Böyük Duz Gölünün quruması fəlakətə yol açıb: "Planet gözümüzün qabağında dəyişir"
ABŞ-dakı Böyük Duz Gölü yavaş-yavaş məhv olur və ətrafındakı hər şeyi zəhərləyir. Gölün quruyan dibində həddən artıq çox zərərli maddələr toplanıb, onların hissəcikləri küləklə ətrafa yayılır. Zəhərlənmiş toz havada toplanır, ölümcül xəstəliklər insanları təhdid edir.
Insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi planetin vəziyyətinə getdikcə daha çox təsir edir. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, son yeddi il rekord həddə çatan ən isti il olub. Bunun sayəsində dəniz səviyyəsi yüksəlib. Yer kürəsində temperaturun artması səbəbindən təbii fəlakətlərin də sayı artıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, yeni minilliyin əvvəlindən hər il iqlim fəlakətləri 2,6 min nəfərin ölümünə səbəb olur. Bu fəlakətlərin vurduğu zərər isə 2 milyard dollara çatıb. Planetdə istilik nə qədər çox olarsa, təbii fəlakətlər də bir o qədər çox olacaq. Temperaturun illik artımı Selsi üzrə iki dərəcəyə çatdıqda, quru səthinin 20-30 faizi quraqlığa məruz qalacaq.
İqlim dəyişikliyinin urbanizasiya və infrastrukturun inkişafı nəticəsində torpaqların deqradasiyası ciddi ekoloji və iqtisadi nəticələri var. Bu, 3,2 milyarddan çox insanınhəyat tərzinin pisləşməsi ilə nəticələnəcək.
"Planet gözümüzün qabağında dəyişir. Bütün dünyada ekosistemlər məhv olur",- deyə BMT xəbərdarlıq edir.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, iyulun əvvəlində göldə suyun səviyyəsi dəniz səviyyəsindən 1277 metrə enib. Bu, isə, 1847-ci ildə müşahidələr başlayandan bəri ən aşağı göstəricidir. Göl tarixi orta göstəricinin təxminən yarısını itirərək 800 kvadrat mil azalıb. Gölün dayazlaşması təhlükəlidir, çünki onun dibində onilliklər ərzində qonşu mis mədənindən küləyin gətirdiyi kiçik hissəciklər toplanıb.
Təhlükəli tullantılar torpağı çirkləndirərək qrunt sularına daxil olub. Gölün açıq qalan dibində mis, kükürd, fosfor, xlor, molibden, sirkonium, qurğuşun, barium, maqnezium, uran, kalsium, kobalt, selen, sink, sürmə, litium, həmçinin mis və gümüş mədən tullantıları var. Mikrohissəciklər küləklə bütün rayona daşınır.
Yuta Universitetinin atmosfer elmləri professoru Kevin Perri göldəki duz qabığının indiyə qədər tozun böyük hissəsini saxladığını deyir. Onun hesablamalarına görə, hazırda tozun yalnız doqquz faizi küləklə daşınır, lakin gələcəkdə su anbarı quruduqca havada daha çox zərərli hissəciklər olacaq.
"Bu, fəlakətdir. Və ekosistem üçün nəticələr olduqca pisdir ",- deyə o əlavə edib./Bizimyol.info
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı