Yol polisindən XƏBƏRDARLIQ: Bu sürücülər barədə ciddi tədbirlər görüləcək - VİDEO
Baş Dövlət Yol Polis İdarəsi, atmosferə atılan zəhərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə reyd keçirib. Reyd zamanı nəqliyyat vasitəsi texniki baxışdan keçmiş olsa da, nasaz olan avtomobillər də olub.
Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində reyd keçirib. Reyd zamanı havaya buraxdığı zəhərli qaz miqdarı qanunvericiliyin tələblərinə uyğun olmayan nəqliyyat vasitələrinin sürücüləri saxlanılıb.
Reyd zamanı saxlanan sürücülərin bəzisi avtomobildə yaranmış nasazlıqdan bixəbər olduğunu, bəzisi isə bu problemin indi yarandığını bildirib.
Baş dövlət yol polis idarəsinin inspektoru Elnur Abbasov bildirdi ki, saxlananlar arasında texniki baxışdan keçmiş sürücülər də var. Onlara da avtomobildəki nasazlıqların aradan qaldırılması üçün xəbərdarlıq edildi.
Reyd zamanı zəhərli qazların miqdarı normativ tələbləri aşmayan avtomobillərə də rast gəlindi.
Qeyd edək ki, avtonəqliyyat vasitələrinin atmosferə atılan zəhərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə, cari ilin avqust ayının 1-dən sentyabr ayının 1-dək ETSN ilə birgə respublika ərazisində təmiz hava aylığının keçirilməsinə başlanıb.(xəzərxəbər)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2965 Tarix: 06 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr