"Bu, mənim xoşuma gəlmir" - De Byazi

"Bu, mənim xoşuma gəlmir" - De ByaziAzərbaycan yığması Millətlər Liqasında ilk oyununu iyunun 3-ü səfərdə Qazaxıstan millisi ilə keçirəcək.

"Qafqazinfo" xəbər verir ki, komandamızın çalışdırıcısı Canni de Byazi bununla əlaqədar Qazaxıstan mətbuatına müsahibə verib:

- Komandanız Millətlər Liqasının yeni mövsümünün ilk oyununu Qazaxıstanda keçirir. Azərbaycan yığmasının turnirə uğurlu başlaması nə dərəcədə vacibdir?

- Mənim ölkəmdə belə deyirlər: yaxşı başlayanlar artıq öz işinin yarısını görüb. Biz bilirik ki, Millətlər Liqasına səfərdə yaxşı komandaya qarşı başlamaq asan olmayacaq. Amma üç xal qazanmağa çalışmaq lazımdır. Özümüz, bütün Azərbaycan xalqı, federasiyamız və ən əsası bayrağımız üçün 3 xal gətirməliyik.

- İyun ayında qrupumuzun komandaları yarışda 10 gün ərzində dörd oyun keçirəcək. Bu təqvim haqqında nə düşünürsünüz?

- Bilirəm ki, çoxlu səyahətlə qısa müddətdə dörd matç oynamaq asan deyil. Dincəlmək lazımdır, amma bu, mümkün deyil. Beynəlxalq təqvim çox sıxdır.

- Azərbaycan yığmasının ilkin olaraq açıqlanan heyətində cəmi 15 futbolçu yer alıb. Niyə?

- Çünki cümə günü, mayın 27-də Azərbaycan kubokunun final oyunu keçirildi və mən bu matçda iştirak edən futbolçuların konsentrasiyasını pozmaq istəmədim.

- Hazırda ən güclü azərbaycanlı futbolçuları Qazaxıstana gətirmək fikrindəsiniz?

- Əlbəttə!

- Maraqlıdır, sizcə, Qazaxıstan millisinin ən yaxşı oyunçuları kimlərdir?

- Adətən rəqibin komandasına baxıram, amma nə onun fərdi xüsusiyyətlərini, nə də oyun tərzini ictimaiyyət qarşısında mühakimə edirəm. Qazaxıstan millisi yaxşı futbolçulardan ibarət komandadır.

- Maqomed Adiyevin rəhbərliyi altında komandadan nə gözləyə bilərsiniz?

- Məncə, o, uğur qazanmaq, qalib gəlmək istəyir. Amma biz də eyni şeyi istəyirik.

- Qazaxıstandakı oyun "Astana Arena"nın süni ot örtüklü meydançasında keçiriləcək. Bu, komandanız üçün problem ola bilərmi?

- Hər iki komanda üçün oyun meydançası eynidir. Amma şəxsən bu, mənim xoşuma gəlmir.

- Qarşıdan gələn Millətlər Liqası turniri üçün Azərbaycan yığmasının qarşısına hansı vəzifə qoyulub?

- Bacardığınız qədər yaxşı çıxış edin.

- Sizcə qrupumuzun favoriti kimdir?

- Slovakiya millisi.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1060   Tarix: 30 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)

"Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım". Qaynarinfo xəbər verir ki, bu sözləri ASAN TV-yə müsahibəsində "Qarabağ"ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumç

12 sentyabr
.

"İnter Mayami" David Alaba ilə maraqlanır

İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə

19 sentyabr
.

"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib

"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund

14 sentyabr
.

"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib

İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk

16 sentyabr
.

Atletika çempionatında kütləvi zəhərlənmə

Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa

13 sentyabr
.

Şahruddin milliyə çağırılmadı

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov komandanın heyətini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, çalışdırıcı ümumilikdə 30 futbolçuya dəvət göndərib. Qeyd edək ki, millimiz yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsind

18 sentyabr
.

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27

21 sentyabr
.

İnfantino FIFA prezidentliyinə namizədliyini irəli sürüb-sürməyəcəyini açıqlayıb

FIFA prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib. "Report" xəbər verir ki, onun sözlərindən "The Touchline" sitat gətirib. "Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Bilmək istəsəniz, mənim platforma

12 sentyabr
.

"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy

17 sentyabr