Ən yaxşı 5 elmi-fantastik film: Robotlar, yad planetlilər..

Ən yaxşı 5 elmi-fantastik film: Robotlar, yad planetlilər..Şüurumuzu genişləndirən, dəyişdirən təkcə hadisələr və kitablar deyil. Elə filmlər var ki, onları izlədiyimizdə fərqində olmadan bu işi görməyi bacara bilirik. Son illərdə ən çox sevilən və izlənilən film janrlarından biri isə elmi fantastika filmləridir. Bu janrlı kinolarda kosmik gəmilər, robotlar, yad planetlilər və zamanda səyahət kimi xəyali hadisələrin elmi əsaslı təsvirlərindən istifadə edilir.

Lent.az rejissor işi, aktyor oyunu, ssenari və musiqi baxımından dəyərləndirdiyimiz son 20 ilin "ən elmi" 5 fantastik filmini təqdim edir:

Mr.Nobody (Cənab Heç kim) - 2009

"Mr.Nobody" 2009-cu il istehsalı, Jaco Van Dormaelin rejissorluğunu etdiyi filmdir. "Cənab Heç kim" 2092-ci ildə dünyada qalmış son ölümlü olan 117 yaşındakı Nemo adlı bir adamdır. Digər yerdə qalan bütün insanlar isə ölümsüzdür. Buna görə də ölümündən əvvəl Nemonu bir jurnalist ziyarət edir və həyatını əhatə edəcək müsahibə verməsini istəyir. Nemo isə ona bir-birinə zidd olan həyat əhvalatını danışmağa başlayır.

O, həyatını üç əsas məqamda təsvir edir: 9 yaşında valideynləri boşananda, 15 yaşında aşiq olanda və 34 yaşında yetkinlik halında...

Bəs, "Cənab Heç kim" kimdir ?
Ən yaxşı 5 elmi-fantastik film: Robotlar, yad planetlilər..WALL•E ( Divar•E ) - 2008

Bu film uzaq gələcəkdə cərəyan edir. Kinoda Yer kürəsinin həddindən artıq çirklənməsi səbəbindən bəşəriyyətin başqa planetdə yaşamağa başlamasından danışılır. Çirklənmiş dünyanı təmizləmək isə şirin bir robot olan Voliyə tapşırılır. Bəşəriyyətin qoyub getdiyi çirkli mühitdən özünə yeni dünya yaradan Volinin tənhalığı başqa bir robot Həvvanın gəlişi ilə sona çatır. İki sevimli robot arasında başlayan təsirli münasibət bir çox çətinliklərə baxmayaraq müqavimət göstərməyə çalışır. Kino insanların yaşadığı mühitə vurduğu ziyanla bağlı vacib mesajlar verərkən, insanlığı gələcəkdə texnologiyanın əsiri, tənbəllikdən tükənmiş bir obrazda təsvir edir.
Ən yaxşı 5 elmi-fantastik film: Robotlar, yad planetlilər..Eternal Sunshine of the Spotless Mind (Təmiz ağılın əbədi günəşi) – 2004

Çarli Kaufmanın ssenarisi əsasında kinorejissor Mişel Kondrinin içində fantastik elementlər olan çəkdiyi dram janrlı filmdir. Kino orijinal ssenarisinə görə Oskar mükafatına layiq görülüb.
Filmin qəhrəmanı Coel (Cim Kerri) və Klementina (Keyt Uinslet) bir-birini həyatlarından və beyinlərindən silmək qərarına gəlirlər. Lakin Coel bəzi xatirələri yaşatmağa davam edir.Amma daha sonra Coel Klementinasız yaşaya bilməyəcəyini anlayır. Bundan sonra sevdiyi qadının keçmiş xatirələrini ona geri qaytarmağın yollarını axtarmağa başlayır..
Ən yaxşı 5 elmi-fantastik film: Robotlar, yad planetlilər..Interstellar (Ulduzlararası) – 2014

Rejissorluğunu Kristofer Nolanın etdiyi 2014-cü ildə istehsal olunmuş elmi-fantastika filmidir. Bəşəriyyətin həyatda qalmaq üçün mübarizə apardığı antiutopik gələcəyi təsvir edən film, bəşəriyyət üçün yeni ev axtarışında olan, Saturn yaxınlığındakı köstəbək dəliyindən keçən bir qrup astronavtdan bəhs edir. Kinoda zamanda səyahət, qara dəliyə daxil olma, müxtəlif dünyalar, zamanın nisbilik anlayışları genişmiqyaslı təsvir olunub.
Nolanın bu kinosu həmin illərdə xeyli müzakirələrə səbəb olmuşdu. Əminliklə demək olar ki, "Ulduzlararası" son illərin ən keyfiyyətli elmi-fantastik ekran əsərləri sırasındadır.
Ən yaxşı 5 elmi-fantastik film: Robotlar, yad planetlilər..Inception ( Başlanğıc) - 2010

Siyahımızın birinci yeri fantastika janrında istehsal olunan "Başlanğıc" filmidir. Kinonun ssenari müəllifi, ortaq prodüseri və rejissoru Kristofer Noladır. Leonardo Dikaprionun baş rolu olduğu kinoda Kob istedadlı oğrudur. O, zehnin ən qaranlıq və həssas olduğu yuxu anında şüuraltının dərinliklərindən qiymətli sirləri, informasiyaları götürür. Öz bacarıqlarının qurbanına çevrilən və hər şeyini itirən Kob, tezliklə səhvini düzəltmək üçün yeni bir şans əldə edir. Amma bu dəfə o, beyindən oğurlamaq əvəzinə, oraya bir informasiyanı yerləşdirməlidir.
Ən yaxşı 5 elmi-fantastik film: Robotlar, yad planetlilər..


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1916   Tarix: 28 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı

Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd

25 oktyabr
.

İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub

Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istifadə edib. "Report"un məlumatına görə, "SpaceX"in rəhbəri İlon Mask bu barədə "X" sosial şəbəkəsində yazıb

25 oktyabr
.

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb

24 oktyabr
.

Hörmüz boğazı uğrunda mübarizə: Trampdan diqqətçəkən bəyanat

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının tamamilə ABŞ-nin nəzarətində olduğunu və belə də qalacağını bildirib. xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının gedişini şərh edərkən bu fikirləri səsləndirib. "İran hazırda, demək ola

25 oktyabr
.

İranın təhdidləri ABŞ-ni qorxutdu: Diplomatlar təcili təxliyə olunurlar

ABŞ hökuməti İran tərəfindən gözlənilən hücum xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşən bəzi nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə təxliyə etməyə başlayıb. xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən CNN telekanalı yayıb. "Təxliyə prosesi məyusedic

25 oktyabr
.

ABŞ-də qalmaqal: Kəşfiyyat idarəsinin əməkdaşı məxfi məlumatları sevgilisinə ötürüb

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) milli müdafiəyə dair məxfi məlumatları sevgilisinə ötürməkdə şübhəli bilinən 42 yaşlı MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) podratçısı Yan Brinksmanı həbs edib. xəbər verir ki, bu barədə TASS ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb. İstintaqın məlumatın

24 oktyabr
.

83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu

Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl

24 oktyabr
.

Tramp: Şimal dənizinin resurslarının mənimsənilməsi Böyük Britaniyanı çox zəngin edəcək

ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib. "Report" xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqları şərh edərkən Ağ Evin qarşısında jurnalistlərə bildirib

25 oktyabr
.

Tramp saxta addan istifadəyə görə konqresmeni istefaya çağırdı

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan konqresmen İlhan Omardan dərhal istefa verməsini tələb edib. xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Konqresdə and içərkən saxta addan istifadə etdiyinə görə hesab edirəm ki, o, dərha

25 oktyabr