Direktor məktəbli qızı döyüb? - Nazirlikdən AÇIQLAMA
Valideyn Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktorundan şikayətçidir.
Bu barədə Oxu.Az-ın redaksiyasına orada təhsil alan şagirdin atası İlqar Məmmədov müraciət edib.
Bildirilib ki, Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Məmmədli Gülnar İlqar qızı həmin məktəbin direktoru Atayeva Çinarə Lazım qızı tərəfindən döyülüb:
"İşgəncə verilib və şagirdə müxtəlif bədən xəsarətləri yetirilib. Şagirdin döyülməsi, bədən xəsarətləri yetirilməsi barədə tibbi ekspertiza rəyi və baş sübutedici səs yazısı olduğuna baxmayaraq, şagirdin döyülmə hadisəsi Abşeron Rayon Polis İdarəsi və Abşeron Rayon Prokurorluğu tərəfindən gizlədilərək tədbir görülmür".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, aprel ayında vətəndaş İlqar Məmmədov "102" Zəng Mərkəzinə müraciət edərək övladının məktəbdə direktor tərəfindən döyüldüyü barədə məlumat verib:
"İstintaq zamanı fakt öz təsdiqini tapmayıb. Hadisə zamanı məktəbdə olan müəllimlər və şagirdin sinif yoldaşları dindiriliblər və döyülmə faktı müəyyən olunmayıb. Şagird məktəbə məktəbli formasında gəlmədiyi üçün direktor ona irad tutub.
Eyni zamanda, şagirdin telefonu valideyninə təqdim edilməsi üçün onun əlindən alınıb. Direktor dəfələrlə telefonu valideynlərə təqdim etmək istəsə də, valideynlər telefonun sındırıldığını iddia edərək bundan imtina ediblər. Araşdırma zamanı telefonun işlək vəziyyətdə olması da müəyyən edilib".
Abşeron-Xızı Regional Təhsil İdarəsindən isə bildirilib ki, hələ ki məsələ barədə açıqlama olmayacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı