"Azad olunmuş yerlər məscid deyil ki, orada içki içilməsin" - DEPUTAT
"Qarabağ torpaqları Azərbaycan xalqının bayram etməsi, sakinlərimizin doğma yurduna qovuşması üçün azad edilib".
Sonxeber.az xəbər verir ki, bu fikirləri Modern.az-a Millli Məclisin ağdamlı deputatı Aqil Abbas işğaldan azad olunmuş ərazilərdə şənliklərin, içki məclislərinin qurulmaması barədə fikirlərə münasibət bildirərkən deyib.
Deputat hesab edir ki, şəhid verdiyimiz Qarabağda toy mərasimlərinin keçirilməməsinə dair təkliflər doğru deyil:
"Camaat gedib qəbiristanlığı gəzsin, ancaq ağlasın? Minlərlə igid insanları torpağına qovuşdurmaq üçün öz canından keçib. Azad olunmuş bölgələrimizdə toy olmasın fikri çox mənasızdır. Çox üzr istəyərək söyləyirəm, işğaldan azad olunmuş bölgələr məscid deyil ki, orada içki içilməsinə pis baxılsın. Vətəndaş yurduna gedir, sevinib ata-baba ocağında yeyib-içir. O torpağa qovuşduğu üçün qurban kəsənlər də var".
Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə işğaldan azad olunmuş bölgələrdə toy-bayram, içki məclislərinin qurulmaması barədə fikirlər səsləndirilir. Hesab edilir ki, qəhrəman vətən övladlarının qanı tökülən torpaqlarda spirtli içki içmək, əylənmək olmaz. Bəzi soydaşlarımız isə bu fikirlərlə razılaşmırlar. Bildirilir ki, 30 illik həsrətdən sonra azad olunan Qarabağda toy-büsat olmalı, insanlar Zəfərin sevincini doğma el-obalarında yaşamalıdırlar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı