Anası onu dünyaya gətirəndə öldü, atasını xilas edən adamla evləndi, sığınacaqda qaldı

Anası onu dünyaya gətirəndə öldü, atasını xilas edən adamla evləndi, sığınacaqda qaldıSonxeber.az Kulis.az-a istinadən məşhur fransızdilli Azərbaycan yazıçısı Banin (Ümmülbanu Əsədullayeva) haqqında maraqlı faktları təqdim edir.

Banin (Ümmülbanu Əsədullayeva) 1905-ci ild dekabrın 18-i Bakıda, milyonçu Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədullayevlə Musa Nağıyevin qızı Ümmülbanunun ailəsində dünyaya gəlib.

***

Anası doğuş zamanı pis şərait ucbatından möhkəm soyuqlayır. Tərs kimi həmin günü hava bərk çovğun olduğundan yollar qarla və buzla bağlı olur. Və qadına heç bir tibbi yardım göstərmək mümkün olmur.

***

Ana dünyasını dəyişir, körpə qızcığaz isə sağ qalır. Anası öldükdən sonra Mirzə Əsədullayev sonuncu qız övladının adını rəhmətlik qadının şərəfinə Ümmülbanu qoyur. Həmin gündən Əsədullayevlər nəslinə balaca bir qızcığaz da qoşulur. Həyat yolaşı rəhmətə gedəndən sonra Mirzə Əsədullayev xeyli vaxt dul qalır. O, dörd qızının təlim-tərbiyəsi üçün əcnəbi əsilli, savadlı, mədəni dayələr tutur. Qızlarına təhsil almaları, başqa dilləri öyrənmələri üçün hər cür şərait yaradır.

***

Bir müddət sonra Mirzə Əsədullayev subaylığın daşını atıb cavan və yaraşıqlı bir xanımla ailə həyatı qurur. Ailə qurduqdan sonra övladlarını büsbütün dayələrin ixtiyarına buaxır. Ən sonuncu qızını isə ümumiyyətlə çox nadir hallarda görüb onunla hal-əhval tutur.

***

Həmin kiçik qızcığaz dərin həyat müşahidələri, özünün inanılmaz güclü yaddaşı ilə ətrafda, ailədə, ölkəsində baş verənləri öz yaddaşının dərinliklərinə köçürüb nəqş edir. Sanki o, illər sonra başına gələcək hadisələri, əhvalatları əvvəlcədən hiss edib duyur...

***

Ümmülbanu dünyaya gələrkən o biri bacıları ondan yaşça çox böyük olurlar. Bunun üçün də onun tərbiyəsinə özünə ikinci ana hesab etdiyi alman əsilli Anna adlı qadın məşğul olur. Bu qadın əsl ana kimi onun qayğısına qalıb, nazını çəkir. Böyüdükcə ona cəmiyyətdə necə davranmaq lazım gəldiyini başa salır.

***

Lakin, onun yeniyetməlik illərinə bunları şamil etmək olmur. Çünki, 1917-ci il oktyabr inqilabının küləkləri Azərbaycana doğru hərəkət edir. Və qısa zaman ərzində milyonçuları dilənçiyə çevirir. Bu güclü dəyişiklikdən Ümmülbanunun atası və ailəsi də öz nəsibini alır. O vaxtlar baş nazir vəzifəsini icra edən Mirzə Əsədullayev bütün varidatı müsadirə olunmaqla həbs olunur. Ümmülbanu ailəsi ilə Bakıda yaşamalı olur. Ancaq sonradan onun ailə üzvləri bacıları, analığı Bakını tərk edib Fransaya köç edirlər.

***

Bir müddət sonra Balabəy Qocayev adlı çox nüfuzlu bir gənc Mirzə Əsədullayevi həbsdən xilas edib onun Fransaya mühacirət etməsinə köməklik edir. Əvəzində isə Ümmülbanu Əsədullayeva ilə ailə qurur. Xeyli vaxt birlikdə yaşayan cütlük sonradan Gürcüstana, ordan isə Türkiyəyə köç edirlər. Daha sonra iş elə gətirir ki, Ümmülbanu özü təkcə Franya köçür.

***

Həyat yoldaşına zərrə qədər də olsa sevgi hissi duymayan Ümmülbanuya bu ayrılıq hava-su kimi gərəkli olur. Sonralar o, həmin adamdan boşanmaq üçün yeddi il zəhmət çəkməli olur.

***

Fransanın paytaxtı Paris şəhərində məskunlaşan Əsədullayevlər ailəsi bir müddət Bakıdan gətirdikləri daş-qaşları satıb həmin pullarla rahat ömür sürülər. Lakin, daş-qaşlar bitdikdən sonra ailənin aclıq dolu günləri başlayır. Ailə üzvləri, xüsusilə də analığı ilə yollaşmayan Ümmülbanu ailəsindən ayrılıb kiçik bir işçi daxmasında sığınacaq tapır. Satıcılıqdan tutmuş manikenliyə qədər hər çətin işi sınayan gələcəyin yazıçısı dolanmaq üçün gəliri daha çox manikenkilikdən əldə edir.

***

Ümmülbanu zahirən o qədər də gözəl olmayan utancaq və kompleksli bir qadın olur. O, çox vaxtı xarici görünüşü və xasiyyəti haqqında bədgüman olur ki, bu da ona həyatda bir çox əngəllər törədir.

***

Bir müddət keçdikdən sonra o, Parisdə toplaşan bir çox ölkələrin mühacir və yaradıcı insanları ilə ünsiyyət yaradır. Həmin insanlardan sıx təmasda olduğu Nobel mükafatçısı, rus yazıçısı İvan Bunin və satirik rus yazıçısı Nadejda Teffi olur. Ümmülbanu İvan Buninlə ilk dəfə Teffi vasitəsi ilə tanış olur. Tanışlıqdan sonra Bunin Ümmülbanunu "Şamaxı şəhzadəsi" alandırır. Bundan başqa o, bir çox rəssamlarla, musiqiçilərlə də sıx yaradıcı münasibətdə olur. Onlarla mütamadi görüşən və məktublaşan Ümmülbanu bir çox dostlarının məsləhəti ilə başına gələnləri qələmə almağa başlayır. Və bu sınağı çox uğurlu alınır.

***

Ard-arda bir çox kitabların müəllifi olan Ümmülbanu Fransada Banin adı ilə şöhrət qazanır. Onun ən məşhur romanları "Qafqaz günlər" və "Paris günləri" olur. Lakin, onun yaradıcılığı bu kitablarla bitmir. "Ernst Yungenlə görüş" (1951), "Mən tiryəki seçdim" (1959), "Sonra" (1961), "Xarici Fransa" (1968), "Sonuncu ümidin zovu" (1971), "Ernst Yungenin portreti" (1971), "Ernst Yungen müxtəlif sifətlərdə" (1989) romanları geniş oxucu kütləsi qazanır. Baninin sonuncu dərc olunmuş kitabı - "Mariya mənə nə danışdı?" romanı olur.

***

Həyatı boyu çox çətinliklərlə qarşılaşan Ümmülbanu heç zaman sınmır və çox uzun bir ömür sürür. Heç bir zaman övladı olmur. 1980-ci illərin əvvəlinədək o, fransız yazıçısı kimi tanınır. Lakin, sonradan onun iki kitabı doğma dilə tərcümə olunur.

***

Fransız ədəbiyyatına qaynayıb-qarışmasına baxmayaraq, Banin öz xalqını heç vaxt yaddan çıxarmayıb. O, Dağlıq Qarabağda baş verən hadisələrdən olduqca dərin həyəcan keçirərmiş. Banin Parisdə "Azərbaycan evi" assosiasiyasının üzvü olub. O, Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələrində xalqı müdafiə edən məqalələrlə çıxış edib.

1992-ci il oktyabrın 29-da Fransanın "Fiqaro" qəzeti ölkəni sarsıdacaq bir məlumat yayır: "İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib..."


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1995   Tarix: 23 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ceki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını

17 avqust
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır

Akademik musiqidə çox ciddi problemlər, çatışmazlıqlar var. "Report"un məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Bakıda XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayında çıxışı zamanı deyib. Onun sözlərin

20 sentyabr
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11 avqust