Sosial şəbəkədə tanış olduğu qızı və anasını hədələdi
Sabirabadda sosial şəbəkədə tanış olduğu qızı və anasını hədələyən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan bir qadın qızının sosial şəbəkədə tanış olduğu oğlanla getdiyini, lakin sonradan yaşadığı evə qayıtdığını bildirib. Qadın müraciətində həmin oğlanın qızın onunla getməyəcəyi təqdirdə onları öldürəcəyi və yaşadıqları evi yandıracağı ilə hədələməsini bildirib.
Əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Zamanov müəyyən edilərək saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan pnevmatik tapança, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1206 Tarix: 26 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr