İki rayonda "Açıq mikrofon" aksiyası keçirildi
Bu gün respublikanın 2 ayrı rayonunda "Açıq mikrofon" aksiyası keçirilib. İlk tədbir Ağcabədi rayonun Qaraxanlı kəndində baş tutub.
Sonxeber.az xəbər verir ki, kənd sakinləri və şəhid ailələri mikrofonun qarşısına keçərək yaşayış məntəqəsinin təbii qazla təmin olunmasına köməklik göstərilməsini xahiş ediblər. Aksiyada Birlik rəsmiləri Azay Quliyev və Vüqar Səmədov müraciətlərin hər birinin "Azəriqaz" İB-nin rəhbərliyinə çatdırılacağını sakinlərin diqqətinə çatdırıblar. Sakinlər və şəhid ailələri onlara göstərilən qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, adı çəkilən kənd 44 günlük Vətən müharibəsində 4 şəhid verib.
İkinci "Səyyar qəbul otağı" isə Xaçmaz rayonunda qurulub. Xaçmaz Regional qaz istismarı İdarəsinin məsul şəxsləri vətəndaşların müraciətlərini dinləyərək qeydiyyata alıblar. Aksiyada iştirak edən sahibkarlar, eləcə də rayonun digər sakinləri bəzi hallarda qazın təzyiqinin aşağı olması, fərdi qazlaşma və s. məsələlərlə bağlı öz təklif və iradlarını bildiriblər. Xatırladaq ki hər iki aksiyada qeydiyyata alınan müraciətlər Birliyin baş direktoruna çatdırılacaq və rəhbərliyin tapşırığına uyğun olaraq lazimi tədbirlər görüləcək.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı