Körpə gün ərzində neçə saat yatmalıdır?

Körpə gün ərzində neçə saat yatmalıdır?Yeni doğulmuş körpələrdə yuxunun reqressiya etməsi fikri doğru deyil. Onların gecələr oyanması normal haldır. Üstəlik, bu, körpələri Ani Körpə Ölümü Sindromundan (SIDS) da qoruyur. Başqa sözlə, 12 saatlıq yuxu rejimi qızıl standart hesab olunmamalıdır.

Bütün yorğun valideynlər gecə körpələrinin yuxuya gedəcəkləri anı səbirsizliklə gözləyirlər.

Lazım olan qədər yatmaq?

Lent.az "BBC"yə istinadən xəbər verir ki, körpələrin az yatmasıyla bağlı narahatlıq yeni bir şey deyil. İlk "elmi" məsləhətlər 1897-ci ildə dərc edilib - rus həkim yuxu haqqında Londonun "Contemporary Science Series" nəşri üçün yazdığı kitabında körpələrin sutka ərzində 22 saat yatmalı olduğunu qeyd edib. Sonrakı yüz ildə bu müddət nisbətən qısaldılsa da, məsləhət görülən yuxu saatları körpələrin faktiki rejimindən təxminən 37 dəqiqə çox olub və onilliklər boyu valideynlərdə narahatlıq yaradıb.

Ekspertlər yuxunun körpələr və azyaşlılar üçün (və elə böyüklər üçün də) çox vacib olması fikrində həmrəydirlər. Yuxusuzluq kardiometabolik risk faktorları, yüksək DEHB riski və aşağı səviyyəli koqnitiv bacarıqlarla, həmçinin pis emosional tənzimləmə, akademik qabiliyyətlər və həyat keyfiyyətilə əlaqələndirilir.

Qreqori qeyd edir ki, ABŞ Milli Yuxu Fondu üç aylığına qədər olan körpənin 24 saat ərzində minimum 11, maksimum 19 saat olmaqla, 14-17 saat yatmasını tövsiyə edir. Amerikanın Yuxu Tibb Akademiyası isə dörd aydan kiçik körpələr üçün heç bir tövsiyə vermir. Bu təşkilatlardan heç biri gündüz və gecə yuxusunun miqdarıyla bağlı konkret tövsiyələr səsləndirmir.

Qrafikə əməl etmək faydalı ola bilərmi?

Gün ərzində yuxu (və qidalanma) saatlarının əvvəlcədən müəyyənləşdirildiyi bir rejimə, ya da saysız-hesabsız körpə yuxusu kitabları və pedaqoqlar tərəfindən qızıl standart hesab olunan "7-dən 7-yə" gecə qrafikinə (körpənin axşam 7-dən səhər 7-yə qədər yatması nəzərdə tutulur) əməl etməyə nə deyirsiniz?

İlk günlərdə belə cədvələ riayət etmək çətin ola bilər. Çünki bəzi fizioloji funksiyalar (böyüklərə yatmaq vaxtının gəldiyini xatırladan melatonin hormonunun ifrazı və bədən istiliyi ritminin yaranması) sağlam və vaxtında doğulmuş körpələrdə 8-11 həftədən sonra ortaya çıxır.

Onları gündüzlər işığa, gecələr qaranlığa "məruz qoymaq" bu funksiyaların işə düşməsinə kömək edə bilər.

Gregory deyir ki, yuxu tənzimlənməsi üzrə əsas nəzəriyyədə yatmağa və oyanmağa nəzarət edən iki mərhələnin olduğu qeyd edilib:

"Birincisi, homeostatik (nə qədər çox oyaq qalsaq, o qədər yuxulu olarıq düşüncəsi), ikincisi isə sirkadiyalı (gündüzün və gecənin müəyyən saatlarında daha yuxulu və ya daha oyaq olmamız) prosesdir. Körpələrdə hər ikisi zəif inkişaf etmiş olur. Balacalarla böyüklərin yuxu rejimləri arasındakı fərqi bununla izah etmək olar".

Təkbaşına yuxuya getmək: mif, yoxsa reallıq?

Yuxu proqramları, adətən, bircə tövsiyəyə əsaslanır: körpələr mümkün qədər qısa vaxt ərzində təkbaşına yuxuya getməlidirlər. Amma onları buna və ardınca da tək yatmağa məcbur etmək heç də asan deyil. Körpələrin nevroloji sistemləri hələ formalaşmamış olur, onlar öz himayədarlarının emosional tənzimləmələrinə, yuxuya getmək üçün sakitləşdirilməyə möhtacdırlar.

Finlandiyada 5700 uşaq üzərində aparılmış araşdırma zamanı valideynlərin yarısından azı körpələrin müstəqil şəkildə yuxuya getdiklərini bildirib.

Mindell və həmkarlarının keçirdiyi anket sorğusunda isə valideynlərin yarıdan bir az çoxu 9-11 aylıq körpələrinin təkbaşına yuxuya getdiyini deyib. Yerdə qalanların təxminən yarısı yatırtmaq üçün körpələrinə yemək verdiklərini, üçdə biri qucağında yatırtdığını, dörddə birindən çoxu isə qucağında yırğaladığını qeyd edib.

"Gecə yuxusu" kitabının müəllifi Mindell bildirir ki, valideynlər körpələrin təkbaşına yuxuya getməsinə kömək edəcək strategiyalar tətbiq etməlidirlər. Onun sözlərinə görə, körpəni sakitləşdirməyin onun inkişafına mane olacağını düşünmək üçün heç bir əsas yoxdur. Və gülərək bunları əlavə edir:

"Gecələr tez-tez oyanan körpələrdə müstəqillik qabiliyyətinin inkişaf etmədiyini düşünürsüzmü? Xeyr. Məncə, insanlar yuxuya həddindən artıq məna yükləyirlər. Halbuki çox fərqli şeylər baş verir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2532   Tarix: 05 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr