Belə getsə, sərt karantin labüd olacaq - Deputat
Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında kəskin artım müşahidə olunur. Mütəxəssislər yaxın günlərdə yoluxma sayının daha da artacağını istisna etmirlər. Rəsmi qurumlar əhalini yenidən peyvənd olunmağa çağırır. Hətta karantin qaydalarının yenidən sərtləşdirilmə ehtimalı səslənir. Virusa yoluxanların sayı kəskin şəkildə artarsa, yenidən qapanmalara gediləcəyi bildirilir.
Sonxeber.az xəbər verir ki, məsələyə münasibət bildirən millət vəkili Məlahət İbrahimqızı "bakupost"a açıqlamasında deyib ki, son günlər ölkədə yoluxma halları xeyli artıb:
"Bir ay əvvəl yoluxma sayında kəskin azalma müşahidə olunurdu. Hətta gündəlik yoluxma sayı 6-8 civarında idi. Ölüm halları da yox idi. İndi isə yoluxma 300 civarındadır, ölüm halları da var. Buna görə də, Səhiyyə Nazirliyi və TƏBİB virusa yoluxma tempinin belə artması halında tədbir görüləcəyini açıqlayıb. İndidən hansı karantin qaydalarının tətbiq ediləcəyini demək çətindir. Ancaq artım sürətlə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi labüd olacaq. Düşünürəm ki, ayın sonuna kimi vəziyyət dəyərləndiriləcək və buna uyğun müvafiq qərarlar qəbul olunacaq".
M.İbrahimqızının dediyinə görə, yay fəsli olduğu üçün insanlar çimərliklərə, istirahət mərkəzlərinə gedir. Belə yerlərdə isə tünlük olduğu üçün yoluxma artır:
"Mən ölkədə sərt karantin rejiminin olacağını gözləmirəm. Ola bilər ki, müəyyən qaydalar tətbiq edilsin. Ancaq fikrimcə, sərt karantin rejimi olmayacaq. Vətəndaşların çox hissəsi peyvənd olunub, eyni zamanda yoluxmalar nəticəsində kütləvi immunitet də yaranıb. Koronavirus da artıq zəifləyib, ölüm halları da çox azdır. Düşünmürəm ki, koronavirusla bağlı əvvəlki kimi təşviş olsun, yaxud sərt karantin qaydaları tətbiq edilsin. Ancaq bununla belə vətəndaşlar arxayınlaşmamalı, gigiyena qaydalarına riayət etməli, özlərini qorumalıdırlar. İnsanlar qaydalara riayət etsə, yoluxma halları artmaz və qapanmalara da gedilməz".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı