Kainatla bağlı BÖYÜK TƏHLÜKƏ: Sıxılmağa başlayacaq

Kainatla bağlı BÖYÜK TƏHLÜKƏ: Sıxılmağa başlayacaqAlimlər kainatın inkişaf modelini yaradıblar və həmin model onu göstərib ki, kainatın sürətlə genişlənməsinə təkan verən qaranlıq enerji müəyyən müddətdən sonra genişləndirmə gücünü itirə bilər.

Sonxeber.az Lent.az-a istinadən bildirir ki, nəticədə qaranlıq enerjinin digər özəlliyi kainatın tədricən sıxılmasına gətirib çıxardacaq. Bu isə öz növbəsində kainatın məhv olmasına və ya məkan-zamanın yeni doğuşuna səbəb olacaq. Prinston Universitetinin alimləri belə bir qənaətə gəliblər ki, qaranlıq enerji təbiətin sabit gücü deyil və o, müəyyən müddətdən sonra dəyişə bilər. Belə ki, qaranlıq enerjinin, kainatın genişlənməsinə təkan verən itələyici qüvvəsi sonda zəifləyə və tamamilə dayana bilər. Bunun baş verəcəyi halda qaranlıq enerjinin digər imkanı ortaya çıxacaq. Söhbət, cəzbetmə gücündən gedir. O isə öz növbəsində kainatın yavaş-yavaş sıxılmasına gətirib çıxardacaq.

Alimlər tərəfindən kainatın təkamülü üzrə yaradılmış model onu göstərib ki, kainatın sürətli genişlənməsi 65 milyon ildən sonra dayana bilər. Daha 100 milyon il ərzində kainat ümumiyyətlə genişlənməyəcək.
Növbəti mərhələdə isə yavaş-yavaş sıxılma prosesi işə düşə və bir neçə milyard il ərzində davam edə bilər. Nəticədə kainat ya məhv olacaq ya da onun yeni doğuşu baş verəcək. "Biz düşünürük ki, kainat genişlənməsi prosesi olduqca tez bir zamanda ləngiyəcək. Belə ki, kosmik miqyasda 65 milyon il o qədər də böyük zaman göstəricisi deyil" - deyə Prinston Universitetinin alimi Paul Steinhardt qeyd edib. Hələ keçə əsrin 90-cı illərində alimlər öyrənmişdilər ki, kainat milyardlarla il bundan öncəki vəziyyəti ilə müqayisədə daha sürətlə genişlənir və bunun əsas səbəbi qalaktikalar kimi yüksək kütləli kosmik obyektləri bir-birilərindən itələmə gücünə sahib qaranlıq enerjidir. Albert Eynşteyn tərəfindən təklif edilmiş nəzəriyyəyə əsasən qaranlıq enerji dəyişməyən formaya sahibdir. Yəni bu bilinməyən güc dəyişmir və buna görə də kainatın genişlənməsi sonsuza qədər davam edəcək. Lakin aralarında Paul Steinhardt-ın da olduğu alimlərin 1998-ci ildə təqdim etmiş olduqları digər bir nəzəriyyəyə əsasən qaranlıq enerjinin sabit qalması zəruri deyil və onun özəllikləri dəyişə bilər.

Bu isə o deməkdir ki, qaranlıq enerji itələmə qüvvəsi ilə yanaşı həmçinin cəzbetmə qüvvəsinə sahibdir.
Kainatın inkişafı üzrə yeni modeli yaradaraq alimlər belə bir qənaətə gəliblər ki, qaranlıq enerjinin, kainatın genişlənməsinə təkan verən qüvvəsi müəyyən müddətdən sonra zəifləyəcək. Alimlər tərəfindən yaradılmış modelləşdirməyə əsasən qaranlıq enerjinin itələmə qüvvəsi hələ bir neçə milyard il bundan öncə ləngiməyə başlayıb. Buna görə də kainatın sürətli genişlənməsi artıq indidən ləngiməyə başlayıb. Steinhardt-n sözlərinə əsasən kainatın genişlənmə prosesi bitdikdən sonra onun sıxılma prosesi başlayacaq və bu proses çox ləng şəkildə gedəcək. Kainatın indiki ölçüsünün yarısına kimi sıxılması üçün bir neçə milyard il lazım olacaq.

"Biz düşünürük ki, sonda ehtimal edilən 2 hadisədən biri baş verəcək. Ya kainat məhv olana və məkan-zamanın bitməsinə kimi sıxılmağa davam edəcək, ya da o, Böyük partlayışdan öncəki vəziyyətə kimi sıxılacaq və nəticədə daha bir Böyük partlayış baş verərək yeni kainatın yaranmasına səbəb olacaq" - deyə Steinhardt qeyd edib. Əgər ehtimal edilən bu hadisələrdən ikincisi baş versə, deməli kainat mütəmadi şəkildə genişlənir və sıxılır. Bu isə o deməkdir ki, bizim kainatımız, sonsuz kainatlar seriyasında ilk və ya sonuncu deyil. Təəssüflər olsun ki, aparılmış bu yeni araşdırma sadəcə olaraq nəzəriyyə xarakteri daşıyır və onu hər hansı bir üsul ilə yoxlamaq imkanı mövcud deyil. Bəlkə də sonun necə olacağını bizim uzaq gələcəkdəki nəsillərimiz görə biləcəklər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1309   Tarix: 04 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib

İran heç vaxt ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verməyəcək. "Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin bəyanatında bildirilib. "(ABŞ Prezident

24 oktyabr
.

"Volkswagen" daha 10 mindən çox işçisini ixtisar etməyə hazırlaşır

Almaniyanın "Volkswagen" avtokonserni 2030-cu ilə qədər daha 12 min işçisini ixtisar etmək niyyətindədir. "Report" "Spiegel"ə istinadən xəbər verir ki, şirkət bu barədə Hannoverdə işçilərin nümayəndələri ilə keçirilən görüşdən sonra elan edib. İki il əvvəl, həm əsas brendin

25 oktyabr
.

İran ABŞ gəmilərinin Fars körfəzinə bir daha girməsinə icazə verməyəcəyini bildirir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdullahi bildirib ki, İran Amerika hərbi gəmilərinin bir daha Fars körfəzinə girməsinə icazə verməyəcək. xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Xatəm əl-Ənbiy

24 oktyabr
.

Meqan Marklın atası ilə bağlı yeni təfərrüatlar üzə çıxıb

Sasseks hersoginyası Meqan Marklın atası, 82 yaşlı Tomas Markl ətrafında yaranan qalmaqalla bağlı yeni təfərrüatlar üzə çıxıb. Axşam.az xəbər verir ki, Meqan daha əvvəl açıqlamasında uzun illərdir ünsiyyət saxlamadığı atası haqqında narahatedici məlumatlardan 2018-ci ildə xəbər tutduğunu deyib. Meqanı

25 oktyabr
.

Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı

İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı

24 oktyabr
.

83 yaşlı qadın toyundan əvvəl əməliyyat olundu

Rusiyanın paytaxtı Moskvada həkimlər toyuna hazırlaşan 83 yaşlı qadını xərçəng xəstəliyinə görə uğurla əməliyyat ediblər. Bu barədə N.N. Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yaşına baxmayaraq, qadın fəal həyat tərzi keçirir, mütəmadi idmanl

24 oktyabr
.

Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib. "Report" "Arab News"a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türk

24 oktyabr
.

Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir

Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır. "Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamı

24 oktyabr
.

Ukrayna ordusu üçün mühüm nəticə: "Starlink" sisteminin sürəti bərpa edildi

Ukrayna Müdafiə Nazirliyinin monitorinq sistemləri "Starlink" və "Starshield" peyk sistemlərinin iş sürətinin bərpa edildiyini qeydə alır. xəbər verir ki, nazirliyin monitorinq sistemləri 400 km/saatdan çox sürətlə hərəkət edərkən "Starlink" və "Starshield"in i

24 oktyabr