Rotavirus infeksiyasından qorunmaq üçün nə etmək lazımdır?

Rotavirus infeksiyasından qorunmaq üçün nə etmək lazımdır?Son zamanlar Azərbaycanda uşaqlar arasında rotavirusa yoluxma hallarının artdığı bildirilir. Xəstəlik qusma, ishal və yüksək hərarətlə müşahidə olunur. həkimlər valideynləri diqqətli olmağa çağırır.

Rotavirus çirkli əllər, yaxşı yuyulmamış qidalar, bəzən də hava və damcı yolu ilə də yayıla bilir.

Bu xəstəlik, onun əlamətləri, müalicə üsulları barədə Bizim.Media-ya açıqlamasında geniş məlumat verən həkim pediator Gülşən Əliyevanın dediyinə görə, xəstəlik əsasən 2 yaşa qədər uşaqlarda özünü göstərir:

"Rotavirus infeksiyasına bağırsaq qripi də deyirlər. Əsasən iki yaşa qədər uşaqlarda ona rast gəlinir. Qrip kimi başlayır, temperatur, halsızlıq, ümumi zəifliklə müşayiət olunur, boğazda qızartı olur. Ardınca qusma başlayır. Sulu, köpüklü nəcis ifrazı da özünü göstərir. Qarında ağrı olur. Bu virusun 9 növü olsa da, əsasən 3 növü - A, B və C növləri xəstəlik törədir. Çirkli əllər, çirkli əşyalardan yoluxma mümkündür. Bununla bağlı təcili həkimə müraciət edilməlidir. Çünki çoxlu maye itirən uşağın vəziyyəti sürətlə pisləşə bilər. müalicə gecikərsə, xəstəlikdən ölüm halları da baş verə bilər. Xəstəlik virus mənşəli olduğundan sürətlə yayıla bilir".

Həkim deyir ki, müalicə simptomatik aparılır:

"Məhz virusu məhv edən dərman yoxdur. Diariyanın, qusmanın, bədəndə susuzlaşmanın qarşısı alınır. Xəstəlik uşağın vəziyyətindən asılı olaraq 3-5 günə qədər çəkə bilir. Qarşısının alınmasının yolu vaksinasiyadır. Azərbaycanda bu planlı peyvəndlənməyə aid deyil. Yəni poliknikalarda vurulmur. Amma könüllülük əsasında özəl müəssisələrdə vurulur. Müalicə zamanı rotariks peyvəndindən istifadə olunur. 85 faiz hallarda həmin peyvənd qoruma yaradır".

Uşaqları xəstəlikdən qorumaq üçün həkim gigiyena qaydalarına ciddi əməl etməyə çağırdı:

"Xəstə uşaqla əlaqədə olmamalı, uşağın əşyaları təmiz olmalıdır".

Rotavirus xəstəliyinin hazırkı dövrdə sürətlə yayılması səbəbinə gəldikdə, həmsöhbətimizin fikrincə, karantin dövründə uşaqların virusa dözümlülüyünün azalması fonunda immunitetin zəifləməsi prosesinin ağırlaşmasına gətirib çıxarıb.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1624   Tarix: 23 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11 oktyabr
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17 oktyabr
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30 oktyabr
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

1 noyabr
.

Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı

Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir

13 oktyabr
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

9 oktyabr
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr