"Neftçi"nin yeni baş məşqçisi kim olacaq? - FOTO

"Neftçi"nin yeni baş məşqçisi kim olacaq? - FOTO"Neftçi"nin Samir Abasovla yollarını ayıracağı heç kimdə şübhə doğurmur. Paytaxt klubunun rəhbərliyi artıq yeni baş məşqçi axtarışına da çıxıb. Mətbuatda Temuri Ketsbaya, Roman Qriqorçuk kimi mütəxəssislərin adı çəkilsə də, hələ ki rəsmi təsdiq yoxdur.

2019-cu ildən "Anortosis"ə rəhbərlik edən gürcüstanlı mütəxəssisin Kiprdən Bakıya gəlməsi elə də inandırıcı görünmür. Qriqorçuk variantı isə kifayət qədər inandırıcıdır. "Neftçi"nin idman direktoru Zaur Əzizovun vaxtı ilə "Qəbələ"də ukraynalı məşqçi ilə birgə işləməsi də bu ehtimalı artırır.

Msport.az hazırda boşda olan MDB məkanının tanınmış mütəxəssislərdən bəzilərini "Neftçi" rəhbərliyinin yadına salır.
"Neftçi"nin yeni baş məşqçisi kim olacaq? - FOTOVasili Saçko

Yaş: 47

İşlədiyi yerlər: "Vorskla" (2012-2019), "Volın" (2020-2021)

Saçko bizə hələ "Volın"da Kamal Quliyev, Samir Əliyev, Tərlan Əhmədovla birgə çıxış etdiyi vaxtdan yaxşı tanışdır. 2012-ci ildə "Vorskla"da karyerasını bitirən hücumçu elə bu klubda da məşqçiliyə başlayıb. O, 2014-də Poltava təmsilçisinin sükanı arxasına keçib. "Vorskla" onun rəhbərliyi altında 2015-2016 və 2016-2017-ci illərdə Avropa Liqasında çıxış etsə də, ilk mərhələdə mübarizəni dayandırıb. Saçko 2018-ci ildə komandaya Ukrayna çempionatının bürünc medalını qazandırıb. "Vorskla" Avropa Liqasının qrup mərhələsində "Qarabağ" üzərində qələbə qazana bilmişdi. Ötənlərin tanınmış futbolçusu "Vorskla"dan sonra "Volın"da bir il işləyib.
"Neftçi"nin yeni baş məşqçisi kim olacaq? - FOTOLeonid Kuçuk

Yaş: 62

İşlədiyi yerlər: "Şerif" (2004-2010), "Salyut" (2010), "Arsenal" (Kiyev) (2011-2012), "Kuban" (2013), "Lokomotiv" (2013-2014), "Kuban" (2014-2015), "Stal" (2017), "Rostov" (2017), "Rux" (2019), "Dinamo Minsk" (2020-2021) "Rux" (2021).

Kuçukun yaşı sizi aldatmasın. Müharibə başlayana qədər təcrübəli mütəxəssis Lvovun "Rux" klubunda işləyirdi. Kuçuk müxtəlif illərdə Moldova, Ukrayna və Belarus çempionatlarının ən yaxşı məşqçisi olub. O, 2013-2014-cü illər mövsümündə Moskva "Lokomotiv"ə Rusiya Premyer Liqasının bürünc medalını qazandırıb. Təcrübəli məşqçinin ən çox çalışdığı yer "Şerif"dir. Kuçuk Tiraspol təmsilçisini 6 dəfə Moldova çempionu edib. "Şerif" 2009-cu ildə "Birlik kuboku"nu da qazanıb. Komanda həmin dövrdə Avropa Liqasının qrupunda da oynayıb.
"Neftçi"nin yeni baş məşqçisi kim olacaq? - FOTORaşid Rahimov

Yaş: 57

İşlədiyi yerlər: "Admira Vakker" (2002-2004), "Amkar" (2006-2007), "Lokomotiv" (2007-2009), "Amkar" (2009-2011), "Terek" (2013-2017), "Axmat" (2018-2019), "Ufa" (2020-2021).

Raşid Rahimovu daha çox "Matç" Tv-dən ekspert kimi tanıyırıq. Rusiya və Tacikistan yığmalarında da çıxış etmiş Rəhimov məşqçilik karyerasına Avstriyada başlayıb. Uzun illər Avstriyanın müxtəlif klublarında forma geyinmiş müdafiəçi məşqçiliyə "Admira Vakker"də başlayıb. Sonradan Rusiyaya gələn mütəxəssis müxtəlif komandalarda işləyib. "Terek"in ən yaxşı nəticələri onun adı ilə bağlıdır.
"Neftçi"nin yeni baş məşqçisi kim olacaq? - FOTOOleq Kononov

Yaş: 56

İşlədiyi yerlər: "Karpatı Lvov" (2008-2011), "Sevastopol" (2012-2013), "Krasnodar" (2013-2016), "Ahmat" (2017), "Arsenal Tula" (2018), "Spartak" (2018-2019), "Riqa" (2020).

Belarus məşqçilik məktəbinin daha bir yetirməsi. Konovun Rusiya karyerasının zirvəsi "Spartak"da çalışması idi. Amma aydın məsələdir ki, paytaxt klubunda baş çıxarmaq asan məsələ deyil. Həmin vaxt Sports.ru saytının keçirdiyi sorğuya əsasən, "Spartak" tarixinin ən uğursuz məşqçisi sayılmışdı. O, Moskva klubuna qədər 2014-2015-ci illərdə "Krasnodar"a çempionatın bürünc medalını qazandırmışdı və Rusiya Futbol İttifaqının versiyasına əsasən, mövsümün ən yaxşı məşqçisi seçilmişdi.
"Neftçi"nin yeni baş məşqçisi kim olacaq? - FOTOViktor Qonçarenko

Yaş: 44

İşlədiyi yerlər: BATE (2007-2013), "Kuban" (2013-2014), "Ural" (2015), "Ufa" (2016), ÇSKA (2016-2021), "Krasnodar" (2021-20220.

Qonçarenko ilin əvvəlində "Krasnodar"dan ayrıldıqdan sonra işsizdir. MDB məkanında ən sayılıb-seçilən məşqçilərdən biri hesab olunur. O, 2 dəfə ÇSKA ilə Rusiya çempionatının qızıl medalını qazanmağa yaxın olsa da, gümüşlə kifayətləndi. Altı dəfə BATE-ni Belarus çempionu edən mütəxəssis on dəfə bu ölkədə ilin məşqçisi seçilib. BATE 2008-ci ildə Çempionlar Liqasının qrupuna vəsiqə qazanarkən Qonçarenkonun 21 yaşı var idi. O, ÇL tarixində qrupa düşmüş ən gənc məşqçi oldu. BATE-nin "Yuventus"la hər iki oyunda heç-heçə (2:2, 0:0) etməsini hələ də azarkeşlər yaxşı xatırlayırlar. 2010-cu ildə isə Belarus klubu onun rəhbərliyi altında ilk dəfə Avropa Liqasında 1/16 final mərhələsinə çıxardı. Orada BATE-nin yolunu PSJ kəsdi.
"Neftçi"nin yeni baş məşqçisi kim olacaq? - FOTOYuri Vernidub

Yaş: 56

İşlədiyi yerlər: "Zarya" (Luqansk) (2011-2019), "Şaxtyor" (Soliqorsk) (2019-2020), "Şerif" (2020).

Vernidub hələ də rəsmən "Şerif"in baş məşqçisi sayılsa da, onun Ukraynaya qayıdıb Rusiyaya qarşı döyüşlərdə iştirak etdiyinə dair xəbərlər yayılmışdı. Vaxtı ilə Bakıya gəlib "Sabah"ın oyununu izləyən amma sonradan klubdan dəvət almayan məşqçi "Neftçi" üçün yaxşı variant sayıla bilər. Ancaq Vennidubun müharibədə döyüşməsi "ağ-qaralar"ın rəhbərliyini düşünməyə sövq edəcək. Bu elə məsələdir ki, ən yüksək səviyyədə "Neftçi"yə "ok" gəlməlidir. Lakin indiki məqamda Vernidub Ukraynanı qoyub Azərbaycana gələrmi? Buna da inanmaq bir az çətindir. Verniduvun məşqçi kimi səviyyəsini geniş müzakirə etməyə ehtiyac da yoxdur: "Şerif"in Çempionlar Liqasındakı son mövsümünü yada salmaq kifayət edər./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 2483   Tarix: 25 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b

19 sentyabr
.

"İnter Mayami" David Alaba ilə maraqlanır

İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə

19 sentyabr
.

Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub

"Fənərbağça"nın qapıçısı Mert Günok Türkiyə millisindəki karyerasını başa vurub. xəbər verir ki, 37 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Xatırladaq ki, Mert Günok 2012-ci ildən Türkiyə yığmasının formasını geyinib

18 sentyabr
.

"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır

18 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

Neymar "Santos"u FIFA qadağasından xilas etdi

"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı

13 sentyabr
.

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada

18 sentyabr
.

2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı

"Formula 1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrı

16 sentyabr
.

İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib. "Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platforma

12 sentyabr