Fəzail Ağamalının biznesmen oğlu məhkəməyə verildi
Deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı məhkəməyə verilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun barəsində Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Məlum olub ki, Elçin Ağamalı rəhbəri olduğu "La Vida" MMC-nin vergi borclarını ödəmədiyi üçün barəsində iddia qaldırılıb. Bu günə olan rəsmi məlumatlara görə, "La Vida" şirkətinin 4437 manat ödənilməmiş vergi borcu var. İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Elçin Ağamalı biznesmen kimi tanınır. O, eyni zamanda "Altus" MMC-nin sahibi kimi bilinir. O, 3 il öncə də kredit mübahisəsinə görə məhkəməyə verilmişdi.
Fəzail Ağamalı 27 ildir Milli Məclisin deputatıdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1526 Tarix: 26 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr