Birgə monitorinqlər Binəqədi rayonunda davam etdirilib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və "Regional İnkişaf" İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında aparılan birgə monitorinqlər Binəqədi rayonunda davam etdirilib.
İcra hakimiyyətinin əməkdaşları və RİİB könüllülərindən təşkil edilmiş monitorinq qrupları rayon ərazisində mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində reydlər keçiriblər.
Monitorinqlər zamanı küçə və prospektlərdə, park və məhəllələrdə aparılan müşahidələrin nəticəsindən asılı olaraq yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.
Növbəti mərhələdə hazırlanan təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında reallaşdırılması üçün tədbirlər görüləcək.
Xatırladaq ki, daha əvvəl Səbail, Yasamal, Suraxanı və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri əsasında bir sıra küçə və prospektlərdə səkilər təmir edilmiş, ağaclar budanmış, yaşıllıqlar salınmış, işıqlandırma sistemləri qurulmuş və digər abadlaşdırma işləri görülmüşdür.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 794 Tarix: 22 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərlənib - Fotolar
Aprelin 24-ü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, həmin tarixdə qurumun "1003 - Çağrı Mərkəzi"nə zəhərlənmə ilə bağl
5 mayHacı Vəliyevə hökm oxundu
Hacı Vəliyev barəsində cinayət işi üzrə məhkəmə yekunlaşıb. APA-nın məlumatına görə, cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Bu gün keçirilən məhkəmə prosesində onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Qeyd edək ki, Hacı Vəliyev "Gənc Qazilər Birliyi"
6 mayOnlayn satış platformaları fiziki mağazaları üstələyir? - AÇIQLAMA
Son illərdə geyim pərakəndə satış sektorunda ciddi dəyişikliklər müşahidə olunur. Bir çox fiziki geyim mağazası fəaliyyətini dayandırır, eyni zamanda onlayn satış platformalarının sürətlə böyüməsi bu sahədə rəqabəti daha da kəskinləşdirir. Bu proses həm istehlakçı davranışlarının dəyişməsi, həm də bizne
6 mayUşaq bağçasında BİABIRÇILIQ - Elə qışqırdı ki...
Gəncə şəhərində fəaliyyət göstərən "Kuki Kids" uşaq bağçasından biabırçı görüntülər yayılıb. Bu barədə oxuculardan biri -in "qaynar xətti"nə şikayətlə müraciət edib. Bildirilib ki, bağçanın sosial şəbəkə hesablarında uşaqların psixoloji şiddətə məruz qaldığı görüntü paylaşılıb. Videod
5 may