Bütün COVID xəstəxanaları hazır vəziyyətə gətirildi
"Hazırda COVID-19-la mübarizə tədbirləri çərçivəsində profil üzrə TƏBİB-in tabeliyindəki Məhəmmədli Modul Tipli Xəstəxana, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və Masallı Rayon Mərkəzi Xəstəxanası fəaliyyət göstərir".
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirib.
Məlumatda qeyd edilib ki, modul tipli xəstəxanalar və eləcə də digər tibb müəssisələri zəruri avadanlıqlarla tam təchiz olunub:
"Hər an istər koronavirus (COVID-19) xəstələrini, istərsə də digər xəstələri qəbul etməyə hazır vəziyyətdədir. Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir".
Qeyd olunub ki, hazırda mövcud çarpayı sayı yetərlidir. Koronavirusa yoluxanların mövcud statistikası hələ ki koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan digər modul tipli xəstəxanaların fəaliyyətini bərpa etməyə əsas vermir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1876 Tarix: 26 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr