Müəllimdən direktora ittihamlar - "Maaşdan əlavə 1300-1400 qazanıb"

Müəllimdən direktora ittihamlar - "Maaşdan əlavə 1300-1400 qazanıb""Müəllimə dərs çatmadığı halda fənn əsassız olaraq vakansiyaya çıxarılır. Buna səbəb isə məktəb direktoruna pul verməməyimizdir".

Bu şikayətlə "Qafqazinfo"ya Gədəbəy rayonu, Novo-İvanovka kənd tam orta məktəbinin Biologiya-Kimya müəllimi Nurayyə Əzizova müraciət edib.

61 yaşlı müəllim deyib ki, 14 saatlıq dərsləri əllərindən alınaraq vakansiyaya çıxarılır: "Mən 1987-ci ildə ADU-nu Biologiya və Kimya ixtisası üzrə bitirmişəm və həmin ildən də müəllim işləyirəm. Düz 35 ildir bu fənləri tədris edirəm. 2016-cı ildə müəllimlər üçün keçirilən diaqnostik imtahanda iştirak edərək Biologiya fənnindən 42 bal toplamışam. 2-ci ixtisasdan da könüllü iştirak etmək istədikdə isə Rayon Təhsil Şöbəsindən bunun vacib olmadığını mənə bildiriblər. Məktəbdə eyni ixtisasdan 2 müəllimik. Bizim ikimizin cəmi 31 saat dərsimiz var. Bundan əlavə bizə 4 saat "Həyat bilgisi" dərsi verilib.

İyunun 13-də isə məktəbin direktoru Leysan Hüseynov bizim 14 saat- 9 saat Kimya, 5 saat da "Həyat bilgisi" fənni olmaqla dərsimizi vakansiyaya çıxdığını pedaqoji şurada bəyan elədi. Mən ona narazılığımı bildirdim və hörmətli nazirimizin iki qoşa fəndən dərs deyən müəllimlərin bir fənnən imtahan verməsini, digərinin isə vacib olmadığını ona söylədikdə direktor Leysan bu qərarın qüvvədən düşdüyünü mənə dedi. Onu da qeyd edim ki, bu tədris ilində üç sinifdə şagird sayı az olduğuna görə birləşir və biz - 2 müəllimə cəmi 12 saat Biologiya dərsi qalır".

Nurayyə Əzizova iddia edib ki, adıçəkilən məktəbdə məktəb direktoru tərəfindən haqsızlıq, özbaşınalıq, rüşvətxorluq kimi hallar baş alıb gedir: "Leysan Hüseynov 2021/2022-ci tədris ilində çoxlu sayda dərs saatlarını gizlədib və həmin dərsləri müəllimlərin üzərinə yazaraq pulunu özü alıb. Hər ay da o, öz əmək haqqından əlavə təxminən 1300-1400 manat qazanc əldə edib. Hazırda bu məktəbin ciddi yoxlanılmasına və məktəb direktoru haqqında ölçülər götürülməsinə ehtiyac var".
Müəllimdən direktora ittihamlar - "Maaşdan əlavə 1300-1400 qazanıb"İddialarla əlaqədar Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbinin direktoru Leysan Hüseynovla əlaqə saxladıq. Direktor məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Nurayyə Əzizovanın şikayətləri əsassızdır: "Onun şikayət etməsinə səbəbi odur ki, müəllimin diplomunda Biologiya və Kimya sözü yazılır, ancaq müəllimlərin diaqnostik qiymətləndirməsində yalnız Biologiyadan keçib. Diplomunda hər iki fənnin adı yazılmış, ali təhsilli iki müəllimimiz var və Regional Təhsil İdarəsi yaranana qədər biz bu fənləri həmin iki müəllimə vermişdik. Ancaq indi müvəqqəti dərs bölgüsü aparılarkən idarədən bizə tapşırılıb ki, diaqnostik qiymətləndirmə balları ilə yazılıb, dərs bölgüsü aparılmalıdır. Biz də dərs bölgüsünü aparan zaman diaqnostik qiymətləndirmələri nəzərə almışıq. Sadəcə Kimya fənnindən diaqnostik qiymətləndirmə olmadığına görə, proqram avtomatik kimya dərsini vakansiyaya çıxarır. Mənə də idarədən tapşırılıb ki, diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərə əlavə dərs vermə. Yəni səbəb budur".

Məktəbin direktoru onu da əlavə edib ki, sözügedən müəllimlə 12 ildir birlikdə işləyirlər və bu illər ərzində heç bir problemləri olmayıb: "Çox səmimi, mehriban, qarşılıqlı hörmət əsasında işləmişik. Aramızda heç bir problemimiz olmayıb. Düz bu dərs bölgüsü yaranana qədər… Bundan sonra aramızda belə problemlər başladı. O ki qaldı mənim müəllimlərdən pul almağıma, məktəbdə çalışan heç bir müəllim belə demir. Heç biri məndən şikayətçi də deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1317   Tarix: 26 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr