Bakıda avtobus qəzası: 1 ölü, 1 yaralı - YENİLƏNİB
Bakıda baş verən avtobus qəzasında bir nəfər ölüb.
Lent.az-ın məlumatına görə, ötən gün Bakının Qaradağ rayonu ərazisində Mübariz Vəliyevin idarə etdiyi maşrut avtobusu Elvin Mürşüdovun idarə etdiyi minik avtomobili ilə toqquşub.
Nəticədə Elvin Mürşüdov yaralanıb, sərinişini Sevinc Mürşüdova həyatını itirib.
7 avqust, saat 12:56
Bakı-Ələt-Qazax magistralındakı qəzada yaralanan şəxsin vəziyyəti ağırdır
Lent.az xəbər verir ki, bu barədə APA-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hadisə yerindən Kliniki Tibbi Mərkəzə 34 yaşında bir nəfər yaralı gətirilib. Ağır kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilən həmin şəxs hazırda Mərkəzin reanimasiya şöbəsindədir:
"Vəziyyəti olduqca ağır qiymətləndirilir və cərrahi əməliyyat planlaşdırılır".
***
10:40
Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.
Lent.az-a bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilir.
Məlumata görə, daşıyıcı "BMH" MMC-dən verilən məlumata görə qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib. Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1192 Tarix: 08 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr