"Kitablarım Azərbaycanda qadağan olunub" - Arda Erel
"Yeni romanım "Anamın bilmədiyi hər şey" Azərbaycanda satılmır. Çünki "müharibəyə yox" demişdim. Bütün kitablarımı qadağan ediblər. Müharibəyə qarşı olmağın cəzası kitabları qadağan etmək və müharibə istəməyəni zəiflətməkdir".
Sonxeber.az xəbər verir ki, bu sözləri türk yazıçı Arda Erel öz Twitter hesabında yazıb.
"Bu əsrdə heç bir insanın müharibədə ölməməsinin vacibliyini vurğuladığım üçün mənə senzura qoyanları bağışlamıram.Mənə tətbiq olunan senzuraya baxmayaraq kitab yazmağı və fikirlərimi paylaşmağı davam etdirəcəm. Dünyanın hər yerindəki müharibələrə qarşı həll yolunun silahla yox, beynəlxalq razılaşma, dialoqda axtarmağın gərəkliliyini ictimaiyyətə bəyan edirəm " ,- deyə yazıçı İnstagram hesabında əlavə edib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Arda Erel Twitter hesabında Şuşada müharibədə zərər görmüş erməni kilsəsindən görüntü paylaşaraq hər iki tərəfi sülhə çağırıb. Azərbaycanlı istifadəçilər Azərbaycan tərəfinin çəkdiyi zərəri göstərməməklə onu birtərəfli yanaşmaqda qınayıb. Daha sonra yazıçı həmin paylaşımı silib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1715 Tarix: 25 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021