Həyat yoldaşını qətlə yetirən azərbaycanlı kişi ilə bağlı ŞOK MƏLUMAT - YENİLƏNİB + ANBAAN VİDEO

Həyat yoldaşını qətlə yetirən azərbaycanlı kişi ilə bağlı ŞOK MƏLUMAT - YENİLƏNİB + ANBAAN VİDEOTürkiyədə boşanmaq üzrə olduğu arvadını güllələyərək qətlə yetirən 34 yaşlı Elvin Umayevlə bağlı yeni faktlar üzə çıxıb.

"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, Balakən rayon Gərəkli kənd sakini olan E.Umayev 2017-ci ildə atası və bacısı ilə birlikdə Qaxda polisin keçirdiyi əməliyyatla tutulub. Belə ki, Elvin atası, 1962-ci il təvəllüdlü Əli Umayev və bacısı, 1985-ci il təvəllüdlü Pirdas Umayeva ilə birlikdə Qaxın Qorağan kəndindəki meşə sahəsində aqrotexniki qaydada narkotik tərkibli bitkilər yetişdirmək ittihamı ilə tutulublar.

Məlum olub ki, E.Umayev həmin vaxtdan üç ay öncə o ərazidə çətənə kolları əkib. Bu müddət ərzində o, adıçəkilən ailə üzvləri ilə birgə meşəyə gələrək çətənə kollarına qulluq edib.

2017-ci ildən əvvəl də məhkumluq həyatı yaşayan Elvin sözügedən əməlinə görə həbs edilib. Bir neçə il həbsxanada qalaraq azadlığa çıxıb. Bundan sonra isə o, işləmək məqsədilə həyat yoldaşı ilə birlikdə Türkiyəyə gedib və məlum hadisə baş verib. Bu həbs Elvinin üçüncü məhkumluğu olacaq.

10:38
Türkiyədə Azərbaycan vətəndaşı Elvin Umayev həyat yoldaşı Turanə Umayevanı qətlə yetirib.

BAKU.WS xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Hadisə ötən gün Trabzon şəhərinin Ortahisar rayonunda qeydə alınıb.

Tərəflər arasında mübahisə uşağın atasına göstərilməməsinə görə yaranıb. Nəticədə 34 yaşlı Elvin Umayev 38 yaşlı Turanə Umayevaya tapanaçadan bir neçə dəfə atəş açaraq onu qətlə yetirib.

10 il əvvəl həbs həyatı yaşayan E.Umayev 4 ay əvvəl azadlığa çıxmışdı. O, qətli törətdikdən sonra polisə könüllü təslim olub.

Qətl hadisəsi ətrafda olan təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3263   Tarix: 22 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı

25 oktyabr
.

BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb

BƏƏ-nin Şarca əmirliyinin rəhbərliyi ölkə sahillərində neft sızması barədə məlumatlar fonunda Əl-Həmriyə çimərliyini müvəqqəti bağlayıb. "Report" xəbər verir ki, bu barədə əmirlik hökumətinin məlumatında deyilir. Qeyd olunub ki, qərar sahil zolağının neft məhsulları ilə mümkün çirklənməsini

25 oktyabr
.

83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu

Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl

24 oktyabr
.

İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub

Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istifadə edib. "Report"un məlumatına görə, "SpaceX"in rəhbəri İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb

25 oktyabr
.

ABŞ-də qalmaqal: Kəşfiyyat idarəsinin əməkdaşı məxfi məlumatları sevgilisinə ötürüb

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) milli müdafiəyə dair məxfi məlumatları sevgilisinə ötürməkdə şübhəli bilinən 42 yaşlı MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) podratçısı Yan Brinksmanı həbs edib. xəbər verir ki, bu barədə TASS ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb. İstintaqın məlumatın

24 oktyabr
.

İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib

İran heç vaxt ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verməyəcək. "Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin bəyanatında bildirilib. "(ABŞ Prezident

24 oktyabr
.

Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin

25 oktyabr
.

"Axios": Tramp administrasiyası Netanyahunun fəaliyyətindən narazıdır

ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı bəzi müşavirlər hesab edirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu və onun ifrat sağçı koalisiya tərəfdaşlarının hökumətdə təmsil olunmadığı yeni hökumətlə Vaşinqtonun Yaxın Şərq siyasətini həyata keçirməsi daha asan ola bilər. "Report"

25 oktyabr
.

Latviya ərazisində PUA qalıqları aşkarlanıb

Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir. "Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xaric

25 oktyabr