Azərbaycanda uşaq ölümləri yox həddədək azaldılacaq...
Aynur Əliyeva: "Yeni sərəncam sayəsində Azərbaycanda uşaqların sağlığə ilə bağlı problemlər azalacaq"
"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda uşaq ölümü üzrə müvafiq göstəricinin hər il 0,1 vahid azaldılaraq dövrün sonuna 10,5-ə düşməsi təmin ediləcək.
Sənəddə bildirilib ki, uşaq ölümü (5 yaşadək uşaqlar), (hər 1000 nəfər diri doğulanların ümumi sayına nisbəti 11,1-dir (2020-ci il). Uşaq ölümü üzrə müvafiq göstərici 11-dir. Yeni sərəncamla Azərbaycanda uşaq ölümlərinin sayı azalacaq.
"…bölgələrdə uşaqların daha çox xəstələnməsi tibbi xidmətin təşkili ilə əlaqədardır"
Həkim pediatr Aynur Əliyeva qeyd etdi ki, yeni sərəncam sayəsində Azərbaycanda uşaqların sağlıq məsələləri ilə bağlı problemlər azalacaq: "Məlumat üçün qeyd edim ki, uşaq ölümləri daha çox bölgələrdə qeydə alınır. Bölgələrdə uşaqların daha çox xəstələnməsi tibbi xidmətin təşkili ilə əlaqədardır. Bu, həm hamiləliyin patoloji keçməsi və həmin bölgədə olan tibbi xidmətin səviyyəsindən asılıdır. Həmçinin uşağın ana bətnində olarkən keçirdiyi və ya doğuşdan sonra qazanılan hər hansı bir xəstəliklə də bağlı ola bilər. Bundan başqa, rayon yerlərində qohum evlilik çox olur. Bu səbəbdən də baş verə bilər. Yəni birmənalı şəkildə konkret bir səbəb demək çətindir. Bilirsiniz, məncə bu məsələ araşdırılmalıdır. Çünki statistikanı verirlər, amma səbəbini konkret olaraq açıqlamırlar. Belə olan halda, müxtəlif səbəblər irəli sürmək olar".
Həmsöhbətimiz hesab edir ki, yeni sərəncam sayəsində bu sahədə yaşanan problemlər həll olunacaq./Bakixeber
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 972 Tarix: 23 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabrSosial şəbəkələrdə satılan bu dərmanlarla bağlı TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkələrdə arıqlama və çəki azaltma vədi ilə müxtəlif dərman və qida əlavələrinin satışı geniş yayılıb. Mənşəyi, tərkibi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmayan belə məhsulların istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Xüsusilə məhsulun etiketində göstərilməyə
21 sentyabrBulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı
22 sentyabrVahid məktəbli forması: bərabərlik, nizam-intizam və vahid məktəb mühiti
Məktəb yalnız biliklərin verildiyi məkan deyil. Məktəb həm də uşağın sosial münasibətlər qurduğu, kollektiv davranış qaydalarını öyrəndiyi, məsuliyyət və intizam hissinin formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan məktəbdə yaradılan ümumi atmosfer, o cümlədən şagirdlərin geyim mədəniyyəti təhsi
22 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabr