''BakuBus'' fəaliyyətində ciddi NÖQSAN - 198 avtobusdan 80-i... - VİDEO
''BakuBus'' MMC-nin fəaliyyətində bir sıra neqativ faktlar üzə çıxıb.
BAKU.WS xəbər verir ki, "BakuBus"un yeni avtobuslardan istifadə etmədiyi aşkarlanıb.
Bu fakt Hesablama Palatası tərəfindən ''BakuBus''un 2019 və 2021-ci ilədək olan dövrdə fəaliyyətinin yoxlanılması zamanı aşkar edilib.
Yoxlamalar bu qurum tərəfindən istifadə olunan ümumilikdə 80,0 mln. manata yaxın vəsaiti əhatə edib.
Müəyyən edilib ki, ''BakuBus''a tələbatdan artıq avtobus alınıb. Buna baxmayaraq, avtobusların sayı sərnişin sayı ilə nisbətdə optimallaşdırılmayıb və yeni marşrut xətləri müəyyənləşdirilməyib. Dövlət vəsaitləri hesabına alınan avtobusların son 5 ildə orta hesabla 25,4 %-i depoda istifadəsiz saxlanıb. 320 ədəd sərnişin avtobusunun hazırkı məlum alış prosesi də nəzərə alınsa, faiz nisbətinin daha da artacağı gözlənilir. Bundan başqa, xaricdən ehtiyat hissələrinin alınması əvəzinə depodakı avtobusların sökülərək ehtiyyat hissələrinin digər avtobusların təmirində istifadə edilməsi faktı üzə çıxıb.
Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, paytaxtda ictimai nəqliyyatda keyfiyyəti artırmaq məqsədilə 2015-ci ildən başlayaraq dövlət bu quruma böyük vəsait ayırıb.
Araşdırma zamanı sözügedən qurumun balansında olan 303 ədəd "İveco" markalı sərnişin avtobusundan 198 ədədinin istismarını dayandırdığı üzə çıxıb. Təmir işləri üçün resursların cəlb edilməsi əvəzinə istismara yararsız həmin 198 avtobusun 80-nin istifadəyə yararlı müxtəlif ehtiyat hissələri sökülüb.
Ekspert hesab edir ki, ''BakuBus''a dünyanın ən bahalı avtobusları deyil, müasir standartlara cavab verən daha ucuzları alınmalı idi. Çünkü bahalı avtobuslara texniki qulluğun özü də ciddi problemdir.
Ərşad Hüseynovun fikrincə, bütün hallarda bu qədər avtobus bir şirkətə deyil, qanuni əsaslarla idarə edilən digər daşıyıcı şirkətlərə də verilməli idi. Həmin avtobusların idarəetmə riskləri daşıyıcıların üzərində olduğu üçün onlar bu vəsaitləri necə gəldi xərcləməyəcəkdilər və bu sahədə rəqabət yaranacaqdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1054 Tarix: 22 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı
Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda
19 dekabrBeyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı
Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy
20 dekabr19 yaşlı oğlan qəfil öldü
Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm
20 dekabrAzərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI
Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -
20 dekabrQurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm
21 dekabrBu qadağa fevralın 1-dək ləğv olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm
20 dekabr