Əməkdar artistin istəyi gerçəkləşdi: Biləcəridə xüsusi aptek açıldı
Növbəyə durmamaq üçün dövlətin pulsuz təyin etdiyi dərmanları 80 manata alan Əməkdar artist Rəhman Rəhmanovun istəyi yerinə yetirilib.
Aktyor Qaynarinfo-ya açıqlamasında Biləcəridə şəkər xəstələri üçün aptek açıldığını bildirib:
"Biləcərinin mərkəzində aptek istifadəyə verilib. Biləcəridə yaşayan 2500 şəkər xəstəsi məsələ qaldırmışdıq ki, dərman almaq üçün 9-cu mikrorayona gedirik. Əziyyət çəkirdik, saatlarla növbədə dayanırdıq, sonra məlum olurdu ki, dərman yoxdur. Yaşlı və xəstə adamlar əziyyət çəkirdi. Sağ olsunlar, biz mətbuat vasitəsi ilə məsələni qaldırdıq, Səhiyyə Nazirliyi, Bakı Sağlamlıq Mərkəzi də eşitdilər və Biləcəridə şəkər xəstələri üçün aptek açdılar".
Rəhman Rəhmanov hazırda 2500 şəkər xəstəsinin oradan dərman aldığını vurğulayıb:
"Səhv etmirəmsə, Binəqədidən də gələn xəstələr var. Sağ olsunlar, bu gün həmin aptekdən dərman alan bütün şəkər xəstələri canıma dua oxuyur".
Xatırladaq ki, Əməkdar artist Rəhman Rəhmanov şəkər xəstəliyindən əziyyət çəkir. Bir müddət öncə aktyor səhhəti ilə əlaqədar növbəyə durmamaq üçün dövlətin pulsuz təyin etdiyi dərmanları 80 manata aldığını açıqlamışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1384 Tarix: 30 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021