Ən çox qazanan idmançılar - SİYAHI
"Forbes" ən çox qazanan idmançıların siyahısını açıqlayıb.
Sonxeber.az Apasport.az-a istinadən xəbər verir ki, cədvələ PSJ-nin futbolçusu Lionel Messi başçılıq edir.
35 yaşlı argentinalının son 12 ayda gəliri 130 milyon dollar təşkil edib. Messi avadanlıq və içki istehsalçıları ilə də əməkdaşlıq edir. O, 2013-cü ildən bəri ilk dəfə meydandan kənarda Kriştiano Ronaldo (55 milyon dollar) qədər qazanc götürüb.
Reytinqdə ikinci yerdə MBA klubu "Los Anceles Leykers"in basketbolçusu Lebron Ceyms (121,2 milyon) qərarlaşıb ki, onun yalnız maaşı 41,2 milyondur. Ceyms ötən ilin oktyabrında "SpringHill" media şirkətindəki payını satıb. Siyahının ilk üçlüyünü "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo (115 milyon, maaş - 60 milyon) qapayıb. Portuqaliyalının bir neçə böyük reklam müqaviləsi var və o, həm də restoranlar şəbəkəsinin ortaq sahibidir.
1. Lionel Messi (futbolçu) - 130 milyon dollar
2. Lebron Ceyms (basketbolçu) - 121,2 milyon
3. Kriştiano Ronaldo (futbolçu) - 115 milyon
4. Neymar (futbolçu) - 95 milyon
5. Stiven Karri (basketbolçu) - 92,8 milyon
6. Kevin Dyurant (basketbolçu) - 92,1 milyon
7. Roje Federer (tennisçi) - 90,7 milyon
8. Saul Alvares (boksçu) - 90 milyon
9. Tom Bredi (amerikan futbolçusu) - 83,9 milyon
10. Yannis Adetokunbo (basketbolçu) - 80,9 milyon).
Reytinqdə idmançıların 2021-ci il mayın 1-dən 2022-ci il mayın 1-dək qazandıqları bütün mükafatlar, maaşlar və bonuslar nəzərə alınıb. MBA oyunçuları və futbolçuların mövsümlük əmək haqları hesablanıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1303 Tarix: 12 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b
19 sentyabr"İnter Mayami" David Alaba ilə maraqlanır
İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə
19 sentyabrMert Günok Türkiyə millisindəki karyerasını başa vurub
"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib
18 sentyabr"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır
18 sentyabrPSJ Mbappedən 60 min avro təzminat alacaq
"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl
16 sentyabrNeymar "Santos"u FIFA qadağasından xilas etdi
"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı
13 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabr