"Rüşvətxorlar üçün ömürlük həbs cəzası tətbiq olunmalıdır" - AÇIQLAMALAR

"Rüşvətxorlar üçün ömürlük həbs cəzası tətbiq olunmalıdır" - AÇIQLAMALARAzərbaycanda rüşvət və korrupsiyaya qarşı mübarizə hələ də davam edir. Müxtəlif vəzifələrdə olan şəxslərin, səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alması və həbsi ilə bağlı xəbərləi mütəmmadi olaraq eşidirik. Bir çox hallarda insanlar öz hüquqlarını müdafiə etmək əvəzinə rüşvət verməyi üstün tuturlar. Hətta bunun sovet dövründən qalma təfəkkür hesab edənlər də var.

Bəs görəsən rüşvətxorluğun geniş yayılmasının əsl səbəbi nədir? Bu, sovet dövründən qalma vərdiş hesab oluna bilərmi?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas rüşvətin Sovet İttifaqından qalma təfəkkür olduğunu söyləyib:

"Rusiya harada varsa, orada da rüşvət var. Sovet dövründən qalma təfəkkürdür. Oradan gəlib. Rüşvət həmişə də olacaq. Rüşvətin qarşısını almaq mümkün deyil. Dünyanın hər yerində var. Məşhur insanlar hər zaman rüşvət səbəbindən həbs olunub".

A.Abbas qeyd edib ki, qanunlar düzgün işləsə, rüşvət də olmaz:

"Rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə zaman-zaman davam edib. Bunun necə aparılması ilə bağlı tədbirləri hüquq mühafizə orqanları daha yaxşı bilir. Hər zaman bu sahə üzrə mübarizə aparılıb. Dünyada olduğu kimi bizdə də rüşvət var. Rüşvətin qarşısını nə qədər kəssələr də, bu olacaq. Sadəcə qanuna əməl etmək istəmirlər. Qanun onu həyata keçirən adamın əlindədir. Kimsə bir işin həll olunması üçün rüşvət verir. Bu, adi bir şeydir. Qanunlar yaxşı işləsə, o zaman rüşvət aradan qalxar. Qanunlar şəffaf olarsa, rüşvət də bir o qədər azalar".

Hüquqşünas Əkrəm Həsənov saytımıza açıqlamasında Aqil Abbasdan fərqli olaraq rüşvətxorluğun Sovet İttifaqı ilə əlaqəli olmadığını deyib:

"Sovet dövründən qalsa belə, vərdiş bu qədər davam etməməlidir. Ümumiyyətlə sırf Sovet İttifaqı ilə bağlana bilməz. Bu məsələdə qanunvericilik əsas rol oynayır. Şəffaflıq yoxdursa, təbii ki, korrupsiya olacaq. Digər tərəfdən əməkhaqqı da əsas rol oynayır. İstədikləri məbləğ olmadığından korrupsiya ilə məşğul olurlar".

Ə.Həsənovun sözlərinə görə, rüşvətxorlar üçün ömürlük həbs cəzası tətbiq olunmalıdır:

"Yeni qanun qəbul olunmalıdır. Məmurların daşınmaz əmlakları hər kəsə məlum olmalıdır. Qanuna əsasən, bu, bizdə qapalıdır. Başqa ölkələrdə isə açıqdır. Biz məmurların və onların yaxınlarının əmlakını bilməliyik. Lakin biz bilmirik. Bizdə tam qapalıdır. Korrupsiyaya görə şəxs ömürlük həbs olunmalıdır. Bütün bunları etsək, korrupsiya azalacaq. Tam şəffaflıq təmin olsa, korrupsiyaya son qoyulacaq. Düzdür, məşğul olanlar azda olsa olacaq. Lakin artıq açıq şəkildə bunu edə bilməyəcəklər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1114   Tarix: 06 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr