"Təxribata cavab veriləcək" - Səfirlikdən açıqlama

"Təxribata cavab veriləcək" - Səfirlikdən açıqlamaAzərbaycanın Fransadakı səfirliyi Parisdə erməni diasporunun Dağlıq Qarabağa dair təşkil etdiyi tədbirdə baş vermiş qalmaqala aydınlıq gətirib.

Səfirliyin mətbuat katibliyindən APA-nın Avropa müxbirinə bildirilib ki, Azərbaycan-Fransa münasibətləri inkişaf edir, iki ölkə arasında təhsil, elm, mədəniyyət, iqtisadiyyat, kənd təsərrüfatı, energetika sahəsində bir çox saziş və müqavilə imzalanıb: "Azərbaycan Fransa ilə siyasi sahədə də əməkdaşlığa böyük önəm verir.

Aparılan məqsədyönlü işlər nəticəsində, ölkəmizə dost olan və bizi dəstəkləyən siyasətçilər, elm xadimləri, jurnalistlər və adi vətəndaşların sayı get-gedə artır. Mətbuat nümayəndələri ilə təşkil olunan görüşlər nəticəsində fransız mətbuat orqanlarında Azərbaycanın mövqeyi daha çox eşidilir. Bu da 600 000 erməni icmasını ciddi narahat edir. Ənənəvi olaraq, güclü siyasi təsirə malik olan erməni icması ölkəmizlə aparılan siyasi və mətbuat müharibəsində mövqelərini itirir. Əvvəllər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə fransız siyasətçilər və mətbuat orqanları sırf erməni mövqelərini əks etdirirdisə, indi vəziyyət dəyişilməyə doğru gedir, erməni mövqeyi ilə yanaşı, bizim mövqeyə də xüsusi diqqət yetirilir. Qeyd etmək lazımdır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu dəfələrlə qeyd edib".

Qurumdan bildirilib ki, bir neçə il əvvəl, bir neçə fransız turizm şirkəti Azərbaycanın işğal olunmuş ərazilərinə turlar təşkil edirdisə, səfirliyin müdaxiləsindən sonra həmin şirkətlərin sayı sıfıra enib: "İlin əvvəlindən Azərbaycan tərəfi Paris şəhərinin 5-ci meriyasında 3 tədbir təşkil etmişdi. Tədbirlərin uğurla keçməsi diqqətsiz qalmır. Erməni icmasının nümayəndəsi, Parisin 5-ci rayonunun mer müavini Flora Kalustyan Dağlıq Qarabağa dair elmi konfrans keçirmək qərarına gəlib. Özünü tarixçi sayan riyaziyyat müəllimi Klod Mutafyan tərəfindən aparılan konfrans mayın 19-da təşkil olunmuşdu. Biz səfirlik olaraq, təbii ki, tədbirə dəvət olunmuruq, lakin dostlar ora dəvətnamənin alınmasında bizə yardımçı oldular. Azərbaycanın Fransadakı səfirliyin əməkdaşları, Fransanın Azərbaycan Dostları Cəmiyyəti, Azərbaycan Evi və digər fəal həmvətənlilərimiz tədbirə qatıldılar. Ermənilər həmişəki kimi, heç bir ciddi mənbəyə əsaslanmayan, fotoşop hesabına düzəldilmiş "erməni xəritələri" ilə Dağlıq Qarabağın tarixi erməni ərazisi olduğunu sübut etməyə çalışıblar. Ancaq biz belə cəfəngiyatları cavabsız qoymuruq. Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı faktlarla çıxış edərək bu iddiaların yalan olduğunu sübuta yetirib. Ermənilər əks arqument gətirmək əvəzinə, diplomatları fitə basıb, qışqır-bağır hesabına Azərbaycan tərəfini susdurmağa çalışaraq, zalı nümayişkəranə şəkildə tərk etməyə başlayıblar. Bildirmək istəyirik ki, səfirlik ölkəmiz və münaqişə haqqında Fransa ictimaiyyətinə həqiqətlərin çatdırılması məqsədilə apardığı məqsədyönlü işdən əlavə, Fransada çoxsaylı erməni icmasının, təşkilat və qurumların fəaliyyətini daim yaxından izləyir. Hər hansı təxribat və yaxud, ölkəmizi mənfi imicdə göstərmək cəhdləri olduğu təqdirdə, dərhal tədbir görür".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 578   Tarix: 27 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

1 may
.

Yeni təyin olunan rektor kimdir? - DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. yeni təyin olunan rektorun dosyesini təqdim edir:. Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasiba

2 may
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

29 aprel
.

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizi

29 aprel
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel
.

Prezident: "Ölkəmizdəki müxtəlif etnik qrup və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlaya

1 may
.

Prezident: "Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub"

"Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusund

1 may