Müharibə veteranı: "Azad olunan ərazilərə sağ qalan döyüş dostlarımla getmək istəyirəm"
"Vətən müharibəsi əsgərlərimizin igidliyi, qorxmazlığı, şücaəti, şəhadətə can atması, millətimizin arxa cəbhədə bir yumruq kimi birləşərək orduya misli görünməyən dəstək verməsi ilə yaddaşlara köçdü. Dünya hələ uzun müddət bu fədakarlıqdan, yaralı halda sıldırım qayaları dırmanaraq odlu silahlı düşmənə bıçaqla hücum edən və zəfər çalan əsgərdən, dronların səmada şahin kimi süzdüyü müharibədən çox danışacaq".
Bu sözləri "Report"a açıqlamasında Vətən müharibəsi veteranı, baş leytenant Mübariz Abbasov deyib.
O bildirib ki, Azərbaycan Ordusunda ehtiyatda olan zabit olub:
"Sumqayıt Hərbi Komissarlığından sentyabrın 21-də təlimlərə çağırılmışam. Müharibə başlandığı ilk gündən döyüşlərdə iştirak etmişəm. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etdim. Mən mina partlaması nəticəsində travma aldım. Şiddətli döyüşlər gedirdi. Hər gün yaralımız, şəhidimiz olurdu, amma ruhdan düşmürdük. Qəribə bir hiss var idi. Adını bilmədiyim, əslən lənkəranlı, Hozu ləqəbli əsgərin doqquz yerdən müxtəlif yarası var idi. Amma döyüşdən qalmırdı. İndi də sağdır. Elə adını telefonuma Hozu yazmışam".
O, azad olunmuş ərazilərin çox gözəl olduğunu vurğulayıb:
"Hələ Tuğ kəndinin söz ilə dilə gətirə bilməyəcəyim gözəlliyi var. Müharibədən sonra o torpaqlara getməmişəm. İstəyirəm, qismət olsa, sağ qalan döyüş dostlarımla gedim".
Qeyd edək ki, M.Abbasov 1979-cu il noyabrın 17-də Qərbi Azərbaycanda anadan olub. Üç övlad atasıdır. Vətən müharibəsində göstərdiyi şücaətə görə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı