106 yaşlı qadın uzunömürlülüyünün alkoqollu sirrini açıqlayıb...
106 yaşlı qadın uzunömürlülüyünün alkoqollu sirrini açıqlayıb...
"O, zarafat etməyi xoşlayır və maraqlı, ibrətamiz tarixçələr bilir..."
"İki dəfə ərdə olan qadının ilk nikahından bir qızı var..."
"Minni hər axşam bir bokal ağ şərab içir və bir dəst çips yeyir..."
Böyük Britaniyanın 106 yaşlı sakini növbəti doğum gününü qeyd edib və onun uzunömürlülüyünə alkoqol içkisi və qəlyanaltının olduğunu deyib.
Moderator.az xəbər verir ki, bu barədə "Worksop Guardian" nəşri məlumat yayıb.
Nottinqemşir qraflığının Uorksop şəhərində yaşayan Hanna Marş iyulun 11-də 2019-cu ildən məskunlaşdığı "Westwood Care Home" qocalar evində əlamətdar gününü qeyd edib.
Pansionat nümayəndəsinin sözlərinə görə, 106 yaşlı qadın qocalar evinin əməkdaşları və burada yaşayanların sevimlisinə çevrilib. Çünki o, zarafat etməyi xoşlayır və çoxsaylı maraqlı və ibrətamiz tarixçələr bilir.
Qadın hamıdan onu, sadəcə, Minni adlandırmağı xahiş edir, belə ayamanı o, hələ birinci dünya savaşında qazanıb.
"Biz tez-tez ondan 106 il yaşamasının sirrini açmağı xahiş edirik. O isə cavabında deyir ki, hər axşam bir bokal ağ şərab içir və bir dəst çips yeyir", - "Westwood Care Home" evinin əməkdaşı deyib.
Orta məktəbi bitirdikdən dərhal sonra Marş kinoteatrda kassir işinə düzəlib.
İkinci dünya savaşı illərində döyüş sursatı istehsalı üzrə zavodda işləyib, sonra yenidən kassa arxasına dönüb.
Qadın iki dəfə ərdə olub, birinci nikahdan bir qızı var.
Uzunömürlü qadını çoxsaylı dostları və qohumları təbrikə gəlib, qocalar evinin administrasiyası isə səbəbkar üçün müxtəlif hava şarlarından və böyük gül dəstəsindən ibarət gecə təşkil edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1660 Tarix: 23 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrPaytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib
22 sentyabr