"Mauqli" ləqəbli Elvin müharibədən qayıdanda belə qarşılanmışdı... - Video

"Mauqli" ləqəbli Elvin müharibədən qayıdanda belə qarşılanmışdı... - VideoXəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib. Ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib.

"Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər "AzərTAC" agentliyinin qazi haqqında hazırladığı "Vətən müharibəsində düşmənə qan udduran Mauqli ləqəbli qazinin döyüş yolu" başlıqlı videonu paylaşırlar. Video təxminən iki il əvvəl hazırlanıb.

AzərTac-ın 24 noyabr 2020-ci il tarixində Elvin Cəfərovun evindən hazırladığı reportajı təqdim edirik:

"Qırx dörd günlük zəfər yürüşündə Azərbaycan oğulları döyüş meydanında əsl tarix yazdılar. Belə oğullardan biri də 39 gün müddətində Vətən torpağı uğrunda döyüşən Elvin Cəfərovdur. Yoldaşları arasında Mauqli ləqəbi qazanan və pulemyotçu olan Elvinin iştirak etdiyi hücumlardan birinin videosu da sosial şəbəkələrdə yayılıb.

Qəhrəmanımız Sabirabad rayonunun Qalağayn kəndindindəndir. Ötən gün əməkdaşlarımız bölgədə olarkən qazimizin təntənəli qarşılanma mərasiminin şahidi olublar.

Vətən müharibəsində Elvin bir neçə dəfə yaralansa da, döyüşə davam edib. Sonuncu dəfə ağır yaralandığı üçün hospitala yerləşdirilib. Ötən gün isə qazimiz öz doğma yurduna qayıdıb və həmyerliləri tərəfindən alqışla qarşılanıb. Görüş zamanı Elvin qələbə ilə bağlı fikirlərini belə ifadə edib: "27 il işğal altında qalan torpaqlarımızı 44 günə azad etmək bizim üçün böyük şərəfdir. Vətən torpağı uğrunda könüllü olaraq döyüşə yollandım. Döyüş yolum Füzulidən başladı, Hadrut, Qubadlı istiqamətində döyüşdüm və axırıncı dəfə Laçında yaralandım. Amma qələbə mənə bütün yaralarımı unutdurdu. Bu gün qələbə bizimlədir, yaşasın Müzəffər Ali Baş Komandan, var olsun Azərbaycan Ordusu, yaşasın Azərbaycan xalqı".

Qazimiz sakinlərin müşayiəti ilə ata evinə yollanmazdan əvvəl Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimizi ehtiramla andı.

Elvin qarşılananda həyətlərində böyük sevinc hissi yaşanıb. Azərbaycan ordusunun qalib qazisini isə Cəfərovlar ailəsi fəxr hissi ilə qarşılayıb.

Qazimizin anası Ruqiyyə Cəfərova sevinc hisslərini bölüşüb: "Oğlumla fəxr edirəm, övladlarımızın hamısının borcudur ki, Vətənin keşiyini çəksin. Bu gün çox sevinirik, 30 ilə yaxın işğalda olan torpaqlarımız azad edilib, şəhidlərimizin qisası alınıb, ərazi bütövlüyümüz bərpa olunub. Qarabağ Azərbaycandır!".

Qazimizin övladları Zakir və Mehrac da ataları ilə fəxr etdiklərini söyləyiblər.

Elvinin idmançı qardaşı Elnur deyib ki, sevincinin həddi-hüdudu yoxdur: "Qardaşım və onun kimi igidlər şanlı bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırdı. Elvin bir neçə istiqamətdə döyüşlərdə iştirak edib. Qardaşıma Mauqli ləqəbi veriblər. Elvin axırıncı dəfə yaralananda eşitmə qabiliyyətini və nitqini itirmişdi. Hospitalda məni gördü və ağlamağa başlayarkən nitqi açıldı. Daha sonra müalicəsinə davam etdi. Sağaldıqdan sonra isə evə qayıtdı. Bütün ordumuzla fəxr edirəm, bu qələbə sevincini bizlərə yaşatdı".

Qazimizlə söhbət əsnasında onunla bağlı çoxlu maraqlı faktları da öyrənmiş olduq. Elvin sosial şəbəkələrdə yayılan döyüşçülərimizin həmləsini əks etdirən videoçarxdakı qəhrəmanlarımızdandır. Həmin videoda pulemyotçu olan Elvin özüdür.

Keçdiyi döyüş yolundan danışan Elvin deyib ki, müharibə başlayanda könüllü olaraq hərbi komissarlığa müraciət edib: "Torpaqlarımızı azad etmək üçün yola düşəndə sevincimin həddi-hüdudu yox idi. Çünki biz ölməyə yox, düşmənləri torpaqlarımızdan qovmağa yola düşürdük. Döyüş yolum Füzulidən başladı, daha sonra Hadrutda, Qubadlıda gedən döyüşlərdə iştirak etdim. Laçın döyüşlərində oldum, düşmən bizi artilleriyadan atəşə tutsa da, biz sevinclə, qürurla irəliləyirdik".

Qeyd edək ki, Elvin döyüşlər zamanı bir neçə dəfə yaralansa da, döyüşə davam edib. Sonuncu dəfə ağır yaralandıqda isə ayaq, kürək nahiyəsindən qəlpə yaraları alıb, nitqi isə öncə tamamilə itsə də, sonra açılıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2207   Tarix: 12 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şahnaz Haşımova əməliyyatdan sonra ilk dəfə - Foto

Xəbər verdiyimiz kimi, Xalq artisti Şahnaz Haşımova bir müddət əvvəl xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Axşam.az-ın məlumatına görə, müğənni aylar sonra ilk dəfə görüntülənib. Onun yeni fotosunu Əməkdar artist Gülüstan Əliyeva yayımlayıb. Ş.Haşımova keçirilən konsert proqramlarından birind

30 dekabr 2025
.

2025-ci ilin son gününün havası açıqlandı

Dekabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanı

30 dekabr 2025
.

"Karaca" mağazası ilə bağlı QALMAQAL: "Dedilər ki, get, nə istəyirsənsə et"

Baku TV-nin qaynar xəttinə "Karaca" mağazası ilə bağlı şikayət daxil olub. Şikayətçi Ləman Abbaslı bildirir ki, "Karaca" mağazasından 3 min manatlıq alış-veriş edib və bu zaman ona hədiyyə vəd olunub:. "Dedilər ki, çox alış etdiyimə görə 6-7 ədəd ütü hədiyyə verəcəklər. Kredi

31 dekabr 2025
.

Bakıda zəncirvari qəzada 3 avtobus toqquşdu - Video

Bakıda sərnişin avtobuslarının iştirakı ilə zəncirvari qəza baş verib. -ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Hadisə zamanı 3 marşrut avtobusu və 1 avtomobil toqquşub. Qəzada xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur

29 dekabr 2025
.

Azərbaycanda polkovnik vəfat etdi

Daxili Qoşunların Hərbi Hospitalına uzun müddət rəhbərlik etmiş tibb xidməti polkovniki Mirtənzil Seyidov vəfat edib. Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, mərhum 1951-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. O, uzun müddət daxil

29 dekabr 2025
.

Bayram günlərində hava necə olacaq?

Azərbaycanda 31 dekabr-2 yanvar tarixlərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

30 dekabr 2025
.

Yol buz bağladı, maşınlar toqquşdu - Zəncirvari qəza+Video

Bu gün günorta saatlarında Bakı-Ələt-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində hava şəraitinin pisləşməsi səbəbindən zəncirvari yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, qarlı hava və yolun buz bağlaması nəticəsində 5 nəqliyyat vasitəsi toqquşub. Güclü zərbəni

29 dekabr 2025
.

Bu xidmətlərdən də ƏDV ala biləcəyik

"ƏDV geri al" mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbayca

29 dekabr 2025
.

Nəriman Həsənzadə xəstəxanadan evə buraxıldı

Xalq şairi Nəriman Həsənzadə müalicə aldığı Mərkəzi Klinikadan evə buraxılıb. Bu barədə -a Xalq şairinin köməkçisi Arif Mehmandost açıqlama verib. Onun sözlərinə görə, N.Həsənzadə müalicəsini ev şəraitində davam etdirəcək:. "Həkim bildirib ki, vəziyyəti yaxşıdır və bayramı evdə keçirə bilər. Müalicəs

31 dekabr 2025