Daha bir telekanal Avropa Oyunlarını yayımlayacaq

Daha bir telekanal Avropa Oyunlarını yayımlayacaqBu gün Bakı-2015 Avropa Oyunları Xorvatiyada açılış mərasiminin işıqlandırılması haqqında yayım sövdələşməsi imzaladı.

Trend-in məlumatına görə, 12-28 iyun tarixlərində baş tutacaq Bakı-2015 yarışları 2011-ci ildə Milli Olimpiya Komitəsi tərəfindən təsis edilən, ilk TV kanalı olan və pulsuz yayımlanan "Sportska Televizija" (SPTV) kanalında hər gün 10 saat ərzində yayımlanacaq.

SPTV kanalı həm də açılış və bağlanış mərasimlərini nümayiş etdirəcək. Habelə Xorvatiya idmançılarının iştirakının təşviqat səciyyəli materiallar vasitəsilə geniş surətdə işıqlandırılmasını təmin edəcək.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Bakı-2015 Avropa Oyunları Avropa idmanı üçün həddindən çox vacibdir: "Buna görə də biz bütün qitə və dünya tamaşaçılarının yarışları izləyə bilməsini təmin etmək üçün bu qədər ciddi-cəhdlə işləmişik. SPTV kanalı ilə bağlanmış bu saziş sayəsində Xorvatiya auditoriyası öz idmançılarını dəstəkləməklə, Oyunlarda qiyabi olaraq iştirak edə biləcəklər".

SPTV kanalının baş redaktoru Yura Ozmek əlavə edib ki, Avropa Oyunları SPTV kanalına mükəmməl dərəcədə uyğun gəlir: "Bakıda 20 idman növü üzrə yarışlar keçirilir və onların əksəriyyəti Xorvatiya tamaşaçılarının böyük marağına səbəb olur. Xorvatiya həmin idman növlərinin 18 növü üzrə təmsil olunacaq və biz ümidvarıq ki, o, bütün bu idman növləri üzrə medala iddia edən ölkələr arasında olacaq. Biz Xorvatiyaya bu idman bayramını bəxş etməkdə tamamilə qətiyyətliyik və 12 iyunda baş tutacaq açılış mərasimini səbirsizliklə gözləyirik. BAOƏK ilə tərəfdaşlıq etməkdən məmnun qaldıq və bir yerdə Avropa və Xorvatiya idmanında yeni bir səhifə açacağıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 459   Tarix: 27 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi - FOTO

Şahmat üzrə "Champions Showdown: Chess 9LX" turnirinə start verilib. -ın xəbərinə görə, 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrav

9 sentyabr 2021
.

Azərbaycan idmançısı ermənini nokauta saldı

I MDB Oyunlarında tayboks idman növündə mübarizəyə start verilib. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə Ermənistandan olan Alen İsraelyanla qarşılaşıb. İlk dəqiqələrdən rəqibinə güclü zərbələr endirən Əsədzadəyə qələbə üçün cəmi 2 dəqiqə 3

5 sentyabr 2021
.

Azərbaycan idmançısı ermənini nokauta belə saldı - VİDEO

I MDB Oyunlarında tayboks idman növündə mübarizə başlayıb. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə erməni rəqibindən üstün olub. Ermənistandan olan Alen İsraelyana güclü zərbələr endirən Əsədzadə qələbəni 2 dəqiqə 36 saniyəyə təmin edib

6 sentyabr 2021
.

Bekhemin futbolçu oğlu ilk peşəkar müqaviləsini imzalayıb

İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasında ilk peşəkar müqaviləsini imzalayıb. 19 yaşlı oyunçu ABŞ çempionatının üçüncü divizionunda çıxış edən "Fort Loderdeyl" klubuyla razılaşıb. Adıçəkilən kollektivin Devid Bekhemə məxsus olan və əsas birincilikd

6 sentyabr 2021
.

MDB Oyunları: Azərbaycan 60 medalla 4-cü yeri tutdu

Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 60 medalla başa vurub. xəbər verir ki, medallardan 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc əyarlı olub. Beləliklə, Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub. Qeyd edək ki, I MDB Oyunlarında 9 ölkə mübarizə aparı

11 sentyabr 2021
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. Bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçüncü olub. İlk pilləni 1.0

7 sentyabr 2021
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18 sentyabr 2021
.

Messi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO

Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd

10 sentyabr 2021
.

Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb. Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb. Bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunların

9 sentyabr 2021