Manaf Ağayev dostları BARƏDƏ: "Anladım ki..." - VİDEO

Manaf Ağayev dostları BARƏDƏ: "Anladım ki..." - VİDEO"Əvvəllər çox əsəbləşirdim. Hökmən mən deyən kimi olmalıdır. Sonra bir anlıq fikirləşdim ki, mən niyə özümdən çıxıram? Hərə bu həyatı bir cür yaşayır. O, belə yaşayır həyatı, onun dostluğu budur. Anladım ki, hamını özüm kimi edə bilmərəm".

Bu sözləri müğənni Manaf Ağayev "Xəbər-ətər" səhər şousunda qonaq olarkən deyib.

Sənətçi əsl dostluğun özünəməxsus şəkildə izahını belə verib.

"Dostluğu başqa cür edirəm. Dostluğu "ölümünə" qədər edirəm. Dostumun dar günündə mütləq yanında olmalıyam. Çörəyi yoxdursa, çörək, pulu yoxdursa, pul verməliyəm. Əziyyət çəkirsə, yanında olmalıyam".

"Ağzı dostluqdan yanan" Ağayev bəzi dostlarından və dostluqlardan yanıldığını açıqlayıb.

"Elə insanlar var ki, onlar dostluğa "barmaq arası" baxır. Onların yerinə çox utandım ki, axı biz süfrələr açmışıq, tonlarla çörək yemişik. Manaf mənim ağsaqqalımdır, Manaf mənim böyük qardaşımdır, Manafdan yoxdur. Orada nə var idi ki? (həbs olunmasını red.) Hələ başqa bir şey olsa, sən mənim arxamca gələnsən, çörək verənsən?

Bütün bu məsələri görüb anladım ki, o mənəm. Beş barmağımız var, hərəsi də bir boyda, ölçüdədir. Hərə bir cür dostluğu yaşayır. Sonra incimədim. Başa düşdüm ki, sən də biraz özünə gəl".

Qeyd edək ki, M.Ağayev fevralın 17-si bahalı avtomobillə xüsusi icazə olmadan işğaldan azad olunan Füzuli şəhərinə gedib. Həmin səfəri isə müğənni lentə alaraq sosial media hesabında paylaşıb. Daha sonra onların barələrində tərtib edilən protokollar məhkəməyə göndərilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayevə 15 sutka həbs olunub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3712   Tarix: 24 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

NATO-da Rusiyanın qlobal dəniz təhdidinə qarşı hazırlıq görülməsinə çağırış edilib

NATO özünün strateji çərçivəsini yenidən gözdən keçirməli, "Atlantika uğrunda döyüş" və ya Avropadakı quru əməliyyatlarının hüdudlarından kənara çıxacaq Rusiya ilə qarşıdurmaya hazırlaşmalıdır. "Report" xəbər verir ki, bu, NATO Hərbi Kollecinin son icmalında qeyd olunub. Sənədin müəllifi

14 dekabr
.

Tropik qasırğa Şri-Lankanı cənginə alıb: Ölənlərin sayı 643 nəfərə çatıb

Şri-Lankada bir neçə həftədir müşahidə edilən "Ditva" tropik qasırğası nəticəsində ölənlərin sayı 643 nəfərə çatıb. xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Mərkəzi yayıb. Bildirilir ki, təbii fəlakət nəticəsində daha 184 nəfər itkin hesab olunur. "Ditva" Şri-Lankad

14 dekabr
.

Bu il cütlüklər ən çox niyə mübahisə edib? - 5 əsas səbəb

Amerikalı psixoloq Mark Travers 2025-ci ildə cütlüklərin dəfələrlə yaşadığı beş ən yayğın mübahisəni sadalayıb və onların hər birinin arxasında dayanan gizli emosional mənanı izah edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə "Forbes" üçün yazdığı məqalədə qeyd edib. "2025-ci il cütlüklə

18 dekabr
.

Çində günəş elektrik stansiyası səhranı "oyandırdı" - Alimlər

Günəş enerjisi bu gün çox perspektivli sayılır, baxmayaraq ki, günəş panellərinin istismarı zamanı və xüsusilə də onların xidmət müddəti başa çatdıqdan sonra ekoloji təsirlər barədə müəyyən narahatlıqlar mövcuddur. Lakin bəzi hallarda günəş panelləri ekologiya üçün əhəmiyyətli müsbət təsir göstərə bilər

18 dekabr
.

Sudanda BMT obyektinə zərbə endirildi: Altı nəfər həlak oldu

Sudanın Kaduqli şəhərindəki BMT obyektinə Çevik Reaksiya Qüvvələri tərəfindən endirilən dron zərbəsi nəticəsində azı altı mülki şəxs həlak olub. xəbər verir ki, bu barədə "Agence France-Presse" agentliyi məlumat yayıb. Məlumata görə, şəhər Çevik Reaksiya Qüvvələri tərəfindən mühasirəyə alınıb

14 dekabr
.

Milyarderin 100-dən çox uşağı varmış - Maskla quda olmaq istəyir

"Duoyi" onlayn oyun şirkətinin təsisçisi, 48 yaşlı çinli milyarder Xu Bo ABŞ-də fəaliyyət göstərən surroqat agentlikləri vasitəsilə 100-dən çox ABŞ doğumlu uşaq sahibi olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Xunun gələcəkdə uşaqlarından birinin amerikalı sahibkar və iş adam

16 dekabr
.

Sonsuz yalan danışırlar: Xroniki yalançıların 11 vərdişi

Psixoloqlar xroniki yalançıların 11 əlamətini açıqlayıb və daim manipulyasiya edən insanı necə asan və tez tanımağın mümkün olduğunu izah ediblər. Qaynarinfo xəbər verir ki, bu barədə "Your Tango" yazıb. Xroniki yalan - tək-tük uydurmalar və ya "zərərsiz" şişirtmələr deyil, həm insanı

15 dekabr
.

Alimlər təbii elektrik stansiyaları kimi fəaliyyət göstərən qayalar kəşf etdi

Alimlər hidrogen istehsal edən və "reaktor" kimi davranan süxurlar aşkar ediblər. Bu tapıntı dərin okeanların kimyasının necə işlədiyini və ehtimal ki, milyardlarla il əvvəl həyatın necə yarandığını anlamaq üçün mühüm açar rolunu oynayır. Qaynarinfo nəşrinə istinadən xəbər verir ki, Kardif

15 dekabr
.

Dünyada ən sürətli heyvan hansıdır?

Bir çox insanı Yer üzündə ən sürətli heyvanın hansısı olduğu maraqlandırır. Qaynarinfo "IFLScience" jurnalına istinadən xəbər verir ki, bu suala cavab verərkən heyvanların yaşadığı mühiti nəzərə almaq lazımdır. Buna görə nəşr quru, dəniz və səma kateqoriyalarını ayırıb. Quruda ən sürətli heyvan

15 dekabr