"Bu cür təxribatlarla Azərbaycanın dünya miqyasındakı imicini zədələmək qeyri-mümkündür" - Deputat

"Bu cür təxribatlarla Azərbaycanın dünya miqyasındakı imicini zədələmək qeyri-mümkündür" - Deputat"Avqustun 4-də bir qrup dini radikal dəstə Azərbaycanın Londondakı səfirliyinə hücum edərək, səfirlik binasına zorla daxil olmuş, binanın eyvanında dini bayraqlar qaldıraraq radikal şüarlar səsləndirmiş, beynəlxalq hüququ kobud şəkildə pozaraq vandalizm aktı törətmişdir. Qrupun Azərbaycan səfirliyinin binasına hücumu və onu ələ keçirməsi həm yerli, həm də beynəlxalq hüquqa əsasən cinayət sayılır. Səfirlik, konsulluq və başqa bu tip diplomatik nümayəndəliklərin fəaliyyəti 1961-ci il aprelin 18-də qəbul edilmiş "Diplomatik münasibətlər haqqında" Vyana Konvensiyası ilə tənzimlənir. Konvensiyanın 22-ci maddəsində yazılıb:"Nümayəndəliyin binaları toxunulmazdır. Qəbul edən dövlətin hakimiyyət orqanları nümayəndəlik rəhbərinin razılığı olmadan bu binalara daxil ola bilməzlər". Binaya hücum bir dövlətin ərazisinə qanunsuz soxulmaqdır. Bu, Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək, ölkə ərazisində iğtişaş yaratmağa, qadağan olunmuş mövzularda təbliğat aparmağa bərabər tutula bilər".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Tamam Cəfərova belə deyib.

Deputat söyləyib ki, vandalizm aktının həssas bir dönəmdə "Qisas" əməliyyatından dərhal sonra törədilməsi bir daha sübut edir ki, ölkəmizin artan nüfuzu və dünya miqyasındakı gücü anti-Azərbaycan qüvvələrini xeyli dərəcədə narahat edir:

"Azərbaycanın dinamik inkişafı, dünya birliyində mövqelərini möhkəmləndirməsi dostları nə qədər sevindirsə də, düşmənlərimizi o qədər pərişan edir. Bütün istiqamətlər üzrə ölkəmizin yüksəlişindən narahatlıq keçirən müəyyən qüvvələrin anti-Azərbaycan hərəkətlənməsi müşahidə olunur. Ermənistandakı revanşist qrupların fəallaşması, cəbhədəki təxribatlar da məhz bu hərəkətlənmənin tərkib hissəsidir və bu təxribatlara Azərbaycanın cavabı gecikmədi, düşmən layiqincə cəzalandırıldı. Növbəti dəfə dövlətimizin və ordumuzun qüdrəti bütün dünyaya nümayiş etdirildi. Bundan lazımi dərs almayan bəzi qüvvələr tərəfindən dövlətimiz növbəti dəfə ölkə xaricində hədəf alındı. Londonda Azərbaycan səfirliyinə edilən hücum respublikamızın uğurlarını qısqanclıqla qarşılayan qüvvələrin, əslində, əsəb göstəricisi idi. Radikal qruplaşmanın əli və dili ilə edilən təxribatın hədəfi qalib, müstəqil və tolerant Azərbaycandır. Həmin qüvvələrin törətdikləri təxribat növbəti dəfə fiaskoya uğradı. Əminik ki, qısa bir zaman ərzində vandalizm aktına hüquqi qiymət veriləcək və təxribat törədən ünsürlər layiqli cəzalarını alacaqlar.

Deputat qeyd edib ki, din adından sui-istifadə edən qruplaşmaların vaxtaşırı təxribat cəhdlərini görmüşük:

"Amma reallıqlar dəyişmir. Bu cür təxribatlarla Azərbaycanın müstəqil və prinsipial siyasətinə əngəl yaratmaq, ölkəni hansısa güzəştə məcbur etmək mümkün deyil. Din amilindən istifadə edərək ölkə daxilində çaxnaşma, qarşıdurma yarada bilməzlər. Respublikamızda müxtəlif xalqların nümayəndələri, bütün dinlərin mənsubları sülh, anlaşma şəraitində, mehriban birgəyaşayışa malikdirlər. Vətən müharibəsi zamanı və sonrakı dönəmdə göstərilən birlik, həmrəylik bunun bariz nümunələrindəndir, həmrəylik sarsılmazdır.

Tamam Cəfərova vurğulayıb ki, Azərbaycanın dünya miqyasında tolerant və multikultural imicini zədələmək qeyri-mümkündür:

"Ölkədə və respublikamızın hüdudlarından kənarda tarixi, dini abidələrin inşası, təmiri və bərpası, Azərbaycanda dini, humanitar məsələlərlə əlaqədar forumların, tədbirlərin keçirilməsi və digər amillər bu reallığın bariz nümunələridir. Heç bir radikal ünsür dəstəsi törətdiyi təxribatla ölkəmizin inkşafına kölgə sala bilməz və birliyimizə xələl gətirə bilməz. İnkşafımızı gözü götürməyən qüvvələr tərəfindən törədilən hər bir təxribat birliyimizi daha da gücləndirir. 30 illik müstəqillik tariximizdə dəfələrlə üzləşdiyimiz təhdid, terror və təxribat hadisələrinə qarşı Azərbaycan dövlətində kifayət qədər siyasi və hərbi immunitet formalaşıb və istənilən halda belə cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Son 30 ildə qazandığımız iki ən böyük qələbəni – müstəqilliyimizi və Vətən müharibəsindəki qələbəmizi heç kimə və heç nəyə güzəştə getməyəcəyik. Çünki bu qələbələr xalqımızın qanı bahasına qazanılıb və qanımızla-canımızla da qoruyacağıq.

Azərbaycanın milli atributuna həqarət edənlər - radikal qruplar və onları himayə edənlər unutmasınlar ki, müstəqilliyimizin rəmzi, gücümüzün, qüdrətimizin ifadəsi olan üçrəngli bayrağımız ən yüksək zirvədə, o cümlədən işğaldan azad etdiyimiz Qarabağda qürurla dalğalanır və daim dalğalanacaq! Heç bir qüvvə, hər hansı bir cəhd bu reallığı dəyişə bilməz! Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi istənilən təxribatın qarşısını qətiyyətlə almağa qadirdi. Bunu hamı bilməlidir – ölkənin daxilində də, xaricində də. Bu gün müqəddəs və şanlı Azərbaycan bayrağı dünyanın ən ali zirvələrində qürurla dalğalanır. Nə qədər ki Azərbaycan xalqı və onun Dəmir Yumruqlu İlham Əliyev kimi lideri var, birliyimiz əbədi və bayrağımız zirvələrdə olacaq." radikal qruplaşmanın əli və dili ilə edilən sabotajın hədəfi qalib, müstəqil və tolerant Azərbaycandır".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1007   Tarix: 08 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr