Rusiyada azərbaycanlı qadın "rusofobiya" maddəsi 6 illik həbs edilə bilər...-RƏSMİ

Rusiyada azərbaycanlı qadın "rusofobiya" maddəsi 6 illik həbs edilə bilər...-RƏSMİRəsmən üzr istəsə də, məhkəmə yenə də barəsində cinayət işi qaldırıb...
Ümid edirik ki, Azərbaycanın Rusiyadakı səfirliyi tezliklə məsələyə müdaxilə edib soydaşımızın hüquqlarının qorunmasını təmin edəcək...

Rusiya Federasiyası Xantı-Mansi muxtar dairəsinin Surqut şəhər məhkəməsi məişət münaqişəsi zamanı guya rusları açıq şəkildə təhqir etdiyinə görə qalmaqalın mərkəzində olan Azərbaycan mənşəli Surqut sakini Raya Məmmədova barəsində həbs-qətimkan tədbiri seçib.

Moderator.az bu haqda Rusiya saytlarına istinadla məlumat yayıb.

Məhkəmə qərarına əsasən, qadın məhkəmə prosesinin sonunu azadlıqda gözləyəcək, lakin onun üçün müəyyən hərəkətlər - internet və rabitə vasitələrindən istifadə qadağandır. Həmçinin o, iş üzrə şahidlərlə də əlaqə saxlaya bilməz.

Əvvəlcə media R.Məmmədovanın inzibati məsuliyyətə cəlb ediləcəyini yazsa da, ibtidai istintaq-yoxlama mərhələsində olay cinayət işi kimi tövsif edilib. Üç uşaq anası "nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə milli mənsubiyyətə görə insan ləyaqətinin alçaldılması" maddəsi ilə ittiham olunur. Günahı sübuta yetirilərsə, o, 6 ilə qədər həbs cəzasına məhkum edilə bilər.

Öncə Rusiya saytları xəbər verib ki, bina sakinlərindən biri R. Məmmədovanın övladları ilə birgə binanın girişində özünü pis aparması və lifti zədələməsini təsvir edən video paylaşıb. Qadın paylaşmaya kəskin reaksiya verib və kişini və onunla birlikdə bütün rus xalqını təhqir etməyə başlayıb. Guya onun tərəfindən təhdidlər də səslənib. Qadının əri üzrxahlıq etdiyi video-müraciət yayıb. Məmmədova özü də belə edib. O, surqutlulardan rəsmən üzr istəyib. Lakin onun peşmançılıq sözləri nə Surqut sakinlərini, nə də internet istifadəçilərini razı salmayıb. Məmmədova rusofobiyada ittiham edilib və ona tarixi vətəninə qayıtmaq təklif olunub.

Xantı-Mansi muxtar dairəsinin vitse-qubernatoru Aleksey Şipilov öz teleqram-kanalında bildirib ki, Raya Məmmədova yəqin ki, "övladlarını çoxmillətli Rusiya xalqına nifrət ruhunda tərbiyə edir".

Müsəlman müftiliyi və Azərbaycan diasporu da qadının əməlini kəskin şəkildə pisləyib. Lakin bununla belə, Surqutun Azərbaycan diasporu Rusiya vətəndaşları və rəsmilərini özbaşına mühakimədən çəkinməyə çağırıblar. İcma nümayəndəsi Raya Məmmədovaya hüquqi yardım və psixoloq xidməti vəd edib.

Ümid edirik ki, Azərbaycanın Rusiyadakı səfirliyi tezliklə məsələyə müdaxilə edib soydaşımızın hüquqlarının qorunmasını təmin edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 895   Tarix: 06 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə qocalar evində baş verən qətliamın görüntüləri -VİDEO

Antalyada qocalar evində 2 nəfərin bıçaqla öldüyü, 1 nəfərin ağır yaralandığı hadisənin kamera görüntüləri ortaya çıxıb. xarici mediaya istinadən xəbər verir ki, Antalyada qocalar evində 2 nəfəri öldürən, 1 nəfəri ağır yaralayan şəxsin hücumu həyata keçirdiyi anların görüntüləri ortaya çıxıb. Görüntülərd

4 may
.

Kreslo yolda maşınları ötüb keçdi - VİDEO

Rusiyada gənc oğlan qeyri-adi elektrikli skuter hazılayıb. xəbər verir ki, bu barədə görüntülər yerli teleqram kanallarında paylaşılıb. Məlumata görə, 22 yaşlı oğlan evdə kresloya əlavələr edərək ondan elektrikli skuter düzəldib. Oğlan qeyri-adi kəşfi ilə Sankt-Peterburqun Leninski prospektində dolanıb

2 may
.

Vəfat edən fenomenin məzarı açılacaq - SƏBƏB

ABŞ-da dünyasını dəyişən sosial media fenomeni Yağmur Taktaşın məzarı ailəsinin istəyi ilə açılacaq. xarici mediaya istinadən xəbər verir ki, televiziya yarışması ilə məşhurlaşan adanalı sosial media fenomeni Yağmur Taktaş aprelin 3-də ABŞ-da pisləşərək aparıldığı xəstəxanada vəfat edib. Taktaşın cansı

3 may
.

Bella Hadiddən gözlənilməz addım - 10 illik karyerasını ... - FOTO

Məşhur model Bella Hadid karyerasına son qoyub. xəbər verir ki, model ona edilən təzyiqlərə tab gətirməyərək bu addımı atıb. O Fələstinə dəstək verdiyi üçün dəfələrlə ölümlə şantaj olunub. Bundan əlavə onun bir çox məşhur markalarla bağladığı müqavilələri ləğv edilib. Belə ki, "Dior" onunl

3 may
.

Dəhşət! "Səninlə yoldaşlıq edənləri öldürəcəm" deyən 15 yaşlı yeniyetmə görün nə etdi- VİDEO

Türkiyənin istanbul şəhərində 15 yaşlı yeniyetmə əmisi oğlunu bıçaqlayıb. xarici mediaya istinadən xəbər veir ki, əmisi oğlunu bıçaqlayan yeniyetmə daha sonra onu "Səninlə yoldaşlıq edənləri öldürəcəm" deyə hədələyib. Yeniyetmə dünən gecə əmisi oğlunun 16 yaşlı dostunu bıçaqlayayıb. Ağır yaralana

3 may
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

4 may
.

Biznesmenlər arasında DAVA: şəriklərini öldürüb yandırdılar

Rusiyanın Rostov vilayətinin Volqodonsk şəhərindən bir qədər aralıda gəmi kanalının sahilində iki kişi vəhşicəsinə qətlə yetirilib. yerli mediaya istinadla bildirir ki, Sergey Kaçan və Eduard Rudayev qətldə şübhəli bilinərək saxlanılıb. Onlar hazırda həbsdədirlər. Qeyd olunur ki, onlar öldürülənlərdə

3 may
.

Rusiya Volodimir Zelenskini AXTARIŞA VERDİ

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenskini axtarışa verib. "Report" xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. Məlumatda Ukrayna dövlət başçısının Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi açıqlanmayıb

4 may
.

Müəllim qız sagirdlərə sataşdı: Valideynlər polisə müraciət etdi

Türkiyənin Elazığ şəhərində müəllim qız şagirlərə cinsi zorakılıq etdiyi iddiası polis tərəfindən saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, saxlanılan müəllim məhkəmə orqanları tərəfindən həbs edilərək həbsxanaya göndərilib. Orta məktəbdə müəllim işləyən kişi məktəbdə bəzi qız şagirdlərə sataşdığ

2 may