Ərzaq qıtlığı EHTİMALI: Azərbaycanda problem olacaq?

Ərzaq qıtlığı EHTİMALI: Azərbaycanda problem olacaq?Ekspertlər iddia edirlər ki, Ermənistanda vəziyyət bərbaddır. İrəvan ümidini Aİİ-yə bağlayıb. Gürcüstan da çətin durumdadır. Rusiyanın taxıl ixracına görə rüsumu hər dəfə artırması Tbilisidə narahatlığa səbəb olur. Azərbaycan isə nəinki özünü zəruri ərzaq məhsulları ilə təmin edə bilər, hətta ixrac potensialına da sahibdir.

Sonxeber.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Rusiyanın Ukraynada başlatdığı müharibə uzandıqca dünyada qlobal aclıq təhlükəsi də artır. Sayca altıncı sanksiya paketinə baxmayaraq, Rusiya geri çəkilmir. Məsələ ondadır ki, həm Rusiya, həm də Ukrayna bir sıra ölkələri taxıl və digər zəruri ərzaq məhsulları ilə təchiz edirdi. İndi isə vəziyyət dəyişib. Rusiya sanksiya səbəbindən məhsullarını ixrac edə bilmir, Ukraynanın qarşısını isə Rusiya alıb. Müharibədən öncə Ukrayna buğdanı, əsasən, Qara dəniz limanları ilə ixrac edirdi. Rusiyanın həmin limanları bağlaması ilə vəziyyət kritik həddə çatıb.

Moskva iddia edir ki, bəzi dövlətlər artıq aclıq təhlükəsi ilə üz-üzədirlər və əgər Rusiyaya qarşı sanksiya siyasəti davam edərsə, bu, Avropa İttifaqı üçün qarşısıalınmaz nəticələr yarada bilər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya ilə əlaqələr ofisinin direktoru Oleq Kobyakovun verdiyi məlumata görə, dünya bazarında Rusiya və Ukrayna taxılını əvəz edəcək heç kim yoxdur. Rusiya və Ukraynanın taxıl bazarında tutduğu pay 30 faizi ötür. Ötən il Rusiya 35 milyon, Ukrayna 12 milyon ton taxıl ixrac edib. Ərzaq təchizatında fasilələrin yaranması və qiymətlərin kəskin artması milli iqtisadiyyatlarda böhran və vətəndaş iğtişaşları təhlükəsi yaradır. Yeri gəlmişkən, Cənubi Qafqaz ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstan öz ehtiyaclarını, demək olar ki, tamamilə Rusiyadan tədarük olunan taxıl hesabına ödəyir. Bəs ayrı-ayrılıqda Cənubi Qafqaz ölkələrində ərzaq təhlükəsizliyi ilə bağlı məsələ nə yerdədir?

Ölkəmizdə vəziyyətə gəldikdə, ərzaq ehtiyatının yaradılması ilə bağlı çox ciddi addımlar atılıb, gərginlik proqnozlaşdırılmır. Təhlilçilər taxıl üçün başqa bazarların olduğunu deyir və əmindilər ki, ölkədə buğda qıtlığı yaşanmayacaq. Ekspertlər hesab edirlər ki, fevralda prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən müttəfiqlik münasibətləri haqqında saziş imzalandıqdan sonra Moskva Bakını bitkiçilik məhsulları, ilk növbədə taxıl ilə təmin edəcək. Bundan başqa, payızda ölkədə 1 milyon 15 min 685 hektar sahədə taxıl əkilib. Dövlət tərəfindən fermerlərə istehsalın bütün mərhələlərində, o cümlədən güzəştli şərtlərlə texnikanın alınmasında dəstək və ya subsidiyalar verilir. Azərbaycanın nəinki özünü ərzaqla təmin etmək, hətta onu ixrac etmək potensialı var. Taxıl alınmasında Rusiya tərəfdən problem yaranarsa, seçim kimi Qazaxıstan variantı da var. Dövlət istəsə, buğdanı baha alar, ucuz satar. Bu məsələdə elə bir problem yaranası deyil. Ələlxüsus indi, çünki hələ bir neçə aylıq ehtiyat var. Sahibkarlar da bildirir ki, bircə daşınma xərcləri baha başa gələr ki, onu da dövlətin verdiyi subsidiya ilə həll etmək olar. Dünya bazarında kifayət qədər taxıl var, sadəcə qiymətlər baha olacaq.

Ermənistana gəldikdə, hər il 400 min tona yaxın taxıl istehlak edən ölkə onun əsas hissəsini Rusiyadan idxal edir. Bu səbəbdən də Ermənistanda vəziyyət daha mürəkkəbdir. Ərzaq qıtlığı ilə bağlı haqlı qorxu var. "Aravot" qəzetinin yazdığı kimi, Rusiya avqustun 31-dək Aİİ ölkələrinə taxıl və şəkər ixracına qadağa qoyanda Ermənistan vətəndaşları təşviş içində ərzaq almağa başlayıb. İqtisadçı ekspert Hrant Mikaelyan deyir ki, Ermənistanda payızın sonuna qədər taxıl ehtiyatı var, amma sonra onu almaq lazım gələcək. İrəvan Aİİ-yə ümid edir. Bununla belə, hökumətlərarası sazişlərə əsasən, Rusiya kvotadankənar taxıl tədarükünə embarqo qoyub. Məqsəd də odur ki, Aİİ-dəki tərəfdaşlar dünya bazarında Rusiya taxılının alqı-satqısı zamanı qiymət fərqi ilə oynayıb spekulyasiya etməsinlər. Üçüncü ölkələrdən taxıl idxalının mümkünlüyünə gəlincə, Mikayelyanın fikrincə, bu, mümkün deyil: "ABŞ və Kanadanın təklifləri var, amma əminəm ki, onlar ilk növbədə öz ölkələrinə xidmət edəcəklər və çətin ki, Ermənistan nəyəsə nail ola bilsin".

İldə 700 min tona yaxın taxıl istehlak edilən, onun da böyük hissəsini Rusiyadan idxal edən Gürcüstanda, demək olar ki, buğda ehtiyatı qalmayıb, ona görə də buğda emalı zavodları fəaliyyətini dayandırır. Rusiya Gürcüstanın əsas buğda tədarükçüsü olaraq qalır. Rusiyanın taxıl ixracına görə rüsumu hər dəfə artırması Tbilisidə narahatlığa səbəb olur. Mayın ortalarında Gürcüstanın Taxıl və Un İstehsalçıları Assosiasiyasının rəhbəri Levan Silagava bildirib ki, Gürcüstanda qüvvədə olan qanunvericiliyə əsasən, unun idxalına vergi sıfırdır, buğda isə üzən məzənnə ilə tənzimlənir və bu gün hər tona görə 120 dollardır. Gürcüstanda kommersiya istehlakçıları üçün iyulun 1-dən qaz tariflərinin artırılmasının elan edilməsi çörək sənayesi üçün də sürpriz olub. Çörək İstehsalçıları Assosiasiyasının rəhbəri Malxaz Dolidzenin verdiyi məlumata görə, bir neçə qazpaylayıcı şirkət müəssisələr üçün qaz tariflərini artıracaq. Onun sözlərinə görə, cəmi bir-iki gün əvvəl Maliyyə Nazirliyində keçirilən müşavirədə bir çox məsələlər müzakirə olunub, amma heç kim qaz tariflərinin artırılmasını dilə gətirməyib. Dolidze bildirib ki, dövlət müdaxilə etməsə, o zaman hər kəs çörəyin bahalaşması ilə üzləşəcək.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2658   Tarix: 11 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr

7 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

Azərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus

16 sentyabr
.

Avtomobil bazarında qiymətlər artacaq? - AÇIQLAMA

Avtomobil bazarında son dövrdə canlanma və tələbin artması qiymətlərin gələcək dinamikası ilə bağlı suallar yaradır. Eyni zamanda, avtomobil idxalının həcmi, yeni modellərin bazara daxil olması və valyuta məzənnəsi qiymətlərə təsir edən əsas amillər sırasındadır. 2025-ci ildə Azərbaycana minik avtomobil

10 sentyabr
.

Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə

18 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr