"Pensiya yaşı çatan və təqaüdə göndərilən şəxsləri Qazilər əvəz etməlidir" - İLGİNC TƏKLİF

"Pensiya yaşı çatan və təqaüdə göndərilən şəxsləri Qazilər əvəz etməlidir" - İLGİNC TƏKLİFGüc strukturlarının sifarişlərini yerinə yetirən şirkətlər veteranların işlə təminatında nümunə olmalıdırlar

Son il yarımda Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin işlə təmin olunmasında mümkün olan bütün zəruri addımlar atılıb və demək olar ki, bu istiqamətdə problemlər tam həllini tapıb. Veteran və əlillərin işlə təminatında isə bəzi problemlər qalmaqdadır. Əlillərimiz təqaud hesabına dolanışıqlarını qismən təmin edə bilirlər, amma yaralanaraq əlil olmayanların və veteranların işlə təminatında çətinliklər hələ də qalmaqdadır.

Keçən ilin avqustun sonunda təqdim edilən rəsmi məlumata görə, şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində 52 min nəfər işlə təmin olunmuşdu, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilmişdi.

Bundan 10 ay sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətindən verilən məlumata isə deyilir: "Vətən müharibəsindən sonra 13 min qazi və 3 minə yaxın şəhid ailəsinin məşğulluğunun təmin edilməsi ilə bağlı işlər davam etdirilir. Bu günədək həmin kateqoriyadan olan 12 minə yaxın şəxs işlə təmin edilib. Onlardan 6 minə yaxınını özünüməşğuıluq proqramına cəlb etmişik, 3 minə yaxın şəxsi işlə təmin etmişik. Bir qrup şəxs isə peşə hazırlıq kurslarına qatılıb. Hazırda proses davam edir. İndi bir neçə qrup qazinin proqram təminatı üzrə peşə hazırlığı kurslarını davam etdiririk".

Keçən ilin avqustaunda səslənən məlumatlara görə işlə təmin olunanların, özünüməşğulluq proqramına və ictimai işlərə cəlb edilənlərin ümumi sayı 115 min 200 nəfər olubsa, üstündən 10 ay keçəndən sonra bu rəqəmlərdə ciddi azalma müşahidə olunub. Məsələn daimi işlə təmin olunanların sayı 52 min nəfərdən 12 min nəfərə qədər azalıb. Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı isə 7 min 200 nəfərdən 6 minə qədər azalıb. Vətən müharibəsindən sonra 13 min qazi və 3 minə yaxın şəhid ailəsinin məşğulluğunun təmin edilməsi ilə bağlı işlərin davam etdirilməsini də nəzərə alsaq belə, yenə də keçən il səslənən rəqəmlərdən ən azı iki dəfə kiçik rəqəm alınır. Keçən ilin avqustunda 56 min nəfərin ictimai işlərə cəlb edilməsini barədə məlumatı da nəzərə alsaq, daha əvvəl səslənrilən 115 min 200 nəfər ilə 31 min nəfər arasında olan 4 dəfəlik azalma faktını fərqi hər birimiz aşkar görə bilərik.

Təəcüb doğuran məslələrdən biri də ondan ibarətdir ki, dövlət qurumları və onun rəhbərləri, hətta Hərbi Prokuror qanunvericilikdə statusu təyin edilməyən "qazi" ifadəsindən istifadə edirlər. Bu dəfə verilən açıqlamada Dövlət Məşğulluq Agentliyinin "Vətən müharibəsindən sonra 13 min qazi" dedikdə əlilləri, yaralanıb əlil olmayanları yoxsa veteranları nəzərdə tutduğu məlum olmur. Bəlkədə bu qurum əlil, yaralı və veteranları bilikdə "qazi" adlı kateqoriyada ifadə etmək istəyib. İstənilən halda Azərbaycan Respublikasının qanunvericiliyində "qazi" stautusu barədə bir kəlmə yoxdursa, rəsmilər bunu mütləq nəzərə almalıdır.

Dövlət Məşğulluq Agentliyinin veteranların işlə təminatı barədə də statistika maraqlı ola bilərdi. Statistik məlumatları qarışıq rejimdə həm də "müharibədən sonrakı dövrü" əhatə etməklə verilməsi tam yalnışdır. Bu məlumatlar konkret illər və hər bir kateqoriyalar (şəhid ailəsi, əlillər və veteranlar) üzrə informativ qrafiklər və sxemlərlə təqdim edilməlidir ki, ictimaiyyət həssas kateqoriyanın işlə təminatında dinamikanı izləyə bilsin.

Yeri gəlmişkən, mən keçən ilin ortalarından belə bir statistikanın vahid formada təqdim edilməsini xahiş etmişəm. Xahişim hələ də qüvvədədir.

Nəzərə alsaq ki, bu gün 81 mindən çox veteranımız var, onların sayı yaxın 1-2 ayda 90 mini keçə bilər. Onların yarısının işsiz kimi qəbul edək (əslində rəsmi statistika bu günə qədər ictimaiyətə məlum deyil). 45 min işsizlərə üçün elan edilən yeni iş yerlərinin cəmi sayı isə 1 il əvvəl 115 minə bərabər olubsa, deməli keçən il hər işsizə 3 iş yeri açılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin son verdiyi məlumatlara istinad etsək, o zaman həssas kateqoriyadan olan insanların 70 faizi işlə təmin edildiyini deyə bilərik.

Keçən il açılan iş yerlərinin yarısını müvəqqəti iş yeri kimi götürsək belə, yenə də bu hesabla ölkədə işsiz veteran belə qalmalı deyildi. Son 10 ayda veteran sayı artmayıbsa, məsələ məntiqi sonluğuna yaxınlaşmalı idi. Amma bu hələ baş verməyib.

İstənilən halda keçən ilin rəqəmləri ilə bu il təqdim edilən rəqəmlər ilə reallıq arasında fərq böyükdür və buna aydınlıq gətirilməlidir. Rayon və kənd yerlərində yaşayan və əlilliyi olmayan keçmiş döyüşçülərin əsas problemi məşğulluq və iş təminatı ilə bağlıdır. Bu kateqoriyadan olanlar bəzən ictimai işlərdən çalışmaqda çox maraqlı olmurlar, bəziləri isə müharibədən əvvəl çalışdığı işə qayıtmağı nədənsə özünə sığışdırmır. Halbuki bu çox yanlış addımdır. Digər tərəfdən isə işsiz qalmaqdansa, əvvəlki iş yerindəvə bacardığın sahədə çalışmaq daha yaxşı deyilmi?

Dövlət Məşğulluq Agentliyinin mərkəzlərinin həssas kateqoriyaya təklif etdiyi iş yerlərinin siyahılarının rayonlar üzrə dərc olunması, mütəmadi olaraq yenilənməsi müsbət nəticə verə bilər. Qanunvericilikdə sırf mühaibə ilə bağlı həssas kateqoriyanın çalışdırılmasına aid kvota ayrıca göstərilməli, kvotaya əməl etməyənlərə qarşı cərimə məbləğləri artırılmalıdır. Kvotadan artıq həssas kateqoriya çalışdıran özəl və dövlət müəssisələrinə isə müəyyən vergi güzəştləri nəzərdə tutulmalıdır.

Problemin kökündə dayanan problemlərdən biri, bəzi özəl və dövlət təşkilatlarının vakansiyalar haqqında Məşğulluq Mərkəzinə məlumatları tam həcmdə təqdim etməməsindən ibarətdir. Bu təşkilat və şirkət rəhbərlərinin vakansiyaları öz maraqları çərçivəsində komplektləşdirmək niyyəti ilə birbaşa bağlı ola bilər.

Əmək Müfəttişliyi fəaliyyətini Məşğulluq Mərkəzi ilə əlaqələndirməli, kvotaların yerinə yetirilməsinə və vakansiyaların təqdim edilməsində baş verən qanunsuz fəaliyyətləri çarpaz yoxlamalar tətbiq etməklə aşkarlamalıdır.

Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin və digər güc strukturlarının sifarişlərini yerinə yetirən, onlara hərbi geyim, ərzaq, texnika, yanacaq, ehtiyat hissə və yataq dəstləri tədarük edən şirkətlər, o cümlədən gəmi tərsanələri, hərbi zavodlar, bütün mühafizə xidmətləri, həmçinin Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, TƏBİB və digər qurumlar həssas kateqoriyanın, xüsusilə də yaralanan və yaralanmayan veteranların işlə təminatında mütləq nümunə olmalıdırlar. Pensiya yaşı çatan və təqaüdə göndərilən şəxsləri döyüşçülər əvəz etməlidir. Güc strukturları üçün hərbi infrastrukturun qurulmasında və azad edilən ərazilərin bərpasında da veteranlarımız çox faydalı ola bilər.

Daxili İşlər Nazirliyi veteranların işlə təminatında müsbət təcrübəyə malikdir. Bəlkə də digər qurumlarımız daha da artığını ediblər. Amma statistik məlumatların olmaması, konkret vəziyyəti dəyərləndirməyə imkan vermir.

İşlə təmin olunanlar isə bunu dəyərləndirməli, müharibədə olduğu kimi, mülki həyatda da digərlərinə nümunə olmalıdır. Bəzən bunun əksi ilə rastlaşırıq. Məsələn rayonlarımızdan birində həssas kateqoriyadan olan bir ailənin 3 üzvü (biri müharibədən sonra ailəyə gəlin gəlib) müxtəlif dövlət qurumlarında işlə təmin edilib, amma qurum rəhbərləri onları işə çıxara bilmədiklərindən şikayətlənirlər. Bu isə yolverilməzdir. Azərbaycan xalqının Qarabağın azad edilməsi kimi ən ağır yükünü daşıyan Qəhrəmanların yaxınları, öz vəzifə yüklərini digər vətəndaşlara yükləməli deyil.

Bəzən isə eyni rayon Məşğulluq Mərkəzi qeyri-real və ya mövcud olmayan vakansiya təklifləri ilə çıxış edir. Məsələn bir fakt. Ağcabədi rayonundan Mənsur Zeynalov və oğlu veterandır. Mənsur mənə yazır ki, 7 iyunda Ağcabədi icra hakimiyyəti baçşısının (İHB) qəbulunda olublar. İHB biləndəki müraciət işlə bağlıdır, sualı dərhal Məşğulluq Mərkəzinə yönəldib. Məşğulluq Mərkəzinin əməkdaşı isə 30 km aralıda yerləşən çörək zavodunda iş təklif edib. M.Zeynalov iddia edir ki, Mərkəz 1 ildi hər müraciətdə o işi vətəndaşa təklif edirlər, amma əslində həmin vakansiya mövcudd deyil. Odur ki, insanların torpaqda əkin-biçin və kənddə ərzaq istehsalı sahəsində çalışmasını təmin etmək daha doğru olardı. Belə bir təcrübə qonşu ölkələrdə mövcuddur.

Hər gün 80 km məsafə qət etmək və səhər saat 5-də işdə olmaq şərtilə 300 manat maaşa iş təklif etmək məncə vətəndaşa hörmətsizlik etməkdir. Əgər maaşı veteranın yol xərcini belə ödəməyən bu vakansiya həqiqətən də il ərzində hər gələn vətəndaşa təklif edilirsə, bu araşdırılmalıdır.

Məşğulluq Mərkəzləri veteranlar üçün iş təklif edən şirkətlərin adını, onların təqdim etdiyi vakansiyaları və müvafiq məvacibləri də saytlarında mütləq dərc etməlidir.

Ədalət Verdiyev, hərbi ekspert


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 961   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel