Azərbaycan üzərindən yükdaşımalar kəskin ARTACAQ
Rusiya və Ukrayna istiqamətində hərəkətin məhdudlaşdırılması səbəbindən Azərbaycan üzərindən Orta Asiya istiqamətində yükdaşımaların 3 dəfədən çox artacağı gözlənilir.
Bu barədə "Report"a açıqlamasında TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib
O, bildirib ki, Ukraynada limanların blokadada olması alternativ maşrutlar üzrə fəallığı artırır:
"Avstriya, Finlandaiya kimi Avropa ölkələri bizim marşruta yönəlir. Artıq Finlandiya və Avrstiya istiqamətində bir neçə blok qatar yola salınıb. Türkmənistanda da artıq fəallıq hiss edilir. Türkmənistan sərhəddi avtomobil daşımaları üçün bağlı idi. İyunun 1-dən onlar İran və Özbəkistan istiqamətində sərhədləri açıb. Hazırda bütün üzv dövlətlər tərəfindən artan yük həcmini emal etmək üçün operativ tədbirlər görülür.
Əvvəllər ənənəvi olaraq tacik, qırğız, qazax yükdaşıyıcıları Rusiya ərazisindən istifadə edirdilər. O istiqamətdə hərəkət məhdudlaşdırıldığına görə Azərbaycan üzərindən keçən dəhlizə diqqət yönəlib. Ona görə də Azərbaycan üzərindən yükdaşımalar da artım olacaq. Çin tərəfi də aktiv şəkildə bizim marşrut üzrə fəallaşıb. Çin, Özbəkistan, Qırğızıstan 540 km-lik dəmir yolunun inşası ilə bağlı investisiyalar ayırmağa başlayıb. Eyni zamanda Qazaxıstan, Azərbaycan, Gürcüstan üzərindən keçən marşrut üzrə də Çin tərəfindən daha çox yükdaşımların olacağı nəzərdə tutulur".
R.Bayramov qeyd edib ki, iyunun 29-da TRACECA çərçivəsində üzv ölkələrinin gömrükçülərinin görüşü keçiriləcək:
"Görüşdə gömrük məsələlərinin tənzimlənməsi barədə müzakirələr aparılacaq. Digər tərəfdən rəqəmsallaşdırma istiqamətində bir neçə layihəmizi həyata keçirməyə çalışırıq. Onların sırasında Qlobal Tranzit Sazişi də var. İlin üçüncü rübündə bu saziş üzrə pilot daşımanı həyata keçirməyi planlaşdırırıq. Pilot daşımanın hansı istiqamətlərdə olacağı və hansı gömrük-keçid məntəqələrindən keçəcəyi artıq müəyyənləşdirilib. Eyni zamanda Qazaxıstan, Gürcüstan və Azərbaycanda roud-şou keçirildi və biz limanların, dəmiryollarının imkanlarını dəyərləndirdik. Hazırda TRACECA marşrutu üzrə hansı işlərin görülməli olduğu barədə araşdırmalar aparırıq. Xüsusən Xəzər dənizi və Qara dənizdə gəmiçikliklə bağlı araşdırmalar gedir. Bərə və digər tipli gəmilərin analizini aparırıq və bu təhlil nəticəsində müyyən etmək istəyirik ki, hansı həcmdə gəmilərə investisiya yatırmaq lazımdır ki, həm gəmilər daha böyük həcm götürə bilsin, həm də qiyməti aşağı sala bilək".
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 15 milyon 124,6 min ton, yük dövriyyəsi isə 3 milyard 671,9 milyon ton/km olub. Bu isə ötən il eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,02 % və 13,85 % artım deməkdir.
Hesabat dövründə yüklərin 8 milyon 362,3 min tonu və ya 55,3 %-i avtomobil nəqliyyatı, 4 milyon 949,7 min tonu və ya 32,7 %-i dəmir yolu nəqliyyatı, 1 milyon 812,6 min tonu və ya 12 %-i dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 25,5 %-i və ya 3 milyon 863,1 min tonunu tranzit yüklər təşkil edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili
11 sentyabrPrezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr
7 sentyabrBitkoinin qiyməti azalıb
Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib
11 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb
Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü
15 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrAzərbaycanın şəkər ixracından gəliri 2 dəfədən çox artıb
Bu ilin yanvar-avqust aylarında ölkədən 91 milyon ABŞ dolları dəyərində 146,9 min tondan çox şəkər ixrac edilib. xəbər verir ki, Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,3 dəfə artıb. Cari ilin ilk yarısında şəkərin ümumi ixracda xüsus
16 sentyabrAvtomobil bazarında qiymətlər artacaq? - AÇIQLAMA
Avtomobil bazarında son dövrdə canlanma və tələbin artması qiymətlərin gələcək dinamikası ilə bağlı suallar yaradır. Eyni zamanda, avtomobil idxalının həcmi, yeni modellərin bazara daxil olması və valyuta məzənnəsi qiymətlərə təsir edən əsas amillər sırasındadır. 2025-ci ildə Azərbaycana minik avtomobil
10 sentyabrÖtən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
Ötən il Azərbaycanda ümumi sahəsi 87 min 265 kvadrat metr olan 1 min 55 mənzil özəlləşdirilib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən müvafiq olaraq 47,2 % və 14,3 % çoxdur. Hesabat dövründə Bakıda 545 (bir il öncəki göstəricidə
18 sentyabrAzərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabr