibi sevincək onları içəri dəvət edir. Qızlar əvvəlcə qarı ilə uzun-uzadı söhbət etdilər, onu maraqlı hekayələrlə əyləndirirlər.

Çox sevdiyi anasını niyə öldürdü? - 111 il həbs cəzası alan yeniyetmənin CİNAYƏT DOSYESİSindi Collier və Şirli Volf

Sonra Şirli birdən ayağa qalxır, yaşlı qadın hələ nə baş verdiyini anlamırdı. Qız onun boynundan tutub sıxmağa başlayır. Sindi isə mətbəxə gedir və bıçaq götürür. Qızlar ev sahibinə 28 bıçaq zərbəsi vururlar.
Çox sevdiyi anasını niyə öldürdü? - 111 il həbs cəzası alan yeniyetmənin CİNAYƏT DOSYESİSindi Collier və Şirli Volf

Əli qanlı qatillər hesab edirlər ki, bu cinayətlərinin də üstünü maşın oğurluqlarında olduğu kimi ört-basdır edə biləcəklər. Lakin bu dəfə belə olmur. Onlar hadisə yerindən qaçırlar. Uzun müddət gizlənə bilmirlər. Tezliklə həbs ediliblər və məhkəmə barələrində ağır cəza verir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3544   Tarix: 15 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məşhur Hollivud aktyoru adından qanunsuz istifadəyə görə 200 min avro təzminat alıb

ABŞ-li aktyor və Hollivud ulduzu Klint İstvud Litvada adının və şəklinin reklam kampaniyasında icazəsiz istifadəsinə görə açdığı 200 min avroluq məhkəmə iddiası üzrə qələbə qazanıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Litva Apellyasiya Məhkəməsi məlumat yayıb. Məhkəmə Litvanın "Mediatonas"

24 oktyabr
.

Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir

Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır. "Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamı

24 oktyabr
.

83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu

Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl

24 oktyabr
.

Filippində bazarda yanğın nəticəsində beş nəfər ölüb

Filippinin cənubundakı Luson adasında yerləşən Sorsoqon şəhərində ictimai bazarda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Xinhua" agentliyi yerli mediaya istinadən xəbər yayıb. Məlumata görə, yanğın şənbə axşamı başlayıb və qısa zamand

25 oktyabr
.

"Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır

Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir. "Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeydd

24 oktyabr
.

Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib

Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi

25 oktyabr
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

25 oktyabr
.

Ebola virusunun "Bundibuqyo" ştammı diplomatın ailəsində aşkarlandı

Nigeriyanın paytaxtı Abucada yaşayan 42 yaşlı Uqanda vətəndaşına Ebola virusunun Bundibuqyo ştammı diaqnozu qoyulub. BBC-yə istinadən xəbər verir ki, İsveçrənin Xarici İşlər Nazirliyi virusa yoluxan qadının isveçrəli diplomatın həyat yoldaşı olduğunu təsdiqləyib. Qadının oktyabrın 20-də verdiyi testi

25 oktyabr
.

Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi

Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materikl

25 oktyabr