Heyvana belə işgəncə verən şəxslər CƏZALANDIRILDI:DƏHŞƏTLİ KADRLAR - VİDEO
Daxili İşlər Nazirliyi Neftçala rayonunda vəhşi heyvana işgəncə verən şəxslər barədə açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Sonxeber.az-a bildirib ki, vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkaranə surətdə sosial şəbəkədə görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb:
"Görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar. Onlar hadisəni etiraf edərək peşman olduqlarını və həmin çaqqalın qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər.
Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə protokol tərtib olunub və onlara bir daha belə hərəkətlərə yol verməmələri üçün ciddi xəbərdarlıq edilib".
14.26
Neftçala rayonunda heyvana qarşı işgəncə faktı qeydə alınıb.
Sosial şəbəkədə həmin görüntülər böyük etirazlara səbəb olub.
Sonxeber.az məsələni araşdırmaq üçün Daxili İşlər Nazirli ilə əlaqə saxlayıb.
DİN-dən verilən məlumata əsasən, heyvana qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma başlayıb.
"Fakt nəzarətə götürülüb. Araşdırmanının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı