Qadını dua adı ilə aldadıb pulları oğurladı, özünə maşın aldı - Bakıda "falçı" fırıldağı
Bakıda özünü falçı kimi təqdim edərək özgənin əmlakını talamaqda təqsirləndirilən qadının məhkəmə prosesi başa çatıb.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsinin hökmü ilə 1975-ci il təvəllüdlü Lida Qulamova (soyad-şərtidir) iki il müddətinə azadlıqdan məhrum edilib.
Onun dəluduz əməlinə gəlincə, bu, cari ilin fevralın 22-də baş verib.
Belə ki, Lida Nəsimi rayonu ərazisində piyada hərəkət edən Aytən Məmmədovaya (ad-soyad şərtidir) yaxınlaşıb və ailəsində problemlər olduğunu bildirib. Özünü falçı kimi təqdim edən qadının əzbərləyərək dediyi cümlələrlə Aytənin ailəsində olan problemlər üst-üstə düşdüyündən, zərərçəkən şəxs Lidaya inanıb.
O, hazırda vaxtı olmadığı üçün Lidaya telefon nömrəsi verərək saat 18 radələrində Nizami rayonu ərazisində yerləşən parkda görüşəcəyini bildirib. Bu zaman Lida görüşə gələrkən evində olan pulları da gətirməsini, əskinasların daha da bərəkətli olması üçün dua oxuyacağını bildirib.
Lida isə görüş yerinə onunla əlbir olan, istintaqa adı məlum olmayan qadınla gəlib. Aytən Lidanın dediyi kimi görüşə ağ parçaya bükülü olan 9 000 dollarla yollanıb. Əlavə olaraq fala baxması üçün də ona 200 manat ödəyib.
Bu zaman əlbir olan qadınlar guya dua oxuyaraq Aytənin fikrini yayındırıblar və parçanın arasında olan pulu götürüblər. Lida içi boş parçanı qadına qaytararaq onu sabah açmasını tapşırıb və hadisə yerindən uzaqlaşıb.
O, evə qayıtdıqdan sonra şübhələnməyə başlayıb, parçanı açıb baxdıqda içərisinin boş olduğunu görüb və bu barədə polisə müraciət edib.
Lida Qulamov oğurladığı pulları özünə xərcləyib, 3 000 manata isə Sumqayıtda yerləşən maşın bazarından "Vaz 2109" markalı avtomobil alıb. Məhkəmənin qərarına əsasən, avtomobil müsadirə edilib və zərərçəkmiş şəxsə dəymiş ziyanın
ödənilməsinə yönəldilib.
Qeyd edək ki, bu, Lida Qulamovanın ikinci məhkumluğudur. O, daha öncə etdiyi dələduzluğa görə 3 il 6 ay həbsdə yatıb, 2019-cu ildə azadlığa çıxmışdı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı