Yayın istisində necə qidalanmalı və hansı qidalardan uzaq durmalı...

Yayın istisində necə qidalanmalı və hansı qidalardan uzaq durmalı...Sağlam qidalanma hamı üçün vacibdir. Qışda, soyuq aylarda qidalanmanın verdiyi zərərlər özünü çox da biruzə etməsə də, yayda istehlak edilən qidalar sağıamlığa dərhal təsir edə bilir. Qızartmalar, "fast-food" qidalar, yağlı yeməklər yay aylarında daha çox zərər verə bilir.

Bəs yay aylarında necə qidalanmaq lazımdır ki, sağlamlığa faydalı olsun?

Sonxeber.az xəbər verir ki, Bizimyol.info xəbər protalının bu sualını dietoloq Aynurə Məmmədova cabablandırıb.

"Mütəxəssislər qocalmanın əlaməti olan dəri qırışlarının, hərəkətsizliyin, zəifliyin və yaddaşın zəifləməsinin səbəbinin orqanizmdə bəzi antioksidant təsirli kimyəvi maddələrin çatışmazlığı olduğunu bildirirlər. Bu səbəbdən də yay aylarında istehlak eidlməsi vacib hesab edilən qidalar var. Bura qarpız, gavalı, şaftalı, ərik və s. meyvə -tərəvəz aiddir.

Məsələn qarpız, həm likopen, həm vitaminlər, həm də minerallarla zəngin, antioksidant qabiliyyəti yüksək olan yay meyvəsidir. Gavalı yüksək antioksidant tutumu ilə yanaşı, detoksifikasiya gücü ilə də əhəmiyyətli dərəcədə yaşlanma əleyhinə qidadır. Şaftalı və ərik isə tərkibində C vitamini və çoxlu flavonoidlər olan meyvələrdir. Zəngin lif və beta-karotin tərkibi ilə çox faydalıdırlar. Çiyələk, albalı, itburnu və qarağat kimi antosianinlə zəngin meyvələr, brokoli, üzüm, xüsusilə güclü antioksidantlar olan oliqomerik poantosianidlərin etibarlı mənbəyidir. Üzümün qabığı, tərkibi və çəyirdəyində təxminən 20 fərqli antioksidant maddənin olduğu bildirilir. Xüsusilə qara üzüm sağlamlıq üçün faydalıdır",- deyə dietoloq bildirib.

Onun sözlərinə görə, pomidor yaşlıların fiziki və ruhi sağlamlığının qorunmasında son dərəcə təsirli olan antioksidant olan likopenin ən zəngin mənbəyidir. Likopen xərçəng riskini azaldır, qan damarlarınızı qoruyur, dərinizi və yaddaşınızı dəstəkləyir.

Soğan, xüsusilə qırmızı soğan güclü bir sağlamlıq qoruyucudur. Xərçəngə qarşı əhəmiyyətli bir qoruma təmin edən antioksidant kuarsetin baxımından ən zəngin qidalardan biridir. Soğan həm də infeksiyalardan qoruma gücünə malikdir.

Dietoloq bildirir ki, yayda su və mineral su qəbulunu da artırmaq lazımdır. "Yayda daha çox tərlədiyimiz üçün qışdan daha çox su itiririk. Su və mineral su qəbul edərək, bu itirilmiş mayeləri sağlam şəkildə artıra bilərik. Bol su istehlakı ilə dəri sağlamlığından tutmuş psixoloji problemlərə qədər bir çox problemi aradan qaldıra bilərik. Zəiflik, yorğunluq və baş ağrısı kimi narahatlıqlar daha çox su istehlak etməklə aradan qaldırıla bilər",- deyə o əlavə edib.

A. Məmmədova yay aylarında qazlı içkilərədn uzaq olmağı tövsiyə edir. Onun sözlərinə görə, tərkibindəki yüksək şəkərlə sağlamlığa zərərli olan qazlı içkilər isti günlərdə orqanizminizə xeyirdən çox zərər verir. Qazlı içkilər qəbul etmək əvəzinə, mineral su, təzə sıxılmış meyvə şirələri, ayran, soyuq Yaşıl Çay içə bilərsiniz. Dietoloq dondurmanı da evdə hazırlamağı tövsiyə edir.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı son illərdə həftədə 500 qramdan çox ət istehlakının sağlamlığa mənfi təsir göstərə biləcəyiтш bildirir. Eyni zamanda kolbasa, sosiska kimi emal olunmuş ətləri kanserogen xüsusiyyətlərə malik ola biləcəyi üçün diqqətlə istehlak edilməsi lazım olan məhsullar sırasına daxil edib.

"Zülal qaynağı olan qırmızı ətdən faydalanmaq üçün ilk növbədə miqdarına diqqət yetirmək lazımdır. Ancaq həftəlik ət istehlakının miqdarı gündəlik istehlak miqdarından çox daha əhəmiyyətlidir. Bu səbəbdən həftəlik ümumi istehlak miqdarı balanslaşdırılmış şəkildə günlərə bölünməlidir. Beləliklə, düzgün bəslənmə üçün zərurш olan zülal qəbuluna qatqı təmin etməklə yanaşı, həddindən artıq ət istehlakından yarana biləcək sağlamlıq problemlərinin də qarşısını alacaq",- deyən A.Məmmədova bildirir ki, həddindən artıq qırmızı ət yemək mədə мэ öd kisəsi problemləri, qəbizliyə, oynaq ağrıları və böyrək daşlarının artmasına, xolesterinin yüksəlməsinə səbəb ola bilər.

Ətin edə biləcəyi mənfi təsiri azaltmaq üçün həmişə onu tərəvəz və meyvələrlə yeyin. İstehlak etdiyiniz ətin mümkün qədər yağsız olmasına diqqət edin. Həzmi asanlaşdırmaq və həzm problemlərini minimuma endirmək üçün əti yaxşıca çeynəyin. Qaynadılmış ətə üstünlük verin. Qəbizliyin qarşısını almaq üçün gündə 8-10 stəkan su için. Həzmi çətinləşdirdiyi üçün yatmadan 4 saat əvvəl ət istehlak etməməyə çalışın. Ətlə yüksək kalorili qidalar qəbul etməyin. Gün ərzində mümkün qədər çox hərəkət etməyə diqqət yetirərək həzm sisteminizə kömək edin.

Balıq və toyuq ətinə də önəm verin. Belə olan halda yayda sağlam qidalanmış olacaqsınız. Meyvə-tərəvəzlə zəngin qidalanma sizi kökəlməkdən və digər xəstəliklərdən qoruyacaq. Yayda şirniyyatları da azaltmaq tövsiyə edilir. Bunun əvəzinə daha çıox südə və süd məhsullarına önəm vermək olar.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1370   Tarix: 03 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Brent markalı neftin qiyməti 99 dollara yüksəldi

Yaxın Şərqdə artan münaqişənin yeni əlamətləri fonunda neft qiymətləri ardıcıl dördüncü gün artdı. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,10 dollar (1,12%) çox, bir barel üçün 99,02 dollar təşkil edib

9 sentyabr
.

Azərbaycan diri heyvan ixracından gəlirini 45 dəfəyədək artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 12,6 milyon dollar dəyərində diri heyvan ixrac edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 dəfə çoxdur

14 sentyabr
.

Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 87 709,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlav

9 sentyabr
.

Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu

15 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 17 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verib. "Report"un yerli bürosunun məlumatına görə, bu, ötən ili

17 sentyabr
.

Norveç şirkəti Azərbaycanın hidrogen strategiyası ilə bağlı tədqiqat aparır

Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planının hazırlanması ilə məşğuldur. xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobilli

3 sentyabr
.

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerl

9 sentyabr